Mühazirələr i.ü. f d., dosent Zeynalov M. H. Bakı – 2023


Kreditin əsas prinsipləri



Yüklə 147,54 Kb.
səhifə23/50
tarix24.04.2023
ölçüsü147,54 Kb.
#125818
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   50
Azərbaycan İiqtisadiyyatı mühazirə

Kreditin əsas prinsipləri
1.Təcililik 2. Əvəzlilik 3.Qaytarılma
Müasir dövrdə kreditin aşağıdakı formaları var.
1. Dövlət krediti – zamanı borc verən və ya kreditor rolunda dövlətin özü çıxış edir.
2. Kommersiya krediti – bir sahibkar tərəfindən digərinə əmtəələr formasında verilən kreditdir.
3. Veksel krediti – banklar tərəfindən veksel sahiblərinə və təhcizatçılar tərəfindən alıcılara verilən kredit növüdür.
4 .İstehlak krediti – əhaliyə istehlak mallarının alınması və məişət xidmətlərinin ödənilməsi üçün verilən kreditdir.
5. İpoteka krediti – əmlakın girov qoyulması əsasında verilən kreditdir.
6. Kommunal krediti – kommunal təsərüfatın və mənzil tikintisinin ehtiyacları üçün verilən kreditdir.
7. Kənd təsərüfatı krediti – kənd təsərüfatının inkişafı üçün nəzərdə tutulmuş kredit növüdür.
8. Beynəlxalq kredit – borc kapitalının ölkələr arasında hərəkəti və fəaliyyətidir.
Azərbaycanda kredit sistemi. Milli Bankkredit təşkilatlarından ibarətdir. Bu sistemin ən mühüm tərkib hissəsi Milli Bankdır. Kredit təşkilatlarına isə banklar və qeyri-bank kredit təşkilatları aiddir.
6. Bank sistemi. Bank sistemi - Azərbaycan maliyyə sisteminin mühüm elementi sayılır. Bank  qiymətli kağızlar ilə alver edən və kreditorlarla borc alanlar arasında vasitəçilik edən müəssisədir. Azərbaycan Bank sisteminin ilkin inkişafı XİX əsrin ikinci yarısından başlamışdır. Lakin Azərbaycan Respublikasının bank sisteminin institusional və hüquqi quruculuğu 1991-ci ildə dövlət müstəqilliyinin əldə edilməsindən sonra başlamışdır. 1992-ci ildə “Azərbaycan Respublikasının Milli bankı” və “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” qanunların qəbul olunması ilə bank sisteminin hüquqi-normativ bazasının əsası qoyulmuşdur. Müstəqil Azərbaycan Respublikası bank sisteminin yaradılması və inkişafının birinci mərhələsi bank bazarına daxilolmanın liberal şərtləri ilə müşaiyət olunmuşdur. Azərbaycan Respublikası prezidentinin 10 yanvar 1992-ci il tarixli fərmanına əsasən keçmiş SSRI Xarici Əlaqələr Bankı Azərbaycan Respublikası Kontoru bazası əsasında Azərbaycan Beynəlxalq Bankı yaradıldı. Bazar iqtisadiyyatı şəraitində yaşayan ölkələrdə olduğu kimi Azərbaycanda da kommersiya bankları ikipilləli bank sisteminin ikinci pilləsini təşkil edir. Müstəqil kommersiya banklarından 4-ü əsasən dövlət mülkiyyətinə əsaslanırdı. Onların nizamnamə kapitalının 51 %-i, yaxud nəzarət paketi dövlətə məxsus idi. Bunlara aşağıdakılar aiddir:
1. Azərbaycan Respublikası Aqrar Sənaye Səhmdar Kommersiya Bankı.
2. Azərbaycan Respublikası Sənaye İnvestisiya Səhmdar Kommersiya Bankı.
3. Azərbaycan Respublikası Əmanət Kommersiya Bankı.
4.Azərbaycan Respublikası Beynəlxalq Səhmdar Kommersiya Bankı. Azərbaycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli fərmanı ilə keçmiş SSRI Dövlət Banki. Sənaye-Tikinti bankı və Aqrar-sənaye bankı Azərbaycan Respublikası kontorları bazası əsasında Azərbaycan Milli Bankı və keçmiş SSRI Əmanət Bankı Azərbaycan Repsublikasının kontoru bazası əsasında isə Azərbaycanın Əmanət bankı təşkil edildi. 1992-ci ilin fevral ayından avqust ayına qədər sənaye-tikinti Bankının və Aqrar-sənaye bankinın müəssisə və şöbələri bilavasitə Azərbaycan Milli Bankının tabeçiliyinə verilmişdir. Respublikamız müstəqillik əldə etməklə bazar əsasında inkişaf edən ölkələrin təcrübəsinə uyğun olaraq Milli bazar yaradıldı. Bu dövrdə bankların strukturları deyil, kredit münasibətlərində də dəyişiklik edildi. Beləliklə, ikipilləli bank sistemi formalalaşmış oldu. Birinci pillədə Miili Bank, ikinci pillədə kommersiya bankları dururdu. Bundan sonra Aqrar-Sənaye Bankı və Sənaye - investisiya Bankı Miili bankın tərkibindən çıxarılaraq, Birləşmiş Universal Səhmdar kommersiya bankına çevrildi. Azərbaycan Respublikasının Əmanət Bankı və Beynəlxalq Bankı Azərbaycan Miili Məclisinin müvafiq qərarına əsasən respublika səhmdar kommersiya bankları kimi fəaliyyət göstərməyə başladılar. Daha sonra 1993-cü ildə Azərbaycan Respublikasının aqrar-sənaye bankının, sənaye investisiya bankının, Əmanət bankının və Beynəlxalq Bankın tamamilə səhmdar komersiya banklarına çevrilməsi prosesi başa çatdırıldı. Həmin bankların nəzarət səhm paketi Maliyyə Nazirliyinin timsalinda Azərbaycan hökumətinə məxsus idi. Səhmlərin qalan 49%-i isə müxtəlif hüquqi və fiziki şəxslər arasında bölüşdürülərək təşkil olundu. Azərbaycanda mərkəzi banka dair qanunla Miili Bank dünyanın müstəqil bankları kimi fəaliyyətə başladi. Bu qanunlar qəbul edildikdən sonra Milli Bankin ilk sədri təyin ediidi. Bank sisteminin müstəqilliyi ilə yaranan imkana uyğun olaraq respublikamizin Milli valyutası olan «manat» dövriyyəyə buraxıldı (1992) və Milli Bankda onun dəyərinin qorunması üçün tədbirlər həyata keçirilməyə başlandı. Qeyd etmək lazımdır ki, Azərbaycanda bazar iqtisadiyyatı təmayüllü bank sisteminin yaradılmağa başlandığı dövrdə gərgin siyasi şərait və iqtisadiyyatda ağır pozulmalar gedirdi. Bunlar bank sisteminin fəaliyyətini çətin bir vəziyyətə salmışdı. Bunun nəticəsində respublikada bank sistemində təşkilati və idarəetmə prinsipləri pozulmuş və bütövlükdə bank xidməti sosial-iqtisadi inkişafin tələblərinə cavab verməmişdi. Bankların fəaliyyəti dövlətin irəli sürdüyü iqtisadi siyasətin həyata keçirilməsinə deyil, bilavasitə digər məqsədələrə istiqamətləndirilmişdi. Bununla yanaşı bankların müstəqil siyasət yeritmək səlahiyyətləri təmin edilmiş və onlar dövlət mənafeyindən irəli gələn məqsədələrə vaxtında xidmət etməmişlər. Bank işi zəif hüquqi bazaya əsaslanmış və keçmiş dövrün qanunvericilik aktlarının tələb və prinsiplərinə uyğun idarə olunmuşdur. Onu da qeyd etmək lazımdır ki. Dünya ölkələrində məlum olan çoxsaylı bank əməliyyatlarından respublikada yalniz bir neçəsi icra olunur. Bunlarla yanaşı respublikada Əmanət bankı sistemində də ciddi nöqsanlar və pərakəndə idarəetmə vəziyyəti mövcud olmuşdur. Belə ki, əmanət bankları əhalidən qəbul edilmiş əmanətləri qeyri-səmərəli və məsuliyyətsiz formada idarə etmiş və həmin əmanətlərin vaxtında faizlə qaytarılması üzrə qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmuşdur. Bu səbəbdən bir neçə illər ərzində əhalinin əmanət banklarına etibar etdiklərı əmanətlər qiymətdən düşmüş və yararsız pul ehtiyatına çevrilmişdir. Nəticədə, Əmanət Bankı öz mahiyyətini itirmişdirsə, aparılan islahatlar nəticəsində bank sisteminin fəaliyyətində mövcud olan nöqsan və çatışmamazlıqlar zəif pərakəndə idarəetmə vəziyyəti nisbətən aradan qaldırılmış və onların işində xeyli təkmilləşdirmə aparılmışdır. Respublikada müasir bank sistemində baş verən əsasli dəyişikliklərı aşağıdakı kimi qruplaşdırmaq olar:
-bank sistemində aparılan əsaslı islahatlar dövlət və kommersiya banklarının hüquqlarını və məsuliyətini daha da artırmış və onların tənzimləmə mexanizmi nisbətən güclənməsidir;
-əhalidə və müxtəlif strukturlarda mövcud olan sərbəst pul vəsaitlərinin banklar tərəfindən səfərbər edilməsində dönüş baş vermiş və ciddi təminat yaranmışdır;
-pul tədavülünün tənzimlənməsində bankların rolu və idarəetmə funksiyaları artmışdır;
-respublikada xarici ölkə bankları ilə rəqabət əparmaq gücünə malik müştərək (birgə) bankların yaradilmasına üstünlük verilmişdir;
-Milli Banka sərbəst pul-kredit siyasəti yeritmək və dövriyyəyə pul buraxmaq hüququ verilmişdir.
-Bankların yeni fəaliyət növləri ilə məşğul olmaq, qiymətli kağızlarla əməliyyatlar aparmaq, lizinq, faktorinq və s. əməliyyatlara qoşulmaq imkanları genişlənmişdir. Yəni banklar öz fəaliyyətində bank resurslarının tərkibinə pul vəsaitləri, əmtəə-maddi qiymətlilərilə yanaşı qiymətli kağizları (səhmlər, istiqrazlar, xəzinə öhdəlikləri, əmanət sertifikatları və s.) daxil edir;
- respublikada qiymətli kağizlar bazarınən (fond birjasının) təşkil olunmasında bütün növ bankların rolu artırılmış və bu istiqamətdə alman modelinə üstünlük verilmişdir və s.
10 iyun 1996-cı üdə Milli Məclis tərəfindən qəbul olunmuş «Milli Bank haqqında» Azərbaycan Respublikası qanununda pul-kredit siyasətini həyata keçirmək məqsədilə məcburi bank ehtiyatlarının normaları müəyyənləşirilmiş və onun əmələ gəlmə mənbələri göstərilmişdir. Həmin qanunda məc­buri ehtiyatların yaradılması, normaların müəyyən olunması, kreditor təşkilatlarla əmanətçilər arasında öhdəliklərin tənzimlənməsi və məcburi ehtiyatların saxlanılması qaydaları və s. öz əksini tapmışdir. Bazar iqtisadiyyatına keçid dövründə bütün növ bank resurslarının əmələ gəlmə mənbəyində, strukturunda və istifadə olunma mexanizmində əsaslı dəyişiklik baş vermişdir. Məsələn, fəaliyyətdə olan komersiya bankların xüsusi resurslarının mənbəyini qiymətli kağizlar bazarındakı səhmlər fond üçün nəzərdə tutulmuş səhmdar və ehtiyat kapitalı təşkil edir. Müasir tipli bank növləri yeni iqtisadi və bazar strukturlarının fəaliyyətinə infrastruktur xidmətini daha da fəallaşdırmaq məqsədilə, xüsusilə də operativ bank əməliyyatları sisteminə keçməlidir. Belə ki, banklar qiymətli kağızlarla, lizinq faktorinq və s. xidmətlərlə əməliyyatlar aparmaq yolu ilə bazar subyektlərinin maliyyə tələblərini və problemlərini ödəməlidirlər. Yəni respublikada fəaliyyətdə olan banklar fond birjasi (qiymətli kağizlar bazarı) vasitəsilə bazar subyktlərinə maliyyə xidməti göstərən infrastruktur obyektinə çevrilməlidir. Konkret olaraq, hər bir bank bazar subyektlərini, təsərrüfat subyekllərini və digər maliyyə ehtiyatı olan müştəriləri özlərinə cəlb elməyi bacarmalı və ona stimul yaratmalıdır. Bankların müasir fəaliyyətində elə bir şərait yaradılmalıdır ki, onlər həm öz vəsaitlərindən müxtəlif istiqamətlərdə səmərəli istifadə etməkdə maraqlı olsunlar, həm də banklara bütün mənbələr hesabına pul vəsaitlərinin və qiymətli kağizların cəlb olunmasında bütün bazar və təsərrüfat subyektləri daha çox səy göstərsinlər. Əlbəttə, bankların yeni rolu məhz bununla müəyyən olunur, lakin bunlarla yanaşı banklar cəlb olunan bütün pul vəsaitlərinin saxlanılmasına və istənilən vaxt sahibinə geri qaytarılmasına möhkəm təminat verməlidir. Azərbaycan Respublikasında bank sisteminin yaradılması və formalaşmasında kommersiya banklarının roluna ayrıca nəzər salmaq daha məqsədəuyğundur. Bu məqsədlə son 10 ildə səhmdar kommersiya və kommersiya banklarının inkişafina nəzər yetirməyi məqsədəuyğun hesab edirik. 1992-ci ilə qədər Azərbaycanda 30-a qədər kooperativ, kommersiya bankları fəaliyyət göstərirdisə, 1992-1995-ci illərdə səhmdar kommersiya və kommersiya banklarının yaranması prosesi geniş vüsət almiş, bu illərdə Azərbaycanda 240-a yaxın kommersiya, səhmdar kommersiya bankları yaranmışdır. Bu llər ərzində kommersiya banklarının sayının artması bir neçə səbəblə izah oluna bilər. Bunlara nizamnamə fonduna heç bir minimum həddin qoyulmaması üzündən onun məbləbinin aşağı olması, inflyasiyanın yüksək olmasi səbəbindən kredit faizlərinin yüksək olması və s. aid etmək olar. 1994-cü ilin payızından etibarən Milli Bankin sərt monetar siyasətə keçməsi, kommersiya banklarının verdikləri yüksək faizli təminatsiz kreditlərin geri qaytarılması kommersiya banklarının fəaliyyətində problemlər yaratmağa başladı. Bank fəaliyyətini tənzimləyən qanunvericilikdəki boşluqlar mövcud vəziyyəti daha da ağırlaşdırırdı. Bundan başqa bank adı altında fəaliyyət göstərən, lakin Milli Bankdan müvafiq lisenziya almadan xeyriyyə cəmiyyətlərinin və bütün digər qurumların əhalidən yüksək fazlərlə əmanət cəlb edib mənimsəməsi, Dövlət Əmanət Bankındakı vəsatlərin inflyasiya nəticəsində dəyərsizləşməsi və sonradan indeksləşdirilib qaytarılması məsələsinin həll edilməməsi, yerli bank sisteminə olan inamın xeylı itirilməsinə səbəb olmuşdur. Bank sisteminin yeni formalaşması ilə əlaqədar yüksək səviyyəli kadr çatişmamazlığı, qeyri-professonalların kommersiya banklarının rəhbərliyində təmsil olunması da prosesə öz mənfi təsirini göstərdi. 1995-ci ildən etibarən Milli Bank kommersiya banklarının nizamnamə fonduna tələblərini artırmağa başladı. Bu illərdə bank sistemində bütün banklar, o cümlədən "Kapital" və Beynəlxalq Banklar da müxbir hesabına keçmişdir. Milli Bank tərəfndən nizamnamə fonduna qarşı tələblərin artırılması kommersiya bankları üçün bir sira problemlər yaratmışdır. Nizamnamə fondu həddini yerinə yetirməyən kommersiya banklarının, hətta normal fəaliyyət göstərməsinə baxmayaraq, lisenziyası geri alınmışdır. Kommersiya banklarının nizamnamə kapitalının artırılmasında məqsəd respublikada fəalyyətdə olan bankların saynı azaltmaq, onların kapitallarrının birləşməsinə nail olmaq idi. Lakn bank işi spesifik sahə olduğu üçün bu bankların birləşməsi mümkün olmadı. Bankların birləşməsi uzun və çətin bir prosesdir. Biz bilirik ki, kommersiya banklanın nizamnamə fondunun formalaşmasının əsas mənbələri aşağıdakılardır:
- Əhalinin sərbəst put vəsaitləri;
- Müəssisə və təşkilatların sərbəst pul vəsaitləri.
Əhalinin ağır sosial-iqtisadi durumu, müəssisə və təşkilatların çətin maliyyə vəziyyətləri bankları bu mənbələrdən məhrum edir. Xarici mənbələrə isə Milli Bank tərəfindən müəyyən məhdudiyyətlər qoyulub. Bütün bunlar yerli kommersya banklarının müflisləşməsinə gətirib çıxarır. Yaxşi olar ki, Milli Bank sisteminin tam formalaşdıqdan, yerli banklar xarici banklann rəqabətinə dözə biləcək dərəcədə inkişaf etdikdən sonra xarici banklar ölkənin bank bazarına buraxılardı.
Qərbi Avropanın inkşaf etmiş ölkələrinin banklarının pul vəsaitləri ilə əlaqədar problemləri yoxdur. Həmin dövlətlərin iqtisadiyyati kifayət qədər inkişaf etmiş əhalisinin sosial-iqtisadi durumu yüksəkdir. Hazırda respublikamızın iqtisadiyyatında pul "aclığı" var. Bu həm dövriyyədə pul kütləsinin azlığı, həm də iqtisadiyyatdakı böhran və geriliklə bağlıdır. Kommersiya banklarının vəsaiti çatışmamazlığı onları məcbur edir ki, əhalidən yüksək faizlərlə əmanət cəlb etsin. Çünki ümumən maliyyə bazarında krcdit rcsurslanna böyük ehtiyac vardir. Bu gün kommersiya banklarının cəlb olunmuş vəsaitləri içərisində əmanətlər, depozitlər 10-15% təşkil edir. Belə vəziyyətdə əmanət və depozitlər üzrə öhdəlikləri vaxtlı-vaxtında.yerinə yetirmək bu banklar üçün bir ciddi problem yaratmır.

Yüklə 147,54 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin