Mühazirələr i.ü. f d., dosent Zeynalov M. H. Bakı – 2023


Ümumi ictimai məhsulun istehsalı və artırılması yolları



Yüklə 147,54 Kb.
səhifə16/50
tarix24.04.2023
ölçüsü147,54 Kb.
#125818
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   50
Azərbaycan İiqtisadiyyatı mühazirə

2.Ümumi ictimai məhsulun istehsalı və artırılması yolları.
Ümumi ictimai məhsul il ərzində istehsal edilmiş və bazar qiymətləri ilə ifadə olunan əmtəə və xidmətlərin məcmusudur. Ümumi ictimai məhsul il ərzində xüsusi təsərrüftalarda, şirkət və birliklərdə, dövlət sektorunda istehsal olunmuş, saxlanılmış əmtəə və xidmətlərin həcminin yekununda əks olunur. İctimai məhsul bir tərəfdən il ərzində istehsal amillərindən istifadə olunmasını, digər tərəfdən isə milli iqtisadiyyatın səmərəliliyini əks etdirir. Ümumi ictimai məhsul maddi - əşya cəhətdən və dəyərcə yaxud qiymətcə fərqləndirilir. Ümumi ictimai məhsulun maddi əşya tərkibi dedikdə, istehsal vasitələri və istehlak şeyləri başa düşülür. İctimai məhsulun dəyərcə yaxud qiymətcə tərkibi dedikdə, bura ödəmə fondu, yəni istehlak olunmuş əsas və dövriyyə kapitalın dəyəri, milli gəlir, yəni yeni yaradılmış dəyər başa düşülür. Qərb iqtisadi ədəbiyyatında məcmu ictimai məhsulun strukturu dörd əsas elementə bölünür. 1.İstifadə olunan xərclər (xammal, material, yanacaq, hissələr və s. daxildir) 2.Amillər üzrə xərclər (əmək haqqı, borc kapitalına görə faiz, torpaq rentası və s.) 3.Əlavə xərclər (avadanlıqların mənəvi aşınması na çıkilən xərclər) 4.Sahibkarların gəlirləri (mənfəət nəzərdə tutulur.) Ümumi məhsulun dəyər tərkibinin bu şəkildə təsnifatı bazar sistemli ölkələrin tətbiq etdiyi üsuldur. Ümumi milli məhsul ölkədə və həmin ölkəyə aid xaricdə bir il ərzində istehsal olunmuş bütün hazır əmtəə və xidmətlərin ümumi bazar dəyərinə deyilir. Ölkənin ərazisində yaradılmış xarici dövlətlərin və vətəndaşların müəssisələrində istehsal olunmuş əmtəə və xidmətlərin dəyəri də ümumi daxili məhsulun dəyərinə daxildir. Son məhsul istehlakçıların təkrar satış üçün deyil, öz istifadələri üçün aldıqları əmtəə və xidmətlərin dəyər ifadəsində miqdarıdır. Aralıq məhsullar dedikdə isə gələcəkdə emal olunacaq və yaxud gələcəkdə bir neçə dəfə təkrar satılacaq əmtəə və xidmətlərin dəyəri nəzərdə tutulur.
İctimai məhsulun təkrar istehsalı, mahiyyəti, tipləri və meyarı. İctimai təkrar istehsal dedikdə, daima fasiləsiz qarşılıqlı və ardıcıl axın şəklində mövcud olan iqtisadi əlaqələrin yeniləşməsi başa düşülür. Hər bir ictimai istehsal, eyni zamanda ictimai təkrar istehsaldır. Təkrar istehsal bir qayda olaraq istehsal, bölgü, mübadilə və istehlak fazalarını əhatə edir. Hər bir istehsalın məqsədi istehlakla bağlı olduğundan, hər bir istehlakın da məqəsdi istehsalın baş verməsi zəruriliyini törədir. Deməli, istehsalla istehlak arasında qarşlıqlı əlaq mövcuddur. Təkrar istehsalın digər fazaları arasında da özünün fərdi xüsusiyyətlərinə malik qarşılıqlı əlaqələr mövcuddur. Təkrar istehsal əslində cəmiyyət miqyasında baş verən iqtisadi münasibətlərin təkrar istehsalıdır. Yəni iqtisadi münasibətlər çərçivəsinə daxil olan bütün iqtisadi elementlər, mütləq təkrar istehsal prosesi ilə rastlaşır.
Daimi əlaqələrdə fasiləsiz axın yolu ilə bərpa olunan ictimai istehsal prosesinə təkrar istehsal deyilir. Təkrar istehsalın iki – sadə və geniş tipi fərqləndirilir. Əgər, həmişə eyni miqdarda məhsul yaradılsasadə təkrar istehsal baş verir. Artan miqyasda təşkil olunan istehsal prosesinə geniş təkrar istehsal deyilir.
ÜDM – müəyyən dövr ərzində mövcud ölkənin ərazisində istehsal olunmuş bütün məhsulun dəyəri ilə ölçülür. Bunun ölkə və xarici vətəndaşlar tərəfindən istehsal edilməsinin fərqi yoxdur.
ÜDM-in hesablanmasında üç əsas metoddan istifadə olunur:
1. Məsrəflər üzrə ÜDM hesablanması;
2. Əlavə edilmiş dəyər üzrə ÜDM hesablanması;
3. Gəlirlər üzrə ÜDM-in hesablanması.
I. Məsrəflər üzrə ÜDM-in hesablanması:
1) Əhalinin istehlak xərcləri (C)
2) Ümumi xüsusi investisiyalar (I)
3) Əmtəə və xidmətlərin dövlət alışı (G)
4) Xalis ixracat (ixrac və idxalın fərqi) – (Xn)
ÜDM = C + I + G + Xn
II. ÜDM-in gəlirlər üzrə hesablanması:
1) Əmək haqqı (W)
2) Faiz (r)
3) Renta (R)
4) Mənfəət (m)
5) Amortizasiya (d)
6) Dolayı vergilər (T), mülkiyyətdən vergi.
ÜDM = W + r +R + m +d + T
Ölkədə fəaliyyət göstərən daxili və xarici vətəndaşların gəlirləri ÜDM-ə daxil edilir.
III. ÜDM-in əlavə edilmiş dəyər üzrə hesablanması (bu istehsal metodu adlanır).
Bu ÜDM-in bir il ərzində istehsal olunmuş son məhsulun hər bir mərhələsində əlavə edilmiş dəyərlərin məcmusudur.
Əlavə edilmiş dəyər firmaların istehsal etdiyi məhsulun dəyəri ilə başqa firmaların xammalın, materialın, yəni aralıq məhsulların alınmasına sərf etdiyi məbləğ arasındakı fərqdir. Bu halda ÜDM-in kəmiyyəti bütün istehsalçı firmaların əlavə etdikləri dəyərlərin cəmidir.
ÜDM-dən başqa makroiqtisadi analizdə Ümumi milli məhsul (ÜMM) göstəricisindən də istifadə edilir.
ÜMM – ölkə vətəndaşlarının daxildə və xaricdə yaratdıqları son məhsul və xidmətlərin məcmusudur (il ərzində). Bu zaman xarici vətəndaşların ölkədə əldə etdikləri gəliri ümumi məbləğdən çıxmaq lazımdır.
Məcmu milli məhsul son məhsulun dəyərindən ibarət olub milli miqyasda bölüşdürülür və istifadə olunur.
Yaradılmış ÜMM əlavə edilmiş dəyərin məcmu kimi meydana çıxır. ÜMM-in quruluşu müxtəlif ölkələrdə müxtəlifdir. İnkişaf etmiş ölkələrdə ÜMM-də xidmət sferasının payı çoxdur.
Bölünmüş ÜMM = Milli gəlir + xidmət sferasının gəlirləri + amortizasiya
ÜMM-in bölgüsü nəticəsində bütün təsərrüfat vahidlərinin və əhalinin gəlirləri formalaşır. Gəlir forması almış ÜMM son istehlaka (şəxsi və məhsuldar) gedir:
1. Maddi nemətlərin və xidmətlərin əhalinin istehlakına (istehlakın bütün növləri).
2. Məcmu yığıma (kapital qoyuluşuna və maddi dövriyyə vəsaitinə).
3. Dövlət idarə orqanlarına, müdafiəyə, elmə və s.
4. Xarici ticarət saldosu (idxal və ixracın fərqi).
Bütün ölkələrin xarici ticarət dövriyyəsi eyni olmadığından iqtisadiyyatların inkişaf səviyyələrini müqayisə etmək üçün ÜDM göstəricisindən istifadə olunur. Çünki, bu göstərici hər bir ölkənin öz daxilində əldə olunmuş son nəticələri özünə daxil edir (ticarət saldosu buraya daxil edilmir).
ÜMM-ə və ÜDM-ə yeni yaradılmış dəyərlə yanaşı amortizasiya da daxildir (əsas kapitalın bərpasına sərf olunan). İlkin amortizasiyanı ÜDM-dən çıxdıqda Xalis milli məhsul (XMM) qalır. XMM-a dövlətin müəyyən etdiyi dolayı vergilər də daxildir.
XMM-dən dolayı vergiləri çıxdıqda yerdə qalan milli gəlir (Milli gəlir) adlanır. Ancaq XMM göstəricisinin müəyyən çatışmazlığı vardır. Belə ki, bəzi şeylər (ictimai nemətlər) və xidmətlər var ki, satılmır və bazar qiyməti yoxdur. Bu nemətlər və xidmətlər ÜMM xüsusi hesablama metodu üzrə daxil edilir. Bu, şərti əlavə edilmiş dəyərdir (şərti maliyyə vahidi?).
Məsələn, ev kirayə edən şəxs evin sahibinə kirayə haqqı verir. Ev sahibinin mənzilin xidmətindən istifadəsi ÜMM-ə şərti olaraq «icarə haqqı» daxil edilir, guya ki, o özü özünə «icarə haqqı ödəyir». ABŞ-da hüquqşünasın, yanğınsöndürənin, polisin, senatorun və digər işçilərin xidmətlərinin dəyəri, onların əmək haqqı göstəricilərinə uyğun olaraq, şərti ÜMM daxil edilir.
ÜMM göstəricisinin başqa bir çatışmayan cəhəti də var. Belə ki, inflyasiya şəraitində bazar qiymətləri ÜMM-in həqiqi dəyərini təhrif edir.
Buna görə də nominal ÜMM və real ÜMM-i fərqləndirirlər.
Nominal ÜMM – cari bazar qiymətləri ilə son məhsul və xidmətlərin cəmidir.
Real ÜMM – baza ilinin qiymətləri ilə hesablanmış məhsul və xidmətlərin dəyərlərinin cəmidir.
Nominal və real ÜMM kəmiyyətlərini biləndən sonra onların fərqini hesablamaq olar. bu ÜMM-in deflyatoru adlanır.
ÜMM deflyatoru = Nominal ÜMM/Real ÜMM yəni onların nisbətinə.
Deflyator hesabat ilində məhsul vahidinin orta qiymətindəki dəyişikliyi göstərir


  1. Yüklə 147,54 Kb.

    Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin