AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ
MÜHƏNDİSLİK fakültəsi
ELEKTRİK MÜHƏNDİSLİYİ kafedrası
Mühazirəçi: T.E.N., PROF. İ.M.Əliyev
FƏNN: AVTOMATİKANIN ƏSASLARI
Mühazirə 22
MÖVZU: TELEMEXANİK SİSTEMLƏR
P L A N
-
Telemexanika haqqında anlayış.
-
Teleidarə - Telesiqnalizasiya qurğuları.
-
Çox naqilli teleidarə sistemi.
-
Siqnalları zamana və tezliyə görə bölünmüş teleidarə.
-
Teleölçmə sistemləri.
ƏDƏBİYYAT
-
İ.Nəbiyev, Ə.Məmmədova. Telemexanika Bakı1982.
-
В.И.Загинайлов, Л.Н.Шеповалова. Основы автоматики. М.2001.
-
И.И.Мартыненко и др. Автоматика и автоматизация проводственных процессов. М. 1985.
GƏNCƏ 2011
TELEİDARƏ – TELESİQNALİZASİYA QURĞULARI
Avtomatikanın xüsusi metodları və texniki vasitələri, bir-birindən mühüm məsafədə yerləşən çoxlu miqdarda maşın və qurğuların işini vahid texnoloji prosesdə birləşdirməyə imkan verir.
Avtomatikanın belə sistemləri telemexanik sistemlər adlanır.
Telemexanika - idarə əmrlərinin avtomatik məsafəyə verilməsinin, həmçinin obyektin vəziyyəti haqqındakı informasiyanın nəzəriyyəsini və texniki vasitələrini əhatə edən elm və texnika sahəsidir.
Vəzifələrindən asılı olaraq telemexanik sistemlər teleidarə (Tİ), telesiqnalizasiya – telesiqnallaşdırma (TS), teleölçmə (TÖ) və teletənzimləmə (TT) sistemlərinə bölünür.
Telemexanika müxtəlif obyektlərin (maşınların, mexanizmlərin və qurğular kompleksinin) məsafədən idarə olunması və tənzimlənməsi haqqında elmdir.
Telemexanika termini tele-məsafə, (mechanica- mexanika kimi iki yunan sözündən yaranmışdır.
Teleidarə - texnoloji obyektlərin uzaq məsafədən idarə olunmasıdır. Onun struktur sxemi
Telesiqnalizasiya (TS) – nəzarət olunan obyektin vəziyyəti haqqında xəbərdarlıq siqnalının dispetçer məntəqəsinə göndərilməsidir.
Teleölçmə (TÖ) – nəzarət olunan istehsalat proseslərinin texnoloji parametrlərinin dispetçer məntəqəsinə verilməsidir.
Teleölçmənin struktur sxemi:
Teletənzimləmə (TT) – nəzarət olunan parametr əsasında dispetçer məntəqəsindən həmin parametrin tənzimlənməsi haqqında idarə əmrinin göndərilməsidir. Bu halda ATS-da olduğu kimi qapalı telemexaniki sistem yaranır.
Kosmik fəzanın tədqiqi, kosmik gəmilərdən lazımi informasiyanın alınması, onlara Yerdəki uçuş mərkəzindən idarə əmrlərinin göndərilməsində telemexanikanın mühüm rolu vardır.
Avtomatlaşdırılmış idarəetmə sistemlərində (AİS) idarə obyektləri ilə elektron hesablama maşınları arasındakı informasiya mübadiləsində telemexanikanın əhəmiyyəti böyükdür.
Son illərdə meydana çıxan və get-gedə daha da inkişaf edən informasiya nəzəriyyəsi telemexaniki sistemlərdə siqnalların ötürülməsi ilə yaranan bir sıra problemləri həll etməyə imkan verir.
İnformasiya nəzəriyyəsi telemexanika elminin nəzəri əsasını təşkil edir. Bu nəzəriyyənin ayrı-ayrı üsullarının telemexanikaya tətbiqi ilə əlaqədar olaraq rabitə kanalı vasitəsilə verilən telemexaniki siqnalın etibarlılığı, rabitə kanalının isə effektivliyi artır.
İnformasiya nəzəriyyəsinə görə hər bir telemexaniki sistemə informasiya ötürmə sistemi kimi baxıla bilər.
Teleidarə - telesiqnalizasiya (Tİ – TS) qurğuları
1. Tİ – TS sistemləri və onların təsnifatı
Telemexaniki sistemləri yerinə yetirdikləri funksiyaların müxtəlifliyinə və qurulma prinsiplərinə görə aşağıdakı kimi təsnifləndirmək (siniflərə bölmək) olar:
1. Obyektləri uzaq məsafədən idarə edən teleidarə sistemləri;
2. Obyektlərin vəziyyətləri haqqında xəbərdarlıq siqnalları göndərən telesiqnalizasiya sistemləri.
3. Obyektlərin texnoloji parametrlərinin uzaq məsafədən ölçülməsini təmin edən teleölçmə sistemləri.
4. Teleölçmə və teleidarə siqnallarının korreksiyası üçün istifadə olunan qapalı teletənzimləmə sistemləri.
Tİ-TS sistemlərinin qurulma prinsiplərinin aydınlaşdırmazdan öncə, idarə və siqnalizasiyanın müxtəlif növlərini nəzərdən keçirək.
Yerli idarə. Şəkil 1 a-da yerli idarəyə misal göstərilmişdir.
Şəkil 1a. Yerli idarə sxemi
A açarı vasitəsilə hər hansı bir obyekt işə salınır. Bu idarə obyekti idarə orqanına yaxın və ya ondan yüzlərlə metr məsafədə yerləşə bilər. İdarə obyekti idarə orqanı ilə en kəsiyi qoşulan obyektin gücündən asılı olan naqil vasitəsilə birləşir. Yerli idarədə məsafə artdıqca naqildə böyük gərginlik düşküsü yarandığından bu idarə yalnız yuxarıda göstərilən məsafə hüdudunda təsir edir.
Distansion idarə. 1 b şəklində distansion idarə sxemi göstərilmişdir.
Bu idarə sxemi yerli idarədən aralıq rele və zəif cərəyanlı rabitə xəttinin olması ilə fərqlənir. A açarının vurulması ilə
Şəkil 1, b. Distansion idarə sxemi
P relesi təsirlənir və normal – açıq (n.a.) [bağlayıcı - qapayıcı] kontaktı vasitəsilə obyekti işə salır. Relenin təsirlənməsi üçün milliamper və ya onlarla milliampermetr cərəyan tələb olunduğundan rabitə xəttinin naqilinin en kəsiyi kiçik götürülür. Lakin obyektin distansion idarə olunması üçün dörd naqilli rabitə xətti (qoşmaq və açmaq üçün) tələb olunduğundan belə sxem iqtisadi cəhətdən əlverişli deyildir. Şək. 1 c-də göstərilmiş distansion idarə sxemində isə hər obyekti idarə etmək üçün 2 naqilli rabitə xətti və bütün obyektlər üçün ümumi bir xətt kifayət edir. Sxemdə obyektin dövrəsini bağlamaq üçün AB, açmaq üçün isə AA açarından istifadə edilir. Distansion idarədə hər obyektin idarə olunması üçün öz kanalı tələb olunduğundan məsafənin artması ilə belə idarə iqtisadi cəhətdən əlverişli deyil və öz əhəmiyyətini itirir.
Şəkil 1, c. Distansion idarə sxemi
Teleidarə uzaq məsafədən idarə siqnalları vasitəsilə obyektlərin idarə edilməsidir. Distansion idarədə hər obyektin idarə edilməsi üçün öz rabitə kanalı tələb edildiyi halda, teleidarədə isə bir kanalla bir sıra obyektlər idarə olunur. Beləliklə, teleidarədə rabitə kanalı çoxdəfəli istifadə edilir.
Telesiqnalizasiya nəzarət olunan obyektlərin vəziyyətləri haqqında siqnalizasiyadır. Siqnalizasiya idarə obyekti və sisteminin vəziyyəti, idarə siqnalının düzgün yerinə yetirilib-yetirilməməsi, texnoloji parametrin müəyyən hüduddan kənara çıxıb-çıxmaması haqqında ola bilər.
Ötürmənin dəqiqliyi, teleidarə və telesiqnalizasiya sistemlərinin qarşılıqlı istifadə edilməsi nəticəsində yüksəldiyindən adətən teleidarə-telesiqnalizasiya sistemlərindən (Tİ-TS) istifadə edilir. Xüsusi hallarda telesiqnalizasiyanın lazım olmaması və ya çətin yerinə yetirilməsi hallarında (məs. tikinti və başqa sahələrdə, maşınqayırma zavodlarında qaldırıcı kranların idarə olunmasına gözlə nəzarət edildiyindən və ya güc şəbəkələri obyektlərinə idarə əmrlərinin dövrü göndərildiyindən) teleidarə siqnalizasiyasız həyata keçirilir. Çox vaxt sənaye obyektlərinin teleidarəsi zamanı iki mövqeli əmrlər “bağlamaq”, “açmaq” və ya “artırmaq”, “azaltmaq” (təzyiqi, səviyyəni, sürəti və s.) əmrləri göndərilir. İdarə siqnalının səhv göndərilməsinin qarşısını almaq üçün ikipilləli idarədən istifadə edilir. Bunun üçün birinci növbədə fərdi açar vasitəsilə obyekt (ünvan) seçilir. Sonra isə “bağlamaq”, “açmaq” idarə əmrləri fərdi və ya ümumi açarı vurmaq vasitəsilə göndərilir. Əgər dispetçer səhvən obyekti düz seçməmişsə, I pillədə obyektin (ünvanın) seçilməsi vaxtı səhv aşkar edilir. Odur ki, II pillədə idarə əmri düzgün olaraq öz ünvanına çatdırılır.
İndi isə Tİ-TS sistemlərində ən geniş istifadə edilən siqnalları ötürmə və obyektləri seçmə üsullarını nəzərdən keçirək. Bir sıra telemexaniki obyektlər içərisindən birini seçmək üçün həmin obyektə uyğun kod kombinasiyası göndərilir. Nəzarət məntəqəsində deşifrator avtomatik olaraq kodun şifrini açır, əgər siqnal lazımi obyektə düzgün göndərilmişsə, əmri bilavasitə obyektə verir (birpilləli ötürmə). Obyekt seçilmişsə (I pillə) kanal obyektlə əlaqələndirilir və idarə əmri obyektə göndərilir (II pillə). Birpilləli ötürmədə obyektə ünvanlı kod göndərilir. İkipilləli və çoxpilləli ötürmələrdə növbə ilə əvvəlcə obyekt seçilir, sonra isə idarə əmrləri yerinə yetirilir.
Obyektlərin iki və çoxpilləli seçilməsi nəzarət məntəqəsindəki aparatları sadələşdirir və ötürmənin etibarlılığını artırır. Obyektlərin birpilləli seçilməsində obyektlər qruplaşdırılmır və onların bilavasitə seçilməsi üçün həmin obyektə uyğun kod kombinasiyası müəyyən edilir. İki və çox pilləli seçmə üsullarında isə obyektlər qrup və yarımqruplara bölünür və onların seçilməsi pillələrlə yerinə yetirilir. Məsələn, birinci pillədə göndərilən kod kombinasiyası nəzarət məntəqəsindəki qrupu, II pillədə yarımqrupu, III pillədə isə verilmiş obyekti seçir. Bu pillələrdə eyni və ya müxtəlif kodlar istifadə oluna bilər.
Teleqraf və başqa ötürmələrdən fərqli olaraq telemexaniki ötürmədə siqnalın elementində səhvin olması ağır nəticələr verə bilər. Bununla əlaqədar olaraq telemexaniki ötürmə sistemlərinə yüksək tələbat qoyulur. Məsul obyektlərdə ən azı ikipilləli ötürmədən istifadə edilir. I pillədə obyekt seçilir və idarə məntəqəsindən (İM) idarə pultuna (İP) həmin obyektin seçilməsini təsdiq edən siqnal göndərilir. Yalnız belə siqnal qəbul ediləndən sonra ikinci pillədə obyektə, idarə əmri göndərilir. Aydındır ki, belə ötürmə etibarlıdır, lakin aparatların mürəkkəbləşməsinə səbəb olur. Teleidarə texnoloji obyektlərin icra mexanizmlərinin işini idarə etmək üçün cərəyan impulslarının məsafəyə verilməsini yerinə yetirir. Telesiqnalizasiya bu zaman icra mexanizmlərinin işləməsi haqqında siqnalları verir. Teleidarə və telesiqnalizasiya bir-birilə qırılmaz surətdə bağlı olduqlarından “Teleidarə və telesiqnalizasiya” sözlərini qısaca olaraq “Teleidarə” termini ilə əvəz edirlər.
Teleidarə sistemləri üç qrupa bölünürlər:
1) çoxnaqilli;
2)siqnalları zamana görə bölünmüş;
3) siqnalları tezliyə görə bölünmüş.
Çoxnaqilli teleidarə sistemi
Bu teleidarə sistemi yüksək gərginlik açarlarını və digər obyektləri idarə etmək üçündür.
Şəkil 12
İM idarə məntəqəsində K1, K2 idarə açarları, HL1, HL2 siqnal lampaları və sabit (stabil) U gərginlik mənbəyi vardır. QM qəbul məntəqəsində P1 qoşma və P2 açma (solenoidi açan) relelər, həmçinin yüksək gərginlik açarlarının cüt kontaktlarını (şəkildə göstərilməyib) idarə edən xüsusi elektrik intiqalı qoyulmuşdur. Açarın tərpənən hissələrində iki kiçik güclü SB blok kontaktı quraşdırılmışdır. K1 açarı vurulduqda P1 relesi işləyir. Bunun nəticəsində açarın elektrik intiqalı işə qoşulur. Açarın güc cüt kontaktları qapanırlar. Bununla eyni vaxtda SB blok-kontakt yuxarı vəziyyətdən aşağı vəziyyətə çevrilir. Solenoidi açan P2 relesi işləməyə hazırlanır. HL1 lampası sönür (açarın açılması haqqında siqnal) HL2 lampası yanır (qoşulma haqqında siqnal). Yüksək gərginlik açarını açmaq üçün K2 açarı ilə P2 relesinin dövrəsi qapanır. Bu zaman bütün qurğunun iş prinsipi əks qaydada baş verir.
Həmin Tİ sisteminin əsas nöqsanı rabitə xəttinə qurulmasına sərf olunmuş naqillərə tələbatın həddən artıq çox olmasıdır. Bu sistemdən 300 m məsafə üçün istifadə etmək məqsədə uyğundur.
Siqnalları zamana görə bölünmüş teleidarə sistemi
Bu teleidarə sistemi çox naqilli teleidarə sisteminin əsas nöqsanlarından azaddır.
Şəkil 13
İdarə məntəqəsində xüsusi elektromaqnit intiqal (telefon tipli addım axtarıcısı) yerləşir. Addım axtarıcısı I fırçasını tərpənməyən 1, 2, 3, 4, 5 kontaktları üzrə sabit sürətlə yerini dəyişdirir.
Qəbul məntəqəsində idarə məntəqəsindəki addım axtarıcısı ilə eyni olan II fırçalı addım axtarıcısı və P1, P2, P3, P4, və P5 kimi beş icra elektromaqnitləri yerləşir. Sistemin iş prinsipini izah edək.
Elektromaqnit intiqallar qida mənbəyinə qoşulur və hər iki fırça sinxron fırlanmağa başlayır, daha doğrusu onlar eyni zamanda eyni nömrəli kontaktlara toxunurlar. Bunun nəticəsində SA1 açarı vurulduqda P1 relesi, SA2 açarı vurulduqda P2 relesi və s. hərəkətə gəlir. Birinci rele vasitəsilə hər hansı texnoloji obyektin elektrik intiqalı dövrədən açılır.
Ona görə iki məftilli (naqilli) rabitə xətti ilə təsvir olunmuş teleidarə sistemi addım axtarıcılarının köməyi ilə əmr siqnallarının göndərilməsi zamana görə bölünmüş bir neçə texnoloji obyekti idarə etməyə imkan verir.
İş prinsiplərinin bir-birinin əksinə olmasına baxmayaraq teleidarə və telesiqnallaşdırma sistemlərinin qurulması eynidir. Tİ sistemi İO-nın parametrlərini idarə etmək üçündür. Onda siqnallar İM-dən İO-na ötürülürlər; TS sistemi İO-nin parametrlərinə nəzarət etmək üçündür və onda siqnallar İO-dan İM-nə ötürülürlər.
Tİ və TS sistemlərində aşağıdakı idarə növləri tətbiq olunurlar: ikipilləli, ierarxik, çoxpilləli, sirkulyar və İO-nın tsiklik sorğusu.
İkipilləli idarəetmədə Tİ sistemlərində idarəetmə məntəqəsinin pultunda (İP) SA1...SA3 tələb olunan İO seçilir, sonra isə ümumi SB1 açarının (düyməsinin) “Qoşmaq” yaxud “Açmaq” əmrləri göndərilir. TS sistemlərində dispetçerin vəzifəsini avtomatik qurğular yerinə yetirirlər. Onlar həm İM, həm də NM – pultlarında yerləşə bilərlər. İkipilləlik əmrlərin səhv göndərişlərinin ehtimalını azaldır. İM-də ya yerli, ya da NM-dən seçilmiş obyekt hazırlıq əməliyyatlarının yerinə yetirilməsini təsdiqləyən siqnalizasiya nəzərdə tutulmalıdır.
d
Şəkil 14. Tİ sisteminin sxemi
-
üçməftilli rabitə xətti; b – idarəetmə qurğusunun hal cədvəli; c – siqnalların tezliyi üzrə kodlandırılan; d – dörd maqnit işə buraxıcısı ilə idarəetmə;
İM – idarə məntəqəsi; NM – nəzarət məntəqəsi; RK – rabitə kanalı.
Çoxpilləli idarəetmə müəyyən səviyyələr üzrə informasiyanın bölünməsinə əsaslanır ki, bu da çoxpilləli Tİ və TS sistemlərinin yaradılmasına imkan verir. Hər pillədə meydana gələn informasiya demək olar ki, bu pillə hədlərində tam qapanır və yalnız onun bir hissəsi daha yüksək pilləyə ötürülür. Ən aşağı pillə - avtomatikanın yerli sistemləri olub, İO –na sərbəst (müstəqil) təsir edirlər. Əksər NM-dən məlumat idarəetmə məntəqəsinə toplanır, sonra isə artıq ümumiləşmiş informasiya mərkəzi dispetçer məntəqəsinə (MDM) verilir. MDM-dən idarəetmənin aşağıda duran pillələrinə ümumiləşdirici xarakterli əmrlər verilə bilər.
Sirkulyar idarəetmə çoxlu obyektlər üçün eyni zamanda informasiyaların göndərilməsi ilə xarakterizə olunur, daha doğrusu bir əmrlə çoxlu obyektlərin idarə edilməsi baş verir.
Tsiklik sorğuda NM-nə ayrı-ayrı İO-ları yaxud onların qrupları haqqında informasiya növbə ilə ötürülür. Tsiklik sorğu dövri olaraq lazım olduqda yaxud verilmiş proqram üzrə avtomatik aparılır.
TS sistemi işləyərkən aşağıdakı siqnalları alırlar:
İO-nın və telemexanik sistemin özü haqqında;
İM-dən əmrin təsdiqləyici yerinə yetirilməsi (məlumatlandırıcı siqnallaşma) ölçülən parametrin əvvəlcədən nəzərdə tutulmuş həddən çıxması haqqında (xəbərdaredici və qəza siqnalizasiyası);
“işıqlı” və ya “qaranlıq” lövhə metodu üzrə;
“işıqlı” lövhə metodunda işıqlanan siqnal lampası obyektin işləməsini göstərir;
“qaranlıq” lövhə metodunda konkret obyektin qoşulması haqqında müvafiq idarəetmə açarının vəziyyətinə görə mühakimə yürüdürlər (siqnal lampaları bu zaman qoşulmur).
TM sistemində informasiyanın ötürülməsinin daha perspektivli üsulu rəqəm üsullarıdır. İO idarəetmə obyekti İM – dən 0,2...1 km uzaqlıqda olduqda çoxməftilli rabitə kanallarından və ötürülən siqnalların paralel kodlanmasından; məsafə 2...5 km olduqda dördməftilli rabitə xəttində və paralel – ardıcıl kodlanmadan; məsafə 5 km – dən çox olduqda isə ikiməftilli rabitə xəttindən və siqnalların ardıcıl kodlanmasından istifadə edirlər.
Teleölçmə sistemləri
Teleölçmə (TÖ)-telemexanikanın bölməsi olub hər hansı nəzarət edilən parametrlərin ölçülməsinin nəticələrinin məsafəyə verilməsinin metodlarını və texniki vasitələrini özündə birləşdirir.
Teleölçmə - nəzarət olunan istehsalat proseslərinin texnoloji parametrlərinin dispetçer məntəqəsinə verilməsidir. Texnoloji parametrə ya fasiləsiz nəzarət edilir, ya da o, dövri olaraq ölçülüb (şək. 15 ) ötürücü vasitəsilə rabitə kanalına verilir. Bu parametrin dəyişməsi haqqında informasiya qəbulediciyə daxil olur və ölçü cihazı vasitəsilə qeyd edilir.
Şəkil 15. Teleölçmənin struktur sxemi
Tİ - teleidarə siqnalı
TN – telenəzarət siqnalı (TS – telesiqnalizasiya; TÖ – teleölçmə siqnalı).
Şəkil 16 . İntensivləşdirmə sistemi üzrə teleölçmə sistemi:
a – qeyri balans sistemi; b – balans sistemi;
İÖÇ- ilk ölçü çeviricisi; αd – dönmə bucağı; PA – ampermetr; SO – sıfır indikatoru; pv – voltmetr; Rx – rabitə xəttinin müqaviməti; Rp – potensiometr.
Dostları ilə paylaş: |