Mühazirəçi: T. E. N., Prof. İ. M.Əliyev FƏNN: avtomatikanin əsaslari mühazirə 14

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 49.64 Kb.
tarix17.01.2017
ölçüsü49.64 Kb.
AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

MÜHƏNDİSLİK fakültəsi

ELEKTRİK MÜHƏNDİSLİYİ kafedrası


Mühazirəçi: T.E.N., PROF. İ.M.Əliyev


FƏNN: AVTOMATİKANIN ƏSASLARI


Mühazirə 14
MÖVZU: AVTOMATİKANIN MƏNTİQ ELEMENTLƏRİ


P L A N


  1. Məntiq elementləri haqqında anlayış

  2. Məntiq cəbri, məntiq cəbrinin əsas qanunları və onların nəticələri.

  3. Məntiq elementlərinin yerinə yetirdiyi əməliyyatlar


ƏDƏBİYYAT


  1. İ.M.Əliyev, Q.İ.Abbasov Avtomatikanın əsasları Gəncə 2008.

  2. В.И.Загинайлов, Л.Н.Шеповалова. Основы автоматики. М.2001.

  3. Г.И.Головинский. Основы автоматики М.2001.



GƏNCƏ 2011
AVTOMATİKANIN MƏNTİQ ELEMENTLƏRİ
Məntiq elementləri – elementin giriş və çıxış siqnalları arasındakı müəyyən məntiqi asılığı yerinə yetirirlər.

Normal iş rejimi şəraitində yüksək etibarlılıq və cəldişləmə, təcrübi olaraq qey­ri-məhdud iş müddəti və işləmələrin sayı məntiq elementlərinin əsasında ən müxtəlif müasir avtomatik, telemexanik, rabitə sistemlərinin və hesablayıcı qurğuların qurul­masına imkan verir.

Məntiq elementlərinin girişinə cərəyan və gərginlik üzrə standartlaşdırılmış elektrik vericilərinin siqnalları verilir, çıxışına isə elektromaqnit relelər yaxud xüsusi ümumiləşdirilmiş gücləndiricilər vasitəsilə maqnit işə buraxıcıları, kontaktorlar və digər icra elementləri qoşulurlar.

Adətən giriş və çıxış siqnalları cərəyan yaxud gərginliyin diskret qiymətlə­rindən ibarət olur. Diskret siqnalların qiymətləri yalnız iki səviyyəyə müvafiq gəldi­yindən məntiq elementlərinin təhlili və sintezi üçün riyazi məntiq metodundan daha doğrusu məntiq cəbrindən istifadə edirlər. Bu metod elementlərinin işini tənlik şəklində yazmağa imkan verir. Həmin tənlikdə giriş yaxud çıxış siqnalının olması (1), olmaması isı “sıfırla (0) işarə edilir. “Логиka –T”, “Логика – И”(T-tranzistor; И- inteqral sxem) məntiq elementləri; ЭЛМ (ММЕ) maqnit məntiq elementləri və УСЭППА ( SРАЕUS – sənaye pnevmoavtomatika elementlərinin universal sistemi) tipli məntiq elementləri dəst şəklində buraxılırlar.


MƏNTİQ CƏBRİ, MƏNTİQ CƏBRİNİN ƏSAS QANUNLARI

VƏ ONLARIN NƏTİCƏLƏRİ
Rele qurğuları nəzəriyyəsi avtomatikanın müasir nəzəriyyəsinin və əməli riyaziyyatın böyük bölmələrindən biridir. Onun əsasını məntiq cəbrinin riyazi aparatı yaxud Bul cəbri təşkil edir. (Bul XIX əsrin riyaziyyatçısının soy adıdır). Məntiq cəbrinin köməyilə sxemi tərtib etmək, tələb olunan bütün iş şəraititni riyazi olaraq yazmaq və bu şərtlərə görə rele və kontaktlarının sayı minimum olan sxemin tənliyini almaq olar.

Rele sxemlərinin analtik yazılış formasının əsasını aşağı-dakı işarələr təşkil edir:

A, B, …, X, У, Z … – həssas, aralıq və icra elementləri (adətən onların işçi dolaqları);

a, b, …, x,y, z … – normal açıq (qapayıcı) kontaktlar;



…, … – normal bağlı (açıcı)kontaktlar;

a +b – kontaktların paralel birləşməsi;

ab – kontaktların ardıcıl birləşməsi;

1 – daimi qapalı dövrə;

0 – daimi açıq dövrə;

ƒ – kontaktların struktur düsturu;

F – bütün sxemin struktur düsturu.

Bu işarələrdən istifadə edərək, istənilən sxem üçün riyazi struktur düsturu tapmaq olar.


Bul cəbrində dörd əsas qanun mövcuddur.

  1. Yerdəyişmə qanunu (şək.13.1, a)

Toplamanın yerdəyişmə qanunu
a + b = b + a (13.1)

Vurmanın yerdəyişmə qanunu


a∙b = b∙a (13.2)
2. Qruplaşdırma qanunu (şək.13.1, b)

Toplamanın qruplaşdırma qanunu


( a+b)+c = a+(b+c) (13.3)
Vurmanın qruplaşdırma qanunu
(a∙b)c = a(b∙c) (13.4)

Şək. 13.1. Rele qurğuları nəzəriyyəsi qanunlarının izahlı

sxemləri:
a – yerdəyişmə; b – qruplaşdırma; c – paylama; d – inversiya
3. Paylama qanunu (şək.13.1, c)

Toplamaya nəzərən paylama qanunu


(a + b)c = ac + bc (13.5)
Vurmaya nəzərən paylama qanunu
ab + c =(a + b)(b + c) (13.6)
4. İnversiya qanunu (şək.13.1, d)

Toplamaya nəzərən inversiya qanunu


= (13.7)
Vurmaya nəzərən inversiya qanunu
= (13.8)
Göstərilən ifadələrin sol və sağ tərəflərini adi cəbrdə eyni ifadələr dəyişdirilən kimi bir-birilə əvəz etmək olar.

Bul cəbrində adi cəbrin qanunlarından inversiya qanunu və vurmaya nəzərən paylama qanunu fərqlənir.

(7) və (8) ifadələrinin sol tərəfinin üzərindəki xətt inkar yaxud inversiya işarəsidir. Bu işarə göstərir ki, bütün funksiya inkar işarəsi altında duran ifadəyə nəzərən əks qiymətə malikdir, daha doğrusu sxemi öz təsirinə görə sxemi ilə eyni güclüdür və a + b sxeminə ziddir.

Bir kontakt üçün normal açıq kontakt a təsirinə görə normal bağlı kontaktına ziddir. İkiqat inversiyada = a olacaqdır.

İnversiya qanunu bütün sxemin struktur düsturuna tətbiq edilə bilər. Bunu struktur düsturu F = abcP olan aşağıdakı sxemdə göstərək (P onu göstərir ki, relenin dolağı kontaktlara ardıcıl olaraq qoşulmuşdur) (13.2, a).


Şək. 13.2. P relesinin qoşulmasının düz (a) və invers (b)

sxemləri
Sxemə inversiya qanununu tətbiq edək.

, (13.9)
ifadəsini alırıq. Bu ifadəyə uyğun sxem şək.13.2, b-də göstərilmişdir.

Relenin dolağının simvolu üzərindəki işarə sxem ekvivalentinə malik deyildir və onu nəzərdən atmaq olar.

Birinci sxemdə relə a,b və c bütün kontaktlar qapandıq-da, ikinci sxemdə isə həmin kontaktlar açıldıqda dövrəyə qoşulur. Beləliklə, sxemin struktur düsturu müxtəlifdir, sxemin təsiri (işi) isə əvvəlki kimi qalır. P relesi A, B, C qəbuledici elementləri işlədikdə qoşulur.

MƏNTİQ ELEMENTLƏRİNİN YERİNƏ YETİRDİYİ

ƏMƏLİYYATLAR
Aşağıda məntiq elementlərinin yerinə yetirdiyi əməliyyatlar göstərilmişdir:

1. VƏ YA funksiyası məntiqi toplama (V) yaxud diz-yunksiya adlanır və riyazi olaraq y = x1 + x2 , y = x1V x2 şəklində yazılır. Bu o deməkdir ki, məntiq elementinin çıxışında y siqnalı, x1 və x2 girişlərinin birində siqnal olduqda yaranır.

2. Və funksiyası məntiqi hasil (Λ) yaxud konyunksiya adlanır və riyazi olaraq y = x1 ∙ x2 , y = x1 Λ x2 şəklində yazılır. Bu o deməkdirki, girişdə eyni zamanda x1 və x2 siqnalları olsun.

3.DEYİL funksiyası məntiqi inkar adlanır və riyazi olaraq şəklində yazılır. Bu o deməkdirki, məntiq elementinin çıxışında y siqnalı, yalnız girişdə x siqnalı olmadıqda əmələ gəlir və əksinə.

Bir sıra mürəkkəb məntiq əməliyyatları VƏ YA, VƏ, DEYİL sadə elementlərin əsasında yerinə yetirilir.

4. VƏ – YA – DEYİL funksiyası Pirs əməliyyatı yaxud oxu adlanır və riyazi olaraq şəklində yazılır. Bu o deməkdir ki, məntiq elementinin çıxışında siqnal yalnız o zaman olmur ki, girişlərin birində heç olmasa siqnal olsun.

5. VƏ – DEYİL funksiyası Şeffer əməliyyatı yaxud ştri-xi adlanır və riyazi olaraq şəklində yazılır. Bu o deməkdir ki, məntiq elementinin çıxışında y siqnalı yalnız o vaxt olmur ki x1 və x2 girişlərində eyni zamanda siqnallar olsun.

6. Yaddaş funksiyası riyazi olaraq şəklində yazılır. Bu o deməkdir ki, məntiq elementinin girişinə x1 siqnalı verildikdə (yaddaşın qoşulması) düz çıxışda y2 siqnalı meydana gəlir. Bu vəziyyət, x1 girişindəki vəziyyət-dən asılı olmayaraq x2 girişinə siqnal verilənə qədər (yad-daşın açılması) saxlanılır.

Məntiq elementlərinin şərti işarələri və onların məntiq əməliyyatlarını yerinə yetirən rele ekvivalent sxemləri cədvəl 13.1 – də göstərilmişdir.

Cədvəl 13.1


Məntiq elementlərinin şərti işarələri və onların məntiq əməliyyatlarını yerinə yetirən rele ekvivalent sxemləri


Məntiq əmə-liyyatının adı

Riyazi yazılışı

Elementin işarəsi


Rele


Məntiqi

1

2

3

4

VƏ YA


Məntiqi cəm;

Dizyunksiya



y = x1V x2

y = x1 + x2








Məntiqi hasil;



Konyunksiya


y = x1 Λ x2

y = x1 ∙ x2








1

2

3

4

DEYİL


Məntiqi inkar;

İnversiya












VƏ YA – DEYİL

Pirs oxu











VƏ – DEYİL

Şeffer əməliyyatı yaxud ştrixi

y = x1 Λ x2









YADDAŞ















Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə