Mühazirələr i.ü. f d., dosent Zeynalov M. H. Bakı – 2023


Bir elm kimi “Azərbaycan iqtisadiyyatı”nın funksiyaları



Yüklə 147,54 Kb.
səhifə4/50
tarix24.04.2023
ölçüsü147,54 Kb.
#125818
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   50
Azərbaycan İiqtisadiyyatı mühazirə

Bir elm kimi “Azərbaycan iqtisadiyyatı”nın funksiyaları.
İctimai bir elm omaqla Azərbaycan iqtisadiyyatı bütövlükdə xalqın, dövlətin taleyi ilə bağlı məsələləri öyrənir. O makro səviyyədə, yəni bütövlükdə cəmiyyət miqyasında iqtisadiyyatın rolunu, onun milli iqtisadiyyat kimi, milli mənafeyə cavab verə bilən ictimai quruluşda formalaşdırılmasının zəruriliyini əsaslandırmalı, müstəqil mövcud olub inkişaf etməsinin qanunauyğunluqların açıb göstərməlidir. Milli iqtisadiyyatın məzmunu, milli iqtisadi mənafelər sistemi, xalqın milli sərvəti və məcmu milli məhsulunun artırılması yolları, onun ictimai təkrar istehsalı, əhalinin məşğulluğu və sosial müdafiəsi, bazar iqtisadiyyatı, ona xas olan münasibətlər və qanunlar sistemi, Azərbaycanın beynəlxalq iqisadi əlaqələri, nəhayət Azərbaycanın iqtisadi inkişaf modeli və s. kimi fundamental problemləri hər tərəfli öyrənməli və əməli fəaliyyət üçün tövsiyyələr verməlidir. Bütövlükdə bu işləri görmək bir vəzifədir və onu həyata keçirmək üçün bir elm kimi “Azərbaycan iqtisadiyyatı” bir çox funksiyalar yerinə yetirməlidir. I funksiya “Azərbaycan iqtisadiyyatı” nəzəri bir elmdir və buna görə də Respublikanın iqtisadi həyatı ilə bağlı olan problemlər nəzəri cəhətdən dərindən öyrənilməli, əsas prinsiplər və qanunauyğunluqlar müəyyən edilib aşkara çıxarılmalıdır. Bu onun dərketmə funksiyasıdır. İqtisadiyyatımız haqqında biliklər məhz bu zaman formalaşır. Bu müəyyən edilən edilən biliklər iqtisadiyyatımıza tətbiq edilməlidir. Buradan da “Azərbaycan iqtisadiyyatı”nın II funksiyası meydana çıxır. Bu əsasən əməli fəaliyyətlə bağlı olduğundan onu praktiki funksiya adlandırmaq olar.
Özünün metodoloji funksiyasını yerinə yetirə bilməsi üçün “Azərbaycan iqtisadiyyatı” bütövlükdə azad, müstəqil inkişaf edə bilən bir iqtisadiyyatın real mövcud ola bilməsi üçün onun bütövlüyünü təmin edən bütün konkret sahələrinin sistemdəki yerini və rolunu dəqiq müəyyən etməli və bu sahələrin bazar menasibətlərini və yollarını açıb göstərməlidir. Hər bir konkret sahə ümummilli problemlərin həllində, məcmu milli məhsululn və milli gəlirin istehsalında, dövlətin gəlirlərinin (dövlətin büdcəsinin) formalaşdırılmasında və bütövlükdə Azərbaycan xalqının sosial tələbatlarının ödənilməsində oynaya biləcəyi rolu haqqında aydın təsəvvürə, mükəmməl biliyə malik olmalıdır. Müstəqil bir elm kimi “Azərbaycan iqtisadiyyatı” konkret elm sahələrini bu biliklərlə silahlandırmalı, onlar üçün mayaq rolunu oynamalıdır.
Azərbaycan iqtisadiyyatı” nəyi öyrənir və onun bilavasitə predmeti nədən ibarətdir?
“Azərbaycan iqtisadiyyatı “ sosial-qitisadi elm olmaqla ilk növbədə cəmiyyətin təbii və iqtisadi potensialını, onun maddi-texniki bazasını, istehsalın obyektiv və subyektiv amillərini, istehsal güclərindən istifadə edə bilmək imkanlarını, bir sözlə onun məhsuldar qüvvələrini öyrənir. Hər bir iqtisadi sistemdə olduğu kimi Azərbaycanın iqtisadiyyatı da müəyyən ictimai formada təşkil olunmalıdır. İqtisadisadiyyatın ictimai təşkili isə bilavasitə mülkiyyətdə, onun formaları ilə bağlıdır. Buna görə də “Azərbaycan iqtisadiyyatı” mövcud mülkiyyət formalarını və onların əsasında yaranmış təsərrüfat formalarını hərtərəfli öyrənməlidir. Mülkiyyətin müxtəlifliyi şəraitində cürbəcür təsərrüfatlar, sahibkarlığın müxtəlif müxtəlif formaları meydana gəlir, xüsusi və dövlət sahibkarlığı obyektiv zərurət olur, azad sahibkarlıq bazar iqtisadiyyatının atributu kimi geniş vüsət alır. Hər bir iqtisadi sistemin ayrılmaz tərkib ünsürü, onun ictimai təşkili formasını istehsal münasibətləri sistemi təşkil edir. Bu münasibətlərə mülkiyyət münasibətləri ilə yanaşı məcmu milli məhsulun istehsalı, bölgüsü, mübadiləsi və istehlakı ilə bağlı yaranan münasibətlər də daxildir. İqtisadidiyyatın idarə edilməsi ilə bağlı münasibətlərin də bu sitemdə yeri vardır. Azərbaycanın reallıqları şəraitində fiziki və hüquqi şəxslər arasında yaranan iqtisadi münasibətlər öz spesifikliyi ilə fərqli münasibətlərdir və onlar müstəqil tədqiq edilməli və öyrənilməlidir. Müstəqil bir elm kimi, “Azərbaycan iqtisadiyyatı”nın predmetini aşağıdakı kimi müəyyən etmək olar. Geniş mənada “Azərbaycan iqtisadiyyatı”nın perdmetini Respublikanın iqtisadi sistemini təşkil edən məhsuldar qüvvələr, istehsal münasibətləri sistemi və təsərrüfat mexanizmidir. Azərbaycanın milli iqtisadiyyatının ictimai təşkili formaları , onun müstəqil mövcudluğu və inkişafını şərtləndirən şərait, formalar, qanunlar və qanunauyğunluqlar da bu elmin perdmetidir. Məhz bu şərait və formalar daxilində baş verən prosesləri, qanunauyğunluqları, prinsipləri və ziddiyyətləri öyrənməklə Respublikamızın iqtisadi həyatında baş verən dəyişiliklərin mahiyyətini dərk etmək və qarşıya qoyulan məqsədlərə nail olmaq mümkündür.
Azərbaycan iqtisadiyyatı”nın metodu. 
Bir elm kimi “Azərbaycan iqtisadiyyatı”nın tədqiqat və şərh metodu mövcuddur. Bu metodu dərindən bilmədən elmin predmetini bir sistem halında öyrənmək, iqtisadi prosesləri idarə edən qanunların mahiyyətini başa düşmək, bütövlükdə Respublikanın iqtisadi inkişafının qanunauyğunluqlarını aşkara çıxarmaq olmaz. Başqa elmlərdə olduğu kimi “Azərbaycan iqtisadiyyatı”da öz predmetini iqtisadi kateqoriyaların, xüsuai anlayış və ifadələrin köməyilə öyrənir. Bunlara öz spesifik məzmunu olan, məna kəsb edən aşağıdakı kateqoriya, ifadə və anlayışları aid etmək olar: “Azərbaycan iaqtisadiyyatı”, “Azərbaycanın məhsuldar qüvvələri”, “Azərbaycanın iqtisadi potensialı”, “Azərbaycanın torpaq mülkiyyəti”, “Azərbaycan əhalisi”, “Azərbaycanın daxili və xarici bazarı”, “Azərbaycanın milli sərvəti”, “Azərbaycanın iqtisadi sistemi”, “Azərbaycanın milli gəliri”, “Azərbaycan bankı”, “Azərbaycan manatı”, “Azərbaycanın valyutası”, “Azərbaycanın iqtisadi siyasəti” və s. Bütün bu anlayışlar, ifadələr yalnız Azərbaycana aid olub onun iqtisadiyyatını, iqtisadi sistemini müxtəlif tərəflərdən səciyyələndirir və bütövlüyü halında dərk etməyə, mahiyyətini açamağa imkan verir. “Azərbaycan iqtisadiyyatı” iqtisadi prosesləri makro səviyyədə öyrənməklə qala bilməz. Mikro səviyyədə fəaliyyət göstərən müəssisələr, firmalar, birliklər , fərdi istehsalçılar da xalqımızın milli sərvətini, məcmu milli məhsulun və gəlirin yaranmasında, bölgüsü, mübadiləsi və istehlakında fəal iştirak edirlər, onlar bazar subyektləridir. İstər makro və istərsə də mikro səviyyələrdə baş verən iqtisadi hadisələr qanunlarla idarə olunur. Lakin bu hadisə və proseslər bilavasitə insanların iştirakı ilə, onların yaratdığı idarə orqanlarının, təşkilatlarının və ən başlıcası dövlətin fəal yardımı, onun tənzimləyici fəaliyyəti ilə əlaqədə baş verir. Bütün yuxarıda göstərilənlərə əsasən belə bir nəticəyə gəlmək olar ki, “Azərbaycan iqtisadiyyatı” müstəqil tədqiqat perdmetinə malik və öz metodu olan bir elmdir və onun geniş planda öyrənilməsi və tədris olunması zamanın tələbidir və bu tələbin həyata keçirilməsi milli mənafelərimizə tam uyğundur.



Yüklə 147,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin