Mühazirələr i.ü. f d., dosent Zeynalov M. H. Bakı – 2023



Yüklə 147,54 Kb.
səhifə29/50
tarix24.04.2023
ölçüsü147,54 Kb.
#125818
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   50
Azərbaycan İiqtisadiyyatı mühazirə

1. Friksion işsizlik. İşsizliyin bu forması iş axtaran və yaxud gələcəkdə işlə təmin olunacaq şəxslərə aiddir. Friksion işsizlik əmək bazarında tələblə təklif arasında nisbətin məqbul səviyyəsində, konkret olaraq iş yerləri seçmək imkanlarının mövcudluğu şəraitində baş verir. Bu zaman iş axtaranlar təklif olunan iş yerləri arasında daha çox əmək haqqı verilməsi nəzərdə tutulan iş yeri seçmək üçün müəy­yən vaxt ərzində gözləməli və ya işsiz qalmalı olur.
2. Struktur işsizlikBazar iqtisadi münasibətləri sisteminə keçidlə əlaqədar və bu sistemin tələblərinə uyğun struktur dəyişikliklərinin nəticəsi olaraq, həmçinin yeni istehsal texnologiyalarının tətbiqi ilə bağlı yaranan işsizlik formasıdır. Məsələn, yeni iqtisadi sistemin formalaşması bəzi mütəxəssislərə-menecerlərə, marketoloq­lara və s. tələbatı artırır. Əvvəlki sistemdə mövcud olan kadrlar isə bu kimi vəzifələrdə çalışmaq qabiliyyətində deyil. Təbii ki, belə şəraitdə işsizlik problemi yaranır.
3. Mövsümü işsizlikİşsizliyin bu forması kənd təsərrüfatı istehsalında, xüsusilə bitkiçilik sahəsində özünü daha çox büruzə verir. Belə ki, istehsal dövrü ilə iş dövrünün üst-üstə düşməməsi ilə əlaqədar istehsal prosesi mövsümü xarakter daşıyır. Müvafiq olaraq əmək sərfi diskret, fasiləli xarakter daşıyır. Nəticədə iş qüvvəsinə tələbat müxtəlif istiqamətlərdə dəyişir. İş prosesinin mövcudluğu şə­raitində tələbatın artımı müşahidə olunur, əks halda işçilərin sayı kəskin şəkil­də aşağı düşür. Deməli mövsümü işsizlik yaranır.
4. İnstitusional işsizlik. Əmək bazarının infrastrukturunun qeyri-səmərəli fəaliyyəti zamanı institusional işsizlik forması yaranır. Başqa sözlə, mövcud olan boş iş yerləri haqqında zəruri informasiyaların olmamağı işsizlik səviyyəsi barədə tam təsəvvür əldə etməyə imkan vermir. Bu işsizlik forması eyni zamanda işsizlərə verilən müavinətlərin artmasına səbəb olmaqla müəyyən mənada cəmiyyətdə işə münasibət baxımından passivliyə gətirib çıxarır.
5. Təbii işsizlik. İqtisadi inkişafın istənilən səviyyəsində təbii olaraq tam məşğulluğun təmin edilməsi qeyri-mümkündür. Başqa sözlə, işsizlik hər bir iqtisadi sistem üçün xarakterikdir. Bu baxımdan işsizlik səviyyəsinin həddi müəyyən edilir və bu hədd çərçivəsində olan işsizlik təbii işsizlik adlanır.



Yüklə 147,54 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin