Mühazirələr i.ü. f d., dosent Zeynalov M. H. Bakı – 2023


Özəlləşdirmə və sahibkarlığın inkişafı üçün şəraitin yaradılması



Yüklə 147,54 Kb.
səhifə13/50
tarix24.04.2023
ölçüsü147,54 Kb.
#125818
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   50
Azərbaycan İiqtisadiyyatı mühazirə

Özəlləşdirmə və sahibkarlığın inkişafı üçün şəraitin yaradılması

Özəlləşdirmə anlayışı dünya iqtisadi ədəbiyyatına XX əsrin 70-ci illərində daxil olmuşdur. Bu sənayecə inkişaf etmiş bazar iqtisadi sistemi dövlətlərində baş vermişdir. Bu bazar iqtisadiyyatının müasir, tənzimlənən mərhələsində inhisarların meydana gəlməsi və bir çox sosial problemlərin yaranması ilə əlaqədar olaraq dövlətin iqtisadiyyatın tənzimlənməsinə müdaxilə etməyə məcbur etməsi ilə əlaqədar olmuşdur. Dövlət tənzimlənməsinin bir metodu da dövlət mülkiyyətini yaratmaq və onun vasitəsilə sosial problemlərin həllini öz üzərinə götürməkdir.
Müsair bazar iqtisadi sistemi ölkələrində elə müəssisə və istehsal sahələri var ki, onlar ya az səmərəlidir və yaxud böyük risk tələb edir, buraya kapital qoymaq ayrı-ayrı sahibkarlar üçün qorxuludur, çünki onun səmərəsiz işləməsi ehtimalı daha çox olur. Lakin dövlətin milli mənafeyi bu cür müəssisə və sahələrin yaradılması və inkişafını tələb edir. Amma bazar iqtisadi sistemində iqtisadi fəaliyyət azaldığı mövcud olduğundan dövlət heç bir sahibkarı adı çəkilən sahələrdə fəaliyyət göstərməyə məcbur edə bilməz. Bunun yeganə yolu həmin müəssisə və sahələrin təşkilini və inkişafını dövlətin öz üzərinə götürməsidir. Bu məqsədlə dövlət bu tipli müəssisələri ya satın almaq və yaxud dövlət büdcəsinin hesabına yaratmaq metodundan istifadə edilir və zərər də dövlət büdcəsinin hesabına ödənilir.
Özəlləşdirmənin ən geniş miqyasda həyata keçirilməsi keçid iqtisadiyyatlı dövlətlərdə, o cümlədən Azərbaycanda baş vermişdir. Bu dövlətlər üçün kütləvi özəlləşdirmə xarakterikdir. Özəlləşdirmənin bu formasının xarakterik xüsusiyyəti dövlət əmlakının pulsuz özəlləşdirilməsidir. Çünki əhalinin əksəriyyəti dövlət əmlakını pulla satın almaq iqtidarında deyil.
Keçid iqtisadiyyatlı dövlətlərdə özəlləşdirmənin özünəməxsus xüsusiyyətləri olur. Bunlardan biri sovet məkanda yaranmış dövlətlərdə «nomenklatur» özəlləşdirmə modelinin geniş yayılmasıdır. Bunun xarakterik cəhəti dövlət mülkiyyətinin səhmdar cəmiyyətlərinin mülkiyyətinə çevrilməsidir. Bu zaman səhmlərin böyük hissəsi dövlətin əlində cəmləşir. Bu isə müəssisə səviyyəsində dövlət və maliyyə nomenklaturası nümayəndələrinin səhmlərin çoxunu öz əllərində cəmləşdirməyə və həmin səhmdar cəmiyyətlərinə sahib olmaq üçün əlverişli şərait yaradır.
İnzibati-amirlik sistemindən bazar iqtisadiyyatına keçən dövlətlərdə dövlət mülkiyyətinin səhmdar cəmiyyətin mülkiyyətinə vevrilməsinin bir xüsusiyyəti də səhmdar cəmiyyətinin açıq tipinin geniş tətbiq olunmasıdır. Bu isə keçid dövründə özəlləşdirmənin nomenklatur – korporativ mahiyyətini daha da gücləndirir. Səhmdar cəmiyyətinnin açıq tipinin çoxu ya rəhbərlərin əlinə keçir və yaxud dövlətin mülkiyyətində qalır.
Özəlləşdirmənin bu və ya digər forması seçilərkən müəssisənin hansı sahədə yerləşməsi, əsas fondların həcmi və quruluşu, istehsal etdiyi məhsul, götürdüyü gəlir nəzərə alınmalıdır. Hansı mülkiyyət forması səmərəli olsa, ona daha çox üstünlük verilməlidir. Bütün bunlar nəzərə alınaraq dövlət mülkiyyətinin özəlləşdirilməsi həyata keçirilərsə ölkəmizdə xüsusi sahibkarlığın formalaşması daha sürətlə həyata keçirilər, eyni zamanda sağlam əsaslar üzərində qurular. Sağlam əsaslar üzərində dedikdə özəlləşdirmənin həyata keçirilməsində milli xüsusi sahibkarlığın formalaşması ön plana çəkilməsi nəzərdə tutulur. Ona görə ki, keçid dövründə və sonrakı illərdə qarışıq iqtisadiyyatın formalaşması və inkişafının əsas ağırlığı milli sahibkarların üzərinə düşür.
Respublikamızda özəlləşdirmənin vacib prinsiplərindən biri onun mərhələrlə həyata keçirilməsidir. Belə ki, ilk mərhələdə kiçik müəəsisələr, daha sonra orta və iri müəssisələr özəlləşdirilir. Bu baxımdan kiçik və iri özəlləşdirmə anlayışları da bir-birindən fərqləndirilir.
Ölkəmizdə kiçik özəlləşdirmənin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, bu tip özəlləşdirmə obyekti olan müəssisələr əslində sahibli müəssisələr sayılırdılar. Bu o deməkdir ki, kiçik özəlləşdirmədə iştirak edənlər əsasən əvvəllər həmin müəssisələri öz mülkiyyəti hesab edənlərdir. Daha doğrusu, hələ sabiq Sovetlər dövründə bu sahədə xüsusi özəlləşdirmə getmişdir. Məsələn, mağazalar, xidmət sahəsində fəaliyyət göstərən kiçik müəssisələrin əksəriyyəti dövlət mülkiyyətinin obyektləri sayılsa da onlar faktiki olaraq onları idarə edən subyektlərin xüsusi mülkiyyəti olmuşdur. Yalnız yuridik cəhətdən dövlətin hesab olunurdu. Bu faktor kiçik özəlləşdirməyə təkanverici amil kimi çıxış etdi və qısa bir müddətdə ticarət mağazaları, yeməkxanalar, bərbərxanalar, camaşırxanalar və başqa xidmət sahələrində fəaliyyət göstərən kiçik müəssisələr, tədarük idarələri, yerli sənaye müəssisələri və sairlər özəlləşdirildi.
Azərbaycanda özəlləşdirmənin ən səciyyəvi cəhətlərindən biri onun aparılması modelləri ilə bağlıdır. Bir sıra ölkələrdə mülkiyyətin əhali arasında pulsuz bölüşdürülməsinə, yəni vauçer özəlləşdirilməsinə, bəzi ölkələrdə isə mülkiyyətin satılması üsuluna üstünluk verilmişdir. Azərbaycanda isə iki modelin uzlaşdırılması yolu seçilib. Çeklərin əhaliyə pulsuz verilməsi və dövlət müəssisələrinin özəlləşdirilməsinin pullu hərraclarda satılması yolu ilə həyata keçirilməsi Azərbaycanda özəlləşdirmənin aparılması xüsusuiyyətlərini əks etdirir.
Azərbaycanda özəlləşdirmənin xüsusiyyətlərindən biri də onun kənd təsərrüfatında başlamasıdır. Bu obyektiv zərurətdən irəli gəlir, bir tərəfdən bu əhalinin istehlak malları ilə sənayenin isə xammalla təchiz olunması üçün əlverişli şərait yaradır.
Azərbaycanda özəlləşdirmənin xarakterik cəhətlərindən biri də özəlləşdirmənin dünya ölkələrinin üzünə açıq olması və dövriyyəyə buraxılan özəlləşdirmə çeklərinin nominal qiymətə malik olmamasıdır.
1993-cü ilin yanvarında «Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının qanunu qəbul edildikdən sonra dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesinin əhatə dairəsi genişlənmiş və dərinləşməyə başlanmışdır. Lakin özəlləşdirmə əsasən qeyri-istehsal sahəsində aparılmış və bu proses ləng getmişdir. İslahatların bu cür gedişi bazar iqtisadiyyatının formalaşmasına mənfi təsir göstərir və keçid dövrünü uzadır. Bu prosesi sürətləndirmək məqsədilə «Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı»nın layihəsi işlənib hazırlanmış və xalqın müzakirəsinə verilmişdir. Müzakirədən sonra Proqram qəbul edilmişdir. Burada özəlləşdirmənin məqsəd və vəzifələri, istiqamətləri, üsulları, müddəti və mərhələləri, özəlləşdirilən müəssisə və obyektlərin təsnifatı, özəlləşdirmənin konkret variantları, özəlləşdirmədən əldə edilən vəsaitlərin istifadə qaydası, özəlləşdirmə payının həcmi və ondan istifadə qaydaları müəyyən edilmişdir.
Proqramda, həmçinin dövlət əmlakının özəlləşdirmə çeklərinə və pula satmaq yolu ilə əhalinin əksər hissəsinin özəlləşdirməyə və investisiya prosesinə cəlb edilməsi məsələsinə geniş yer verilmişdir. Bunu da qeyd etmək lazımdır ki, Proqram torpaq və mənzil fondunun özəlləşdirilməsini tənzimləmir.
Azərbaycan XX əsrin 90-cı illərin sonlarından dövlət əmlakının özəlləşdirilməsinin ikinci, yəni iri müəssisələrin özəlləşdirilməsi mərhələsinə daxil olmuşdur. Bu proses Dövlət Proqramına əsasən ardıcıl olaraq həyata keçirilir. Bu uzun müddətli və çətin proses olduğundan onun nə vaxt başa çatacağını demək çətindir. Ancaq bu məlumdur ki, dövlət əmlakının özəlləşdirilməsinin əsasən başa çatmısa ilə Azərbaycanda milli sahibkarlığın formalaşması təmin olunacaq. Çünki bunlar bir-birindən ayrılmaz uzunmüddətli prosesdir.
Özəlləşdirmədən büdcəyə daxil olan vəsait illər üzrə aşağıdakı məbləğlərlə olmuşdur (min man.): 1995-87, 5, 2000-7638, 2001-18724, 2002-20072, 2003-19317, 2004-31386, 2005-20005 və 2007-ci ildə 44531,2 min AZN təşkil etmişdir.
1995-2007-ci illər ərzində dövlət əmlakının özəlləşdirilməsi nəticəsində 120 mindən çox səhmdar meydana gəlmiş, kiçik dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi yolu ilə 300 min nəfərdən çox insanı əhatə edən mülkiyyətçilər təbəqəsi formalaşmışdır.
Birinci özəlləşdirmə proqramındakı gecikmə səbəbiylə ikinci özəlləşdirmə proqramı ancaq 10.08.2000 tarixində Prezident tərəfindən imzalanmışdır. Beləliklə, ikinci özəlləşdirmə proqramı iki illik gecikmə ilə tətbiq edilməyə başlamışdır. İkinci özəlləşdirmə proqramı ilə orta və böyük həcmli şirkətlərin özəlləşdirilməsi planlanmışdır. Bununla da dövlətin iqtisadiyyatdakı rolunun azaldılmaslına çalışılmışdır. 2001-ci ilin əvvəllərində ölkə Prezidenti cənab Heydər Əliyev, özəlləşdirməni sürətləndirərək emalat, enerji və kimya sektorlarında fəaliyyət göstərən 100 böyük dövlət iqtisadi təşəbbüslərinin özəlləşdiriləcəyini elan etmişdir. Fərqli sahələri əhatə edən təqribən 450 şirkət böyük özəlləşdirmə sahəsinə daxildir.
Özəlləşdirmə proqramına görə özəlləşdiriləcək təşkilat və müəssisələr kiçik, orta və böyük olaraq 3 qrupa ayrılmışdır. Kiçik müəssisələrin 15%-i işçilərinə qarşılıqsız verilir, 85%-i isə çek aksiyalarında satılırdı. Orta və böyük həcmli şirkətlər isə, əvvəl səhmdar cəmiyyət statusuna çevrilir, sonra özəlləşdirilirdi. Bu şirkətlər; səhmlərinin ən az 50%-i çek aksiyonları ilə, 15%-i müəssisə işçilərinə çek qarşılığında, 10%-i müəyyən məbləğ qarşılığında hərracla və qalan 25%-nin isə dövlət tərəfindən bağlı investisiya fonduna verilməsi ilə özəlləşdirilir. İkinci özəlləşdirmə proqramı çərçivəsində isə, rabitə, nəqliyyat, kimya, enerji kompleksi və digər sektorlardakı müəssisələrin özəlləşdirilmə prosesi davam edir. Özəlləşdirmənin başladığı tarixdən 2005-ci ilin əvvəlinə qədər ümumi dəyəri 651.1 milyard manat olan 40.7 min kiçik həcmli şirkət özəlləşdirilmişdir. Bundan əlavə 2005-ci ilin əvvəlində 1537 dövlət şirkəti, bu çərçivədə 356 ortavə böyük həcmli şirkət səhmdar cəmiyyətinə çevrilmişdir. Nəticədə 150 mindən çox Azərbaycan vətəndaşı özəl mülkiyyət sahibi olmuşdur. Digər tərəfdən ərazi mülkiyyətində dəyişiklik nəticəsində özəl mülkiyyətə çevrilməsi nəticəsində Azərbaycanda ölkə ərazisinin 56.9%-i (4.913.639 hektar) dövlət, 23.5% (2.032.744) hektar bələdiyyə, %19.6 (1.695.123 hektar) özəl mülkiyyətə aiddir.
Birinci özəlləşdirmə proqramı çərçivəsində özəlləşən kiçik və orta həcmli şirkətlər iqtisadiyyatda yüksalən bir rola sahibdirlər. 2005-ci ilin əvvəlində təqribən 47 min kiçik və orta həcimli şirkət Azərbaycanda fəaliyyət göstərirdi. Kiçik və orta həcimli şirkətləri dəstəkləmək hökumətin əsas işləri arasında çox mühüm yer tutur. Bu çərçivədə kiçik və orta böyüklüklü şirkətlərə lazım olan maliyyə qaynağını əldə etmək üçün Sahibkarlığa Yardım Milli Fondu qurulmuşdur. Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Mingəçevir, Sumqayıt şəhərlərində, Abşeron, Bərdə, Xanlar, Qazax, Xaçmaz, Şəki, Göyçay, Masallı, Qusar, Ucar, Qax və Balakən rayonlarında özəlləşdirmə daha sürətli olmuşdur. Özəlləşdirmə başlanan tarixdən 2005-ci ilin əvvəlinə qədər 361.9 min bina, bir başqa ifadəylə özəlləşdirilməsi planlanan binaların 59.5%-i özəlləşdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004 tarixli fərmanı ilə təsdiq edilən “Azərbaycan Respubliksı Regionlarının Sosial-İqtisadi İnkişafı Haqqında Dövlət Proqramı”nda müəyyənləşən hədəflərdən biri də dövlət müəssisə və təşkilatlarının özəlləşdirilməsinin sürətləndirilməsidir. Bu çərçivədə, özəlləşdirmənin ikinci mərhələsi əsasən orta və böyük həcmli şirkətlərin özəlləşdirilməsini əhatə etməsinə baxmayaraq, kiçik şirkətlərin özəlləşdirilməsinin qurtarmasına daha çox diqqət ayrılmışdır. Tətbiq edilən islahatlar nəticəsində kiçik firmaların demək olar ki hamısı özəlləşdirilmişdir. Təsərrüfat sektorunda da önəmli hesab edilə biləcək işlər görülmüşdür. Özəlləşdirilən kiçik şirkətlərin ümumi aktiv dəyəri ÜDM-nin 6.5%-i qədərdir. Ancaq, böyük həcmli şirkətlərin özəlləşdirilməsində eyni müvəffəqiyyət əldə edilə bilməmişdir. İslahatlar dövrünün başlanğıcından bəri 1.065 orta və böyük həcmli şirkətlər səhmdar cəmiyyətlərə çevrilərək hərrac üsulu ilə özəlləşdirilmişdir. Kiçik və orta həcimli şirkətlərin əksəriyyəti özəlləşdirilməsinə baxmayaraq, böyük həcmli dövlət şirkətlərinin özəlləşdirilməsi prosesi çox yavaş davam etməkdədir. Özəlləşdirmə prosesinə qoşulan xarici investorların qoyduqları investisiyalar isə, hər keçən gün artır. Əldə edilən nailiyyətlərə baxmayaraq özəlləşdirmənin və formal islahatların yavaş ilərlədiyi də gözdən qaçmamalıdır.
Çox təəssüf ki, 1995-ci ildən etibarən həyata keçirilən islahatlar (özəlləşdirmə), təsərrüfat sektorunda gözlənilən nəticələri vermədi. Həyata keçirilən islahatlar bəzi sahələrdə iqtisadi daralmanın daha da dərinləşməsinə səbəb olmuşdur. Bundan əlavə özəlləşdirilən təşkilatlarda uzun illərdir işləyənlərin işsiz qalması da önəmli problemlərdəndir. Digər tərəfdən çeklərlə həyata keçirilən özəlləşdirmə prosesi də gözlənilən nəticələri vermədi. Ölkədə səhmdar cəmiyyətləri qrupu təşəkkül etməməsi nəticəsində vətəndaşlar da özəlləşdirmə prosesində fəal olaraq iştirak edə bilmədilər. Belə bir hal ilk dövrlərdə yaransa da, dövlət nəzarətinin zəif olması və sosial nəzarət imkanlarının tətbiq olunması üçün lazımi huquqi bazanın mövcud olmaması səbəbiylə səhmdar cəmiyyətlər müəyyən problemlərlə üzləşdilər. Nəticədə insanlar öz özəlləşdirmə paylarını satmağa başladılar. Səhmdar cəmiyyətlərin sayı ilk dövrlərdə 100 min ətrafında olmasına baxmayaraq, bu gün bu rəqəm 50 minə düşmüşdür.

Yüklə 147,54 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin