Mühazirələr i.ü. f d., dosent Zeynalov M. H. Bakı – 2023


Dövlət və özəl sektorun müqayisəsi



Yüklə 147,54 Kb.
səhifə14/50
tarix24.04.2023
ölçüsü147,54 Kb.
#125818
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   50
Azərbaycan İiqtisadiyyatı mühazirə

Dövlət və özəl sektorun müqayisəsi
Həm dövlət mülkiyyətinin özəlləşdirilməsi, həm də xalqın özəl təşəbbüs əsasında özəl müəssisələr qurması nəticəsində, özəl sektor iqtisadiyyatın əsasını təşkil edir. Bəzi sektorlarda, xüsusilə də təsərrüfat sektorunda üstünlük özəl sektorun payına düşür. Həyata keçirilən yenidən formalaşdırılma nəticəsində, iqtisadi rəqəmlərin müqayisəsindən də görüldüyü kimi ildən ilə iqtisadiyyatda özəl sektorun makro iqtisadi göstəricilərin təşəkkülündəki üstünlüyü mütəmadi olaraq artmaqdadır. İqtisadiyyatın özəl sektor hissəsində 1997-ci ildə ÜDM-nin 46%-i, 1998-ci ildə 55%-i, 1999-cu ildə 62%-i, 2000-ci ildə 68%-i, 2009-cü ildə isə 76%-i istehsal olunmuşdur. Bu da onu göstərir ki, ÜDM-nin içində dövlətin rolu get-gedə azalır. Dövlət büdcəsinin təşəkkülündə də vergi daxil olmaları baxımından özəl sektorun rolunun artım göstərdiyi müşahidə olunur. Əlbəttə dövlət mülkiyyətinin özəlləşdirilməsi iqtisadiyyatda özəl sektorun rolunun artmasında birinci amildir. 2009-ci ilin sonunda sənaye məhsullarının 60%-i, kənd təsərrüfatı məhsullarının 99%-i, nəqliyyat xidmətlərinin 60%-i, rabitə xidmətlərinin isə 72%-i özəl sektorun payına düşür. Ancaq, əsas və stratejik sektorlarda dövlətin monopoliyası və üstünlüyü davam edir. SSRİ-dən miras qalan dövlət monopoliyası iqtisadi yüksəlişə mane olur. Dövlətin hegemonluğundan xilas olmağın yolu isə, böyük həcmli şirkətlərin özəlləşdirilməsidir.
Məlumatları əsas aldıqda iqtisadiyyatda özəl sektorun rolunun böyük olduğu görülür. Bunun səbəbi isə, dövlət mülkiyyətində olan şirkətlərin, xüsusilə də sənaye şirkətlərinin fəaliyyət göstərməmələridir.
Sahibkarlığın inkişafı bazar iqtisadiyyatının zəruri tələbidir. Sahibkarlıq mülkiyyət sahibi olan fiziki və hüquqi şəxslərin mənfəət əldə etmək məqsədilə, qanunvericiliklə qadağan olunmayan, təsərrüfat fəaliyyətinin bütün növləri, o cümlədən məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil fəaliyyət növüdür. Belə bir fəliyyət növünü inkişafına yol açmaq Azərbaycanın iqtisadiyyatının özəl blməsinə yol açmaq deməkdir. Sahibkarlıqla bağlı münasibətlər mülkiyyət formasından, fəaliyyət növündən və fəaliyyət göstərilən sahədən asılı olmayaraq “Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu” və digər qanunvericilik aktları ilə tənzim edilir. Azərbaycanda sahibkarlığı inkişaf etdirmək üçün təkcə hüquqi bazanın olması kifayət deyildir, bunun üçün makroiqtisadi sabitlik, siyasi sabitlik, xarici iqtisadi əlaqələrin liberllaşdırlması, dövlətin fəal yardımı lazımdır. Mülkiyyəti olan hər bir fiziki və hüquqi şəxs sahibkardır və o, mülkiyyətini iqtisadi cəhətdən reallaşdımaq, mənfəət götürmək üçün kapitalını seçdiyi sahədə qoymaqla sahibkarlıq fəaliyyətilə məşğul ola bilər. Bunun üçün o bazar çıxmalı istehsal vasitələri və iş qüvvəsi əldə etməlidir, istehsalı təşkil etməli və istehsal etdiyi əmtəələri yenidən pula çevirməlidir. Deməli, sahibkarlıq fəaliyyəti üçün başqa şərtlərlə yanaşı bazar lazımdır, həm də ilk növbədə daxili bazar. Bu zaman istehsal vasitələrinin və iş qüvvəsinin (əmək bazarı ilə) yanaşı istehlak şeylərinin bazarı, kapital bazarı və qiymətli kağızlar bazarı da olmalıdır. Onlardan biri çatışmasa sahibkarlararası bazar münasibətləri tam formalaşmaz. Əhalinin geniş təbəqələrini sahibkarlığa cəl etməyin əsas yolu özəlləşdirmədir.Özəlləşdirmə həm sahibkarlığın yaradılması yoludur, həm də ölkədə iqtisadiyyatın sabitləşdirilməsi və daxili bazarın formalaşdırılmasının üsullarından biridir. O, kiçik və orta sahibkarlığın formalaşmasının maddi əsasınının yaranmasına bilavasitə xidmət edir. Kiçik və orta sahibkarların meydana gəlməsi isə bazar iqtisadiyyatına keçilməsi prosesini sürətləndirir və onun əsas dayağı olur.



Yüklə 147,54 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin