Mühazirələr i.ü. f d., dosent Zeynalov M. H. Bakı – 2023


Dövlət maliyyəsi, dövlət büdcəsi və onun strukturu



Yüklə 147,54 Kb.
səhifə19/50
tarix24.04.2023
ölçüsü147,54 Kb.
#125818
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   50
Azərbaycan İiqtisadiyyatı mühazirə

2. Dövlət maliyyəsi, dövlət büdcəsi və onun strukturu.  Respublikanın dövlət maliyyəsi özündə dövlət büdcəsi, büdcədənkənar fondlar və dövlət kreditini birləşdirir. Dövlət maliyyəsi müəssisə, təşkilat və onarın yuxarı orqanlarında pul fondlarının yaradılması və istifadəsi ilə əlaqədardır. Büdcədənkənar fondlara aiddir: ictimai sığorta fondu, pensiya fondu, yol fondu, məşğulluq fondu, milli ləl-cəvahirat fondu və s. Dövlət maliyyəsinin mühüm tərkib hissəsi olan dövlət kreditit, pul vəsaitlərinin kredit metodu ilə bölüşdürülməsi ölkə iqtisadiyyatının ahəngdar inkişafı və vəsaitlərindən daha səmərəli istifadə edilməsi ilə əlaqədardır. Kredit vəsaitlərin birbaşa yönəldilməsi metodu kimi çıxış edir. Dövlət krediti zamanı borc verən və ya kreditor rolunda dövlətin özü çıxış edir. Dövlət kreditinin əsas formaları dövlət istiqrazlarından, qısa müddətli xəzinə öhdəliklərindən, əhalinin əmanət kassalar və banklar vasitəsilə dövlətin qiymətli kağızlarının alınması üçün xərclənən əmanətlərindən və s. ibarətdir. Dövlət maliyyəsi sistemində dövlət büdcəsi aparıcı yer tutur. Dövlət maliyyə sistemində dövlət büdcəsi aparıcı yer tutur. Dövlət büdcəsi ölkənin iqtisadi və sosial proqramlarının həyata keçirilməsi və ümumxalq ehtiyaclarının ödənilməsini təmin etmək məqsədilə dövlətin mərkəzləşdirilmiş pul resursları fondunun yaranması və bölgüsünün əsas formasıdır. “Büdcə sistemi haqqında” (1992-ci il) qəbul edilmiş Azərbaycan Respublikasının qanunu dövlət büdcəsinin tənzim edilməsində mühüm rol oynayır. Büdcə sistemi haqqında Azərbaycan Respublikası qanununun birinci maddəsində deyilir: “Büdcə dövlət funksiyalarının həyata keçirilməsinin təmin etmək üçün mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılmasının və ondan istifadə edilməsinin formasıdır. Dövlətin öz funksiyalarının –ölkənin müdafiəsi, idarəetmə, əhalinin sosial müdafiəsi və s. yerinə yetirməsi üçün külli miqdarda pul vəsaiti tələb olunur. Buna görə də dövlətin daimi diqqət mərkəzindədir. Dövlət büdcəsində ölkənin milli gəlirinin xeyli hisəsi cəmləşir və mərkəzləşdirilmiş qaydada, dövlət iqtisadi və sosial proqramlara müvafiq olaraq cəmiyyətin tələbatına yönəldilir. Dövlət büdcəsi vasitəsilə ölkə iqtisadiyyatının maliyyələşdirilməsi, sosial-mədəni tədbirlərin maliyyələşdirilməsi, elmin maliyyələşdirilməsi, investisiyaların maliyyələşdirilməsi, xarici iqtisadi fəaliyyətin maliyyələşdirilməsi, dövlət hakimiyyət və idarəetmə orqanlarının, ölkə müdafiəsi xərclərinin maliyyələşdirilməsi həyata keçirilir. Bundan əlavə büdcə vəsaitindən sığorta üzrə maddi yardım göstərilməsinə, ictimai təminat pensiyalarının verilməsinə, pulsuz təhsilə, pulsuz tibb yardımının göstərilməsinə, tələbələrə təqaüd verilməsinə sərf edilir. Dövlət mənzil, məktəb, xəstəxana, sanatoriya tikintisinə özünün büdcəsinin iqtisadi imkanından asılı olaraq vəsait ayırır. Respublikada büdcənin tərkibi və yerinə yetirilməsi prosesində maddi dəyərlilərin və pul vəsaitinin səmərəli istifadəsi, istehsalın səmərəli təşkili məqsədilə bütün müəssisə, firma, şirkət, birlik, təşkilat və idarələrin maliyyə proqramları yoxlanılır ki, hər bir müəssisə, firma, şirkət, təşkilat maddi və əmək resursları üzrə məsrəfləri azaltmaqla daha yaxşı nəticələrə nail olsunlar. Dövlət büdcəsi iqtisadi və sosial inkişaf proqramı ilə möhkəm bağlıdır. Büdcənin icrası bu proqramın yerinə yetirilməsindən asılıdır, çünki, müəssisə, firma, şirkət, birlik və təşkilatların büdcəyə ödədiyi tədiyyələr büdcə mədaxilinin əsas hissəsini təşkiledir. Onun yerinə yetirilməsi eyni zamanda nəzərdə tutulmuş tədbirlərin büdcədən nə dərəcədə maliyyələşdirilməsindən də asılıdr. Mülkiyyət formaları nəzərə alınmaqla büdcənin gəlirləri dövlət müəssisələri və təşkilatlarından gələn gəlirlər, fermer təsərrüftalarından, kolxoz və kooperativ təşkilatlarından gələn gəlirlər, səhmdar cəmiyyətlərindən gələn gəlirlər və əhalidən gələn gəlirlərdən ibarətdir. Dövlət büdcəsi gəlirlərinin əsas mənbəyi vergilərdir. Büdcənin gəlir mənbələrindən biri istiqrazların buraxılması və kağız pul emissiyasıdır.Azərbaycan Respublikasının dövlət büdcəsinin xərcləri aşağıdakı məqədlər üçün yönəldilir: ölkə iqtisadiyyatının maliyyələşdirilməsi, sosial-mədəni tədbirlərin, elmin maliyyələşdirlməsi, müdafiə xərcləri, qaçqın və köçkünlərə, şəhid ailələrinə verilən birdəfəlik yardım, icra hakimiyyəti, mərkəzi və dövlət idarəetmə orqanları, səfirlik və konsulluqların saxlanması, məhkəmə və hüquq-mühafizə orqanlarının saxlanamsı, xarici iqtisadi fəaliyyətin maliyyələşdirilməsi dövlətin daxili və xarici borclarının maliyyələşdirilməsi, Respublika Nazirlər Kabinetinin ehtiyat fondu, Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən subsidiyalar və s. Azərbaycan Resbublikasının dövlət büdcəsi bir il müddətinə tərtib edilir və Azərbaycan Respublikası Milli Məclisi tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının dövlət büdcəsi respublika və yerli büdcələrdən ibarətdir. Respublika büdcəsinin vəsaiti hesabına respublika tabeliyində olan ölkə iqtisadiyyatının müxtəlif sahələrinin müəssisə, təşkilat və idarələri maliyyələşdirilir. Yeli büdcələr müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən təqsdiq edilir və təsərrüfatın, maarifin, səhiyyənin, mədəniyyətin inkişafında, yerli hakimiyyət orqanları funksiyalarının həyata keçirilməsində mühüm rol oynayır.

Yüklə 147,54 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin