Mühazirələr i.ü. f d., dosent Zeynalov M. H. Bakı – 2023


Kredit münasibətləri. Kredit



Yüklə 147,54 Kb.
səhifə22/50
tarix24.04.2023
ölçüsü147,54 Kb.
#125818
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   50
Azərbaycan İiqtisadiyyatı mühazirə

5. Kredit münasibətləri. Kredit — (lat. creditum) - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir.Bu anlayışa Bank fəaliyyəti ilə əlaqədar birbaşa və ya dolayı yol ilə Bank tərəfindən nağd pul şəklində verilən ssudalar, yaxud Bank tərəfindən üzərinə götürülən öhdəliklər, o cümlədən overdraftlar, akkreditivlər, qarantiyalar və sair gözlənilən və gözlənilməyən öhdəliklər aiddir.
Bank krediti – bank tərəfindən borcalanla bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqları) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir.
Kredit sistemi dedikdə, kredit-hesablaşma münasibətlərinin, kreditləşmənin forma və metodlarının və kredit-maliyyə institutlarının məcmusu başa düşülür. Kredit sisteminin 2 forması mövcuddur. Funksional forma - kredit münasibətlərinin məcmusu, kreditləşmənin forma və metodları başa düşülür. İnstitsional forma - maliyyə-kredit təşkilatlarının məcmusu, sərbəst pul vəsaitlərini bir yerdə cəmləşdirən və onları borc verən kredit sistemi başa düşülür. Funksional formadan yanaşdıqda kredit sistemi bank, istehlak, kommersiya, dövlət, beynəlxalq kreditlə meydana çıxır. Kredit sisteminin institsional strukturunun aparıcı istiqaməti banklardır. Tarixən kredit sisteminin əsası kimi banklar çıxış edirdi. Kredit sistemi o zaman bütöv və obyektiv olar ki, o , aşağıdakı 3 elementi özündə əks etdirsin: 1.Kredit münasibətləri sistemini 2.Kredit idarələri sistemini 3.Kreditləşmə sistemini Müasir kredit sistemi 2 əsas anlayışı özündə birləşdirir: 1.Kreditləşmənin müəyyən formaları və metodları üzərində bazalaşan hesablama-kredit və ödəniş münasibətlərinin məcmusu 2.Fəaliyyət göstərən maliyyə-kredit institutlarının məcmusu Bank sisteminə malik istənilən ölkənin pul-kredit sistemlərinin əsasını Mərkəzi banklar təşkil edir. Mərkəzi bank ikipilləli bank sisteminin ilk pilləsində mövqe tutur. Mərkəzi bank ilk növbədə dövlətlə iqtisadiyyat arasında vasitəçidir və vasitəçi kimi qanunvericiliklə təsdiqlənmiş qanunlar vasitəsilə pul və kredit axınını tənzimləyən bir təşkilatdır. Kredit sisteminə daxil olan 2-ci qurum kommersiya banklarıdır. Kommersiya bankları –bank qanunvericiliyinin imkan verdiyi bütün əməliyyatları yerinə yetirirlər. Kredit sistemində mövcud olan digər bir qurum isə holdinqlərdir.

Yüklə 147,54 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin