Mühazirələr i.ü. f d., dosent Zeynalov M. H. Bakı – 2023


Avtomobil yolu nəqliyyatı



Yüklə 147,54 Kb.
səhifə32/50
tarix24.04.2023
ölçüsü147,54 Kb.
#125818
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   50
Azərbaycan İiqtisadiyyatı mühazirə

Avtomobil yolu nəqliyyatı
Azərbaycanın avtomobil yollarının uzunluğu 25.000 km-dir. Bu yolların əksər hissəsini asvalt və torpaq yolları təşkil edir. Avtomobil yolu nəqliyyatında sərnişin daşınması daha çox avtobus və minibuslarla həyata keçirilir. Avtomobil yolları ilə sərnişin daşınmalarının 80-85%-i avtobuslar vasitəsi ilə reallaşır. Nəqliyyatdakı avtomobil sayı isə, hər il artır. Azərbaycanın açıq dənizlərə çatan 3 avtomobil yolu vardır. Bunlar Gürcüstan ərazisindən Qaradənizə, Rusiya ərazisindən Qara dənizə və İran ərazisindən Bəsrə Körfəzinə çıxan yollardır.
Azərbaycanın tarixi ipək yolunun qovşağında yerləşməsi onun əlvərişili
geostrateji mövqeyi burada bir sıra yol layihələrinin həyata keçirilməsini zəruri edir. Bu layihələrdən olan TRACECA layihəsinin bir hissəsi olaraq Azərbaycan- Gürcüstan arasında dünya standartlarına cavab verən avtomobil yolu inşa edilmişdir. Yalnız 2009-cu ilədək Azərbaycanda həyata keçirilən yol layihələrinə 200 milyon dollara qədər vəsait xərclənmişdir. Bu yolların tikinti və təmiri məqsədi ilə AYİB və Dünya Bankı, Asya İnkişaf Bankı və İslam İnkişaf Bankı maliyyə yardımı etmişdir. Azərbaycanın bütün avtomobil yollarının təmiri və yenidən qurulması üçün 1500 milyon dollardan çox maliyyə vəsaiti lazımdır. “Regionların Sosial və İqtisadi İnkişafı Haqqında” dövlət proqramına müvafiq olaraq yolların tikintisi və təmiri ilə əlaqədar kompleks tədbirlər planı hazırlanmışdır. Ölkə daxili yolların əsaslı təmiri və yenidən qurulması məqsədi ilə
bəzi beynəlxalq maliyyə müəssisələrinə, bu layihələrin maliyyələşdirilməsi məqsədiilə kreditlərin ayrılması ilə əlaqədar hökümət tərəfindən müraciətlər olmuşdur.
Ölkədə beynəlxalq nəqliyyat yolları başda olmaqla avtomobil yolları 2015-ci ilə qədər yenidən tikilmişdir. 2004-2015-ci illər ərzində 1225 kilometr uzunluğunda şəhərlərarası yolda, 1807 kilometr uzunluğunda isə şəhərdaxili avtomobil yollarında təmir və yenidən qurma fəaliyətləri həyata keçirilmişdir. Bu
çərçivədə önəmli layihələr üzərində fəaliyətlər uğurla nəticələnmişdir:
1. Bakı-Ələt-Qazax-Gürcüstan sərhəddi boyunca uzunluğu 508 km olan yolun Bakı-Ələt (47 km) hissəsində yenidən qurma fəaliyyətlərinə başlanılmış və 2005-ci ilin sonuna qədər yekunlaşdırılmışdır;
2. Uzunluğu 85 km, layihə həcmi 41 milyon dollar olan və Avropa Yenidən Qurma və İnkişaf Bankının maliyyələşdirdiyi Qazməmməd-Kürdəmir yolunun tikintisi isə 2006-cı ilin sonunda yekunlaşdırılmışdır;
3. Kürdəmir-Ucar-Yevlax-Gəncə boyunca uzunluğu 188 km olan, 102 milyon
dollar dəyərindəki yol 2008-ci ilin sonuna qədər yekunlaşdırılmışdır;
4. Gəncə-Qazax-Gürcüstan sərhəddinə qədər uzunluğu 132 km, layihə dəyəri
60 milyon dollar olan yolun yenidən qurma işləri də 2009-ci ildə yekunlaşdırılmışdır;
5. Bakı-Quba-Rusiya sərhəddinə qədər uzunluğu 208 km, layihə dəyəri 280 milyon dollar olan birinci dərəcəli yolun tikintisi 2009-ci ildə yekunlaşdırılmışdır;
6. Uzunluğu 21 km, layihə dəyəri 30 milyon dollar olan Bakı dairəvi yolu 2010-ci ilin sonlarında tamamlanışdır.
7. Bundan əlavə, Ələt-Astara istiqamətində uzunluğu 243 km, layihə dəyəri təxminən 300 milyon dollar olan yolun yenidən tikintisi ilə əlaqədar texniki və iqtisadi layihələndirmə fəaliyyətləri tamamlanmış vəziyyətdədir. Yolun tikintisinin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə müəssisələri ilə müzakirələr nəticəsində bu yolun yenidən tikintisi üçün fəaliyyətlərə də başlanmışdır. Ələt-Astara yolunda tikinti fəaliyyətləri 2010-cu ildə tamamlanmışdır.
8. İnşasına başlanan Biləsuvar-İran sərhəddi boyunca uzunluğu 19,5 km, layihə dəyəri 35 milyon manat olan yol da 2009-ci ildə tamamlanmışdır.
9. Bakı-Şamaxı-İsmayıllı boyunca uzunluğu 162 km, layihə dəyəri 270 milyon
manat olan yol isə 2006-2010-cı illərdə yenidən qurulmuşdur.
10. Uzunluğu 71 kilometr olan Şəmkir-Qazax avtomobil yolunun yenidən tikintisinə Dünya Bankı 40 milyon dollar kredit ayırmışdır.
Layihələr çərçivəsində Bakıdan Gürcüstan sərhəddinə qədər uzanan yolun
Ələt-Qazıməmməd hissəsi və Gəncə-Qazax avtomobil yolunun 23 kilometrlik Gəncə-Şəmkir hissəsi artıq dünya standartlarına cavab verəcək şəkildə asvalt örtüyü ilə təmin edilmişdir.
Azərbaycanın iqtisadi inkişafı nəqliyyat vasitələrinin sürətli artımı ilə müşahidə edilir. Avtomobil sayı hər il artır. Sadəcə 2005-ci ildə respublikaya 40 000-ə yaxın avtomobil idxal edilmişdir. Bu rəqəm 2013-cü ildə 104 min 385, 2014-cü ildə isə 63 min 368 olmuşdur. Son illər Bakı şəhərində tıxac problemi aktuallaşır. Bu problemi aradan qaldırmaq üçün 2008-2012-ci illərdə Bakı şəhərinin sitifadə olunan yollarında üst keçidlər, körpülər və çox mərtəbəli yollar tikilmişdir.
Dəmir Yolu Nəqliyyatı
Dəmir yolu nəqliyyatı ölkə daxili və beynəlxalq yük daşımalarında mühüm yerə sahibdir. Azərbaycanda iqtisadi və infrastruktur potensialının mühüm bir hissəsini dəmir yolu nəqliyyatı təşkil edir. Azərbaycanda yüklərin təxminən 70%-i, sərnişinlərin təxminən 30%-i dəmir yolu nəqliyyatı ilə həyata keçirilir. Ümumi istifadədə olan dəmir yollarının uzunluğu 2068 km.-dir. Dəmir yolu ilə daha çox neft, neft məhsulları, metal, maşınqayırma avadanlıqları, ərzaq və odun məhsulları daşınır. Bakıda şəhər daxili nəqliyyatda metronun mühüm bir yeri vardır. 1967-ci ildə fəaliyyətə başlayan metro xəttlərinin hal-hazırkı uzunluğu 34.6
kilometrdir134. Bakı metrosu təmizliyinə və xidmət şərtlərinə görə Beynəlxalq Nəqliyyat Təşkilatı tərəfindən dünyada “ən təmiz metro” olaraq seçilmişdir. Bakıda bütün metro keçidlərində təmizlik yüksək səviyyədədir. Metro əsasən sərnişin nəqliyyatında istifadə edilərkən, digər dəmir yolları daha çox yük daşımasında istifadə edilir.
Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzit olaraq nəql edilməsi
məqsədi ilə bağlı müqavilələr çərçivəsində 2004-cü ildə neft daşımalarının həcmi 20% artırılmışdır. 2003-cü ildə tranzit neft daşınması 2,8 milyon ton olmuşdur. Azərbaycan dövlət dəmir yolları ilə neft daşınmasının 8 milyon tona çıxarılması nəzərdə tutulur. Azərbaycanda dəmir yolu ilə yük nəqliyyatında əsas yeri, 74.5%-lik bir hissə ilə neft və neft məhsulları alır.
Lakin ölkədə dəmir yollarının böyük hissəsinin yenidən tikintisi vacibdir.
800 vaqondan, 350-nin əsaslı təmirə ehtiyacı vardır, ancaq, Azərbaycanda bunu
reallaşdıra biləcək maliyyə vəsaiti olmaması səbəbi ilə 20 milyon dollarlıq xarici yardıma ehtiyacı var.
Gürcüstanda meydana gələn siyasi hadisələr və hakimiyyət dəyişikləri nəticəsində Batumi limanının istifadə edilə bilməməsi və Azərbaycan-Gürcüstan sərhəddində nəzarətin artırılması kimi səbəblər, ölkədən tranzit dəmir yolu yük daşınmalarının həcminə mənfi təsir göstərmişdir.

Yüklə 147,54 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin