Mühazirələr i.ü. f d., dosent Zeynalov M. H. Bakı – 2023


MÖVZU 8. RESPUBLİKANIN İSTEHSAL VƏ XİDMƏT İNFRASTRUKTURU



Yüklə 147,54 Kb.
səhifə30/50
tarix24.04.2023
ölçüsü147,54 Kb.
#125818
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   50
Azərbaycan İiqtisadiyyatı mühazirə

MÖVZU 8. RESPUBLİKANIN İSTEHSAL VƏ XİDMƏT İNFRASTRUKTURU
1. Energetika sektorunun inkişafı
2. Nəqliyyat və rabitə sektorunun inkişafı
3. Turizmin inkişafı
4. İnşaat sektorunun inkişafı
1. Energetika sektorunun inkişafı
Müasir iqtisadi inkişaf infrastruktur dedikdə, həm bütövlükdə iqtisadiyyatın, həm də onun ayrı-ayrı bölmələrinin normal fəaliyyəti üçün əlverişli şərait yaradan və bu məqsədə xidmət edən sahələrin məcmusu başa düşülür. İnfrastrukturun əsas cəhətlərindən biri onun fərdi yox, kollektiv və ictimai tələbatların ödənməsinə xidmət etməsidir. Bundan əlavə, iqtisadiyyatın infrastrukturu həm də ictimai təkrar istehsalın bütün fazalar: istehsal, bölgü, mübadilə və istehlak arasında qarşılıqlı əlaqələrin formalaşmasına yönəlmişdir. Bütövlükdə infrastrukturlar öz konkret təyinatlarına görə bir-birilə sıx münasibətlərdə olan aşağıdakı üç təsnifat qrupuna müncər edilirlər:
1) istehsal infrastrukturları;
2) sosial infrastrukturları;
3) bazar infrastrukturları.
Makroiqtisadi səviyyədə istehsal və sosial infrastrukturlar bir-birlərindən fərqləndirilir. İstehsal infrastrukturuna ölkənin maddi istehsalı ilə bilavasitə əlaqədar olan sahələr – elektroenergetika, rabitə, nəqliyyat, elmi-texniki informasiya və s. aid edilir. Sosial infrastruktur iş qüvvəsinin təkrar istehsalı və ölkə əhalisinin həyat fəaliyyəti üçün normal şəraitin yaradılmasına xidmət edir. Buraya tədris, səhiyyə, mədəniyyət, incəsənət,sosial təminat və s. kimi sahələr daxildirlər.
Bu deyilənlərlə bərabər, iqtisadi ədəbiyyatda bütövlükdə iqtisadiyyatın konkret sahələrini xarakterizə edən infrastruktur anlayışı da işlədilir. Məsələn, nəqliyyat sahəsinin infrastrukturuna – dəmir yolları, kanallar, körpülər, tunellər və s; tədrisin infrastrukturuna – universitetlər, orta ixtisas məktəbləri və s. aid edilirlər.
Azərbaycan elektroenergetika bazası ilə zəngindir. Bütün elektrik stansiyalannm ümumi gücü 5 milyon kvt.-dır. Bunun Ən çoxunu - 80%-i İES-lər, 20%-ni isə SES-lər verir. İldə adambaşına 3300 kvt enerji istehsal olunur. İES-lər 2 yerə bölünür: 1. DRES (dövlət rayon elektrik stansiyası); 2. İEM (istilik elektrik mərkəzi) - bu elektriklə yanaşı, həm d buxar istehsal edir. İES-lər qaz və mazut ilə işlədilir. İEM-lər əsasən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvanda yaradılmışdır. Ölkədə ilk Su elektrik stansiyası (SES) Gədəbəy rayonunda Qalakənddə mis əritmək üçün tikilmişdir. Kür çayı üzərində də kaskad SES-lər inşa olunmuşdur. Yevlaxda Varvara SES, Şəmkir SES, Yenikənd SES, Sərsəng SES (Tərtər), Araz SES hələ Azərbaycan çaylarının enerjisindən tam istifadə etmir. Azərbaycanın elektrik şəbəkəsi - Rusiya, Gürcüstan, İran, Türkiyə ilə əlaqələndirilmişdir. Ölkədə ekoloji təmiz olan, perspektiv-külək, günəş və geotermal (isti su) mənbələr vardır. Azərbaycanda elektrik enerjisinin tarixi Azərbaycan Respublikasında ilk dəfə 1873-cü ildə Bakıda hər biri 16 at gücündə olan iki buxar turbini quraşdırılmışdır. Bu güc sonradan 2500 at gücünə çatdırılmışdır.
19-cu əsrin sonlarından başlayaraq Abşeron yarımadasında və Bakıda yüksək templə inkişaf edən neft sənayesini elektrik enerjisi ilə təmin etmək məqsədilə 1898-1899-cu illərdə «Glektriçeskaə sila» adlı səhmdar cəmiyyət yaradıldı. Bu Səhmdar cəmiyyət tərəfindən Bakı şəhəri ətrafında iki elektrik stansiyası inşa edildi:
- Bibi-Heybət gücü - 1470 kVt - 1901
- Ağşəhər gücü - 4260 kVt (indiki Bakı İEM-1) - 1902
1906-cı ilin martında Azərbaycanda birinci dəfə olaraq 20 kV gərginlikli elektrik veriliş xətti ilə Ağşəhər elektrik stansiyasından 8,5 km məsafədə yerləşən Balaxanı neft mədəninə elektrik enerjisi verilişinə başlanmışdır.
1915-ci ildə elektrik şəbəkəsi inkişaf etdirilərək elektrik veriliş xətlərinin uzunluğu - 75 km, kabel xətlərinin uzunluğu isə 52 km çatdırıldı.
1913-cü ildə Azərbaycanda ümumi gücü 40 min kilovatta çatan cəmi 20 elektrik stansiyası işləyirdi. Elektrik və istilik stansiyalarının əksəriyyəti Bakıda yerləşirdi.
1920-ci ildə respublikanın ərazisində yerləşən energetika müəssisələri milliləşdirildi və onların bazasında «Glektrotok» adlı idarə yaradıldı. Bu idarənin tərkibinə Ağşəhər və Bibi-Heybət elektrik stansiyalarından başqa 5 elektrik stansiyası daxil oldu.
İkinci dəfə Azərbaycan Rusiya tərəfindən zəbt edildikdən sonrakı illərdə istilik və su elektrik stansiyalarının tikilməsi genişləndirildir. Bu dövrdə Abşeronda «Qırmızı ulduz», «Krasin» adına və «Şimal» elektrik stansiyaları , Sumqayıt şəhərində iki güclü istilik-elektik stansiyası tikilib işə salınmışdır.
Energetika təsərrüfatının növbəti inkişafı Sovet Hökumətinin məşhur QOELRO planı ilə müəyyən edildi. Bu plana əsasən Bakı regionunda neft və neft emalı sənayesinin tam elektrikləşdirilməsi nəzərdə tutulmuşdur.
1941-ci ilin fevralında Azərbaycanda birinci dəfə Sumqayıt istilik elektrik mərkəzi -1 istismara verildi. İkinci dünya müharibəsindən sonra energetika daha yüksək templə inkişaf etməyə başladı.
Respublikanın Ən nəhəng enerji mənbələrindən biri də 1958-ci ioldə tikilməyə başlayıb, 1962-ci ildə istifadəyə verilmiş, 7 bloklu Əli-Bayramlı Dövlət istilik elektrik stansiyasıdır. Stansiyanın ümumi gücü 110 min kVt-dır. Kür çayının sol sahilində tikilmiş bu stansiya Zaqafqaziyada ən böyük stansiya olmaqla İttifaqın dövründə Qafqaz respublikalarını elektrik enerjisi ilə təmin edirdi.
Zaqafqaziyanın Ən böyük SES-lərindən bir i olan tikintisi 1945-1954-cü illərdə Kür çayı üzərində başa çatmış, Mingəçevir şəhəri yaxınlığındakı stansiyadır. Bu enerji mərkəzi yaxınlığında Kür çayı üzərində 1980-ci illərdə 8 bloklu Mingəçevir istilik elektrik stansiyasının tikintisi Ən böyük enerji mənbələrindən biri olmuşdur. Güclü su elektrik stansiyalarından biri də 1980-ci illərdə tikilib istifadəyə verilmiş Gəncə-Qazax zonasında 70 min ha torpaq sahəsi suvaran Şəmkir SES-dir.
Energetika sahəsində ciddi irəliləyiş mövcuddur. Hər şeydən əvvəl göstərmək lazımdır ki, SSRİ dövrində elektroenergetika sistemi mərkəzləşdirilmiş şəkildə idarə edildiyindən iri stansiyaların tikintisinə üstünlük verilirdi. SSRİ-nin süqutundan sonra bütün müttəfiq respublikalarda olduğu kimi, Azərbaycanda da vahid elektroenergetika sisteminin dağılması ilə əlaqədar böyük çətinliklər yarandı. Respublikamızda elektrik enerjisi istehsal edən stansiyaların əksəriyyəti istilik elektrik mərkəzlərindən ibarət idi. Çünki o zaman respublika iqtisadiyyatının, xüsusən də sənayenin istilik enerjisinə böyük tələbatı var idi.
Respublikanın elektroenergetika sahəsinin inkişafı mühüm əhəmiyyət kəsb edir. Respublika rəhbərliyinin gördüyü tədbirlər nəticəsində 1996-cı ildən stansiyalarda yenidənqurma işlərinə başlamışdır. Nəticədə, Avropa Yenidənqurma və İnkişaf Bankının krediti hesabına gücü 150 MVt olan “Yenikənd” SES istismara verilmişdir.
Yaponiyanın güzəştli krediti hesabına, MDB ölkələrində analoqu olmayan, müasir tipli, yüksək göstəricilərə malik 400 MVt gücündə buxar-qaz turbinli “Şimal” DRES-in birinci enerji bloku 2002-ci ildə istismara verilmişdir. Xarici qrant və kreditlər hesabına “Mingəçevir” SES-də, ötürücü şəbəkələrdə və yarımstansiyalarda yenidənqurma-bərpa işləri görülmüşdür.
2006-cı ildə Astara, Şəki və NMR ümumi gücü 87 meqavat olan modul tipli

Yüklə 147,54 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin