Mühazirələr i.ü. f d., dosent Zeynalov M. H. Bakı – 2023


Azərbaycanda kimya sənayesi



Yüklə 147,54 Kb.
səhifə39/50
tarix24.04.2023
ölçüsü147,54 Kb.
#125818
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   50
Azərbaycan İiqtisadiyyatı mühazirə

3.Azərbaycanda kimya sənayesi.
Müasir dövrdə xalq təsərrüfatının, xüsusilə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında kimyanın rolu olduqca böyükdür. Azərbaycan Respublikası kimya sənayesi xammalına, onun ehtyatlarına neft, qaz burut suyu, kükürd kolçedanı, xörək duzu alunit, polumetal filizləri və sair yataqlar sahəsində ilkin yerlərdən birini tutur. Azərbaycan Respublikasında kimya və neft-kimya sənayesinin inkişafı üçün lazım olan zəngin xammal bazası mövcuddur. Ölkəmizdə sənaye miqyaslı kimya istehsalının yaranmasına da neft emalı sənayesinin inkişafı təkan vermişdir. Təbii yataqlar və kimyalaşdırma kənd təsərrüfatı bitkilərindən yuksək məhsul almaq üçün kalium, fosfor, azot və sair mikro və makro gübrələr, onların zərərverigi və xəstəliklərə qarşı istifadə edilən zəhərli kimyəvi maddələr alınmasında iştirak edir. İlk kimya sənaye müəssisələri B.Britaniyada -1740-cı ildə, Fransada – 1766, Rusiyada-1805, Almaniyada-1810, Azərbaycanda – Bakıda- 1879-cu ildə yaranmışdır. Kimya sənayesinin xammal bazası Azərbaycanda neft-qaz, kükürd koçedanı, alunit, neft-mədən suları, Daş duz və s. əsasında yaranmış və inkişaf etmişdir. Əsas kimya müəssisələri Bakı, Gəncə Sumyayıt, Neftçala şəhərlərində yerləşmişdir. Təbii yataqlar və kimyalaşdırma kənd təsərrüfatı bitkilərindən yüksək məhsul almaq üçün kalium, fosfor, azot və sair makro və mikro gübrələr, onların zərərverici və xəstəliklərinə qarşı mübarizədə istifadə edilən zəhərli kimyəvi maddələr alınmasında əsas rol oynayır. Sovet dövründə ümumittifaq xalq təsərrüfatı kompleksinin tərkib hissəsi kimi kimya sənayesi sürətlə inkişaf etdirilməyə başladı. Həmin sahənin sürətli inkişafı 60-70- ci illərə təsadüf edir. Məsələn, 1960-1975-ci illərdə Respublikada kimya və neft-kimya sənayesi məhsullarının orta illik artım sürəti sənayenin orta illik artım sürətindən iki dəfə yüksək olmuşdur. Nəticədə sənaye məhsulunun tərkibində həmin sahənin xüsusi çəkisi 1960-cı ildə 2, 9%-dən 1980-ci ildə 7,5%-ə yüksəldilmişdir. Kimya və neft-kimya sənayesi əsas etibarilə Sumqayıtda SSRİ tələbatının ödənilməsi üçün cəmlənmişdir. Vəziyyətin düzəldilməsi külli miqdarda kapital tələb edir. Respublikanın yüngül sənayesinin inkişaf etdirilən bütün sahələrində gön-dəri, toxuculuq və trikotaj sahəsində, bunları əvəz edən sintetik paltarlar, avadanlıq və materiallar, qab-qacaq və s. bütün gündəlik təlabat sintetik materiallar istehsalı birbaşa kimya sənayesi və onun iqtisadiyyatı ilə bağlıdır. Respublikada sulfat turşusu, kauçuk, etil spirti, yod, brom, qleserin, kaustik soda, avtomobil şinləri və sair bir çox məhsullar istehsal edilir. Bu malların əksər hissəsi neft və neft məhsullarından alındığı üçün Azərbaycanda kimya sənayesinin əsasını neftkimya sənayesi təşkil edir. Neft və yanar qazdan alınan məhsullar – sintetik kauçuk, üzvi sintez məhsulları – etilen, propilen, səthi aktiv maddələr, yuyucu maddələr, mineral gübrə növləri, rezin məmulatı (şinlər), texniki azbes məmulatı və s. Azərbaycanda kimya sənayesinin perspektiv sahələrindən biri də neft-kimya sənaye sahəsidir. Bu sahə yeni avadanlıqların hazırlanmasında, müxtəlif növ xammal bazasının yaradılmasında əsas rol oynaır. 1952-ci ildə sabiq ittifaqda ilk dəfə Sumqayıtda sintetik etil spirti istehsal edən zavod istifadəyə verilmişdir. 1959-cu ildə Sumqayıt sintetik kauçuk və Qaradağ duda zavodunun məhsulları əsasında, Bakı şin zavodu və Sumqayıt üzvi məhsullar zavodu işə salınmışdır. 1970-1981-ci illərdə bu zavodların məhsulları 2-9 dəfə, ocümlədən texniki rezin məmulaı 8,3 dəfə artmışdır. Neft məhsulları əsasən neftin emalından alınan karbohidrogenlər, onların bəzi törəmələrinin qarışığı və ya fərdi kimyəvi birləşmələrdir. Onlardan yanacaq, sürtkü yağı, elektroizolyasiya materialları, həlledici, yol örtüyü, neft-kimya sənayesi üçün xammal kimi və başqa məqsədlər üçün istifadə edilir. Neft məhsullarına duru yanacaq və qaz yanacağı daxildir. Burada yerdən neftlə bigə çıxan qazların emal məhsullarından qazolin və qaz benzini propan butan fraksiyası, izobutilen, neft emalı qazları, benzin, kerosin və mazut da daxildir. Neft məhsullarının təqribən 63%-ni təşkil edən neft yanacaqları daxili yanma mühərrikində mator yanacağı kimi işlənilir. Neft məhsullarının ikinci bir qrupu sürtkü yağlarıdır. Neft yağlarının əsasən mazutu vakuum altında distilə etməklə və yağ qudronunu alfaltsazlaşdırmaqla alırlar. Texniki bitim məhsullurı neft məhsullarının üçüncü qrupunu təşkil etməklə, xalq təsərrüfatında çox işlənən materiallardır.bu məhsullar asfalt-qətran tərkibli birləşmələrin ağır distilə qalıqlarının vakuum altında yenidən distillə edilib içərisindən hava keçirmək yolu ilə alırlar. Eyni zamanda, sürtgü yağları, bərk karbohidrogenlər – parafin, vazelin, petrolatum alınır. Bərk karbohidrogenlərdən yeyinti, elektrotexnika, kağız və rezin sənayesində, plastik sürtkü yağları istehsalında, tibbidə istifadə edilir. Bakının neftayırma zavodlarında 100-dən çox belə məhsullar alınır. Kimya sənayesinin inkişafı xalq təsərrüfatının istehsal və qeyri istehsal sahələrində olduğu kimi məişətdə də geniş tətbiqi ilə seçilir. Elmi-texniki tərəqqinin inkişafı kimyanın tətbiqi istiqamətlərini bir daha genişləndirmişdir. Toxuculuq sənayesində parçaların xlor suyu ilə yuyulması, rəngləmə işinin inkişafı bu sahədə ciddi irəliləyiş edərək, iqtisadi gəlir gətirir. Kimya sənayesinin ilkin nkişafı toxuculuq, boyaqçılıq sahəsindən başlayıbsa, onun sonrakı inkişafı kənd təsərrüfatı bitkilərinin gübrələnməsində və onların zərərverici – xəstəliklərdən qorunmasından başlayıb və inkişaf etmişdir. hazırda bu sahə yüksək iqtisadi gəlir verir. Xüsusilə, neft-kimya məhsullarından müxtəlif polimerlərin alınması və bu məhsulların möhkəmliyi onun maşınqayırma sahələrində tətbiqini bir daha geni şləndirir. Kima sənayesində kimyəvi texnologiya metodları əsasında alınan məhsullar qara və əlvan metallurgiyada, neft-kimya, yeyinti, yüngül, tikinti materialları sənaye sahələrində, şüşə, dərman pereparatları və sair sahələrdə geniş istifadə olunur. Sabiq ittifaqın keçmiş, 70 illik dövründə kimanın istehsal sahələrinin genişlənməsi çox sürətlə getmiş, xüsusilə, neft-qaz kimasından, süni və sintetik materialların alınması onların keyfiyyət göstəricilərininyüksək olması, turşuya, korroziyaya davamlı olmaları ilə üstünlük təşkil etmişlər. Kimya məhsullarının başqa keyfiyyət göstəriciləri isə ucuz başa gəlməsidir ki, bu da onların iqtisadi səmərəliliyini artırır. Bir ton plastik boru materialı 5-6 ton metallı əvəz edir. Plastik kütlədən hazırlanan konstruksiya materialları elektrik və istilik keçirmədiklərindən tətbiq sahələrində texniki-iqtisadi cəhətdən səmərəli olurlar. SSRİ dağıldıqdan sonra respublika imperiyadan bu sahəyə məxsus güclü istehsal potensialı miras aldı. Zəngin xammal bazası və ucuz işçi qüvvəsi həmin sahəyə böyük miqyasda beynəlxalq rəqabət üstünlüyü verir. Həmin potensialdan daxili bazarın tələbatının ödənilməsi və xarici bazarlara çıxmaq üçün istifadə edilməsi günün vacib məsələlərindəndir. Lakin ənənəvi bazarların itirilməsi, yeni bazarlara çıxışın ləng getməsi bu sahədə satış problemini olduqca kəskinləşdirdi. 1994-cü ildən burada canlanma özünü göstərsə də, bir çox problemlər yenə də qalır. Sahə məhsullarının fiziki həcmi 2005-ci ildə 1995- ci il səviyyəsinin cəmi 5 %-ni təşkil etmişdir. Fondverimi bu sahədə 1996-cı ildə 1990- cı ilə nisbətən 20% səviyyəsinə enmiş, 1996-2011-ci illərdə də bu azalma meyli səngisə də, müəyyən dərəcədə davam etmişdir. Həmin sahədə mövcud olan istehsal fondları sürətlə qocaldığı halda investisiya qoyuluşlarının az olması nəticəsində yenilənmə dərəcəsi aşağı səviyyədə qalmaqda davam edir. Kimya və neft-kimya sənayesi müəssisələri respublikaya həddən artıq gəlir gətirmək üçün böyük ehtiyatlara malikdir. Mütəxəssislər hesab edirlər ki, bu sahələrin əsas vəzifəsi daxili və xarici kapitalı cəlb etməklə xammal emalının artırılması, az enerji və material tutumlu tullantısız texnologiyanın tətbiqi, mənəvi cəhətdən aşınmış istehsalların sıradan çıxarılması, xammal və materialların kompleks istifadəsi və ətraf mühitin mühafizəsindən ibarətdir. Həyati əhəmiyyətli istehsal güclərini istifadəyə vermək, məhsulun keyfiyyətini yaxşılaşdırmaq lazımdır. Mövcud istehsal güclərində istehsal olunan məhsullar indiyə qədər böyük xərc hesabına başa gəlir və xeyli zərər gətirir. Kimya məhsullarının istehsalını artırmaq üçün ekoloji cəhətdən təmiz texnologiya tətbiq etməklə biz yeni istehsallar yaratmalı və məhsulların çeşidini artırmalıyıq. Yerli xammal bazası əsasında ən mütərəqqi texnologiyalara əsaslanan yeni neft-kimya kompleksinin yaradılması üzrə işlər Azərbaycanın elmi-texniki potensialının daha da artırılmasına başlanmışdır. Son dövrlərdə dünyada neft-kimya və kimya məhsullarına tələbatın durmadan artması, ölkəmizdə iqtisadiyyatın sürətlə inkişafı, geniş vüsət almış tikinti-quruculuq işləri və daha yüksək idarəçilik sayəsində istehsal olunan məhsullara tələbat çoxalmaqdadır. Respublikada plastik kütlədən hazırlanan məmulatlara böyük ehtiyac duyulur, eyni zamanda bu cür məhsulları daha çox istehsal etmək imkanımız var. Texnologiyanın sadəliyi və enerji tutumunun aşağı olması işsizlərin çox olduğu kiçik sahələrdə plastik kütlədən məmulatların hazırlanması üçün kiçik müəssisələrin yaradılmasına imkan verir. Kimya sənayesini daha çox məişət kimyası mallarının istehsalına yönəltmək, Mingəçevir qeyri-parça materialları istehsalı zavodunun məişət məmulatlarının buraxılışını, Sumqayıt fosfat gübrələr istehsalı zavodunda makroelementlərin əlavəsi ilə gübrələrin istehsalını artırmaq lazımdır. Beləliklə Azərbaycanın kimya sənayesi istehsal etdiyi məhsulun həcminə görə ağır sənaye sahələri arasında yanacaq-energetika və maşınqayırma sənayesindən sonra III-cü yeri tutur. Azərbaycanın kimya sənayesi neft-qaz, xörək duzu, yodlu-bromlu mədən (buruq) suları, əlvan metal tullantıları və qismən də gətirilmə xammalı əsasında fəaliyyət göstərir. Azərbaycanın ən iri kimya mərkəzi isə Sumqayıtdır. Kimya müəssisələrində-sintetik kauçuk, avtomobil şinləri, plastik kütlə, süni lif, mineral gübrələr, soda, xlor, yod, yuyucu tozlar, sabun, dərman və s. hazırlanır. Bol xammal, işçi qüvvəsi və enerjisi olan Bakı-Sumqayıt sənaye qovşağında neft-kimya sənayesinin inkişafı üçün əlverişli şərait var. Bakı neft-yağ və Yeni Bakı neftayırma zavodlarında benzin, dizel yanacağı, sürtgü yağları və s. istehsal olunur. Azərbaycanın ən iri kimya müəssisəsi Sumqayıtdakı «Kimyasənaye» birliyidir. Azərbaycanın digər iri kimya zavodları Sumqayıtdakı «Superfosfat», «Məişət kimyası», «Üzvi sintez», «Sintetik kauçuk»; Bakıdakı «Şin»; Salyanda «Plastik kütlə»; Gəncədə sabun, lak-boya; Bakıda, Böyük Şorda, Bakıxanov qəsəbəsində əczaçılıq, Neftçaladakı «yod-brom» zavodlarıdır. Kimya zavodları təbii qiymətli xammala qənaət etməklə ucuz məhsullar hazırlayır. Lakin bu zavodlar ekologiyanı (havanı, suyu, torpağı) korlayır. Bu problemi müasir təmizləyici texnoloji avadanlıqları zavodlarda quraşdırmaqla həll etmək olar.


  1. Yüklə 147,54 Kb.

    Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin