Mühazirələr i.ü. f d., dosent Zeynalov M. H. Bakı – 2023



Yüklə 147,54 Kb.
səhifə35/50
tarix24.04.2023
ölçüsü147,54 Kb.
#125818
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   50
Azərbaycan İiqtisadiyyatı mühazirə

3. Turizmin inkişafı
Ölkədə turizm sektoru üçün lazımi iqlim, təbii gözəlliklər, tarixi və arxeolojik əsər potansialı qısaca təbii, tarixi və mədəni sərvətlər mövcutdur. Azərbaycanda təbii imkanlar arasında 11 iqlim qurşağından 9-nun mövcud olması, Xəzər dənizinin sahilləri, Xaçmaz-Lənkəran-Astara regionundakı müşəlik sahələr və müalicə məqsədiylə də faydalanıla biləcək potansialdakı qaynaq suları diqqət çəkir. İqlim şərtlərinin əlverişli olması səbəbiylə ölkə, Sovet İttifaqı dövründə əhəmiyyətli miqdarda turist çəkirdi. Həmin dövrdəki otellər və plajlar bunu göstərir. Azərbaycanda turizm sektorunu əmələ gətirən sahələr aşağıdaki alt başlıqlar altında cəmlənə bilər;
Tətil Turizmi: Xüsusilə yaz aylarında tətil etməyə ən uyğun regionlar Zaqatala, Şəki, Quba, Gəncə, Qazax və Lənkərandır.
Yayla və Dağ Turizmi: Azərbaycanda yayla və dağ turizmi üçün əlverişli bölgələr; Zaqatala meşəlikləri, Şəki Gələrsən Görərsən qalası, Başdaşagıl, Quba meşəlikləri, İsmayıllı, Lahıç, Qəbələ, Ağdaş meşələri, Gəncə, Hacıkent, Göygöl olaraq sıralana bilər.
Vanna və Sağlamlıq Turizmi: Azərbaycan içməli və müalicə məqsədli mineral su qaynaqları ilə zəngindir. Ölkədə 200 milyon litr su verən təqribən 2000 mineral su qaynağı var.
Digər tərəfdən “Naftalan” deyilən və dünyada sadəcə Azərbaycanda var olan neft qatışıqlı palçıq suyu bir maddə başda sinir sistemi olmaqla dəri, cild, qadın xəstəlikləri və s. bir çox xəstəliyə yaxşı gəlir. Azərbaycanda müalicəvi səciyyəvi sanatoriyaların çoxu Abşeron Yarımadasında yerləşir.
Çimərlik Turizmi: Şərqdən Xəzər dənizi tərəfindən əhatə olunan Azərbaycan plyaj turizmi baxımından da əlverişlidir. Bilgəh və ətrafı kilometrlərcə uzanan plyajlara sahibdir.
Ov Turizmi: Azərbaycanda cəmi 97 növ məməli heyvan, 346 növ quş və 95 növ balıq var. Fərqli regionların ov turizminə əlverişli olduğu ölkədə ov tüfəngi istifadə etmək üçün icazə alınmalıdır. Eyni zamanda hər tüfəng sahibinin ovçular cəmiyyətinə üzvülüyü məcburidir.
Mədəniyyət Turizmi: Azərbaycan çox zəngin bir mədəniyyət və tarix xəzinəsinə sahibdir. Ölkədəki qədim abidə, məzar, türbə, bina və digər tarixi əsərləri qorumaq, bərpa etmək üçün müxtəlif təşkilatlar qurulmuşdur. Təbii zənginlikləri səbəbiylə turizmin Quba-Xaçmaz, Astara-Lənkəran, Şəki-Zaqatala, Gəncə-Xanlar, Şəmkir-İsmayıllı, Siyəzən-Xızı regionlarında inkişaf etəsi daha uyğundur.

Yüklə 147,54 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin