Mühazirələr i.ü. f d., dosent Zeynalov M. H. Bakı – 2023


Azərbaycan müstəqillikdən əvvəlki dövrdə



Yüklə 147,54 Kb.
səhifə6/50
tarix24.04.2023
ölçüsü147,54 Kb.
#125818
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   50
Azərbaycan İiqtisadiyyatı mühazirə

2. Azərbaycan müstəqillikdən əvvəlki dövrdə
Sovet İttifaqı və İttifaqın Süqutu. XVIII əsrin əvvəlindən bəri Sovet xalqları, Böyük Pyotr, Lenin və Qorbaçovun adıyla birgə çəkilən, üç böyük sosial-iqtisadi dövr yaşamışdır. Pyotr ilə birinci keçid dövrünü yaşayan Sovet xalqları baxımından ikinci vacib böyük keçid dövrü 1917-ci il inqilabıdır. İlk dəfə 1905-ci ildə baş verən inqilab 1917-ci ildə də çar imperiyasını yerlə bir etdi. Qısa bir müddət sonra bolşeviklər inqilabı dəstəklədilər və Ruslar demokratiya ilə bazar iqtisadiyyatını rədd etməyə məcbur oldu. Kapitalizmin daha yeni inkişafa başladığı Sovet İttifaqında, siyasi mexanizmaya hakim olan “intellektual” güclər mərkəzi planlamaya əsaslanan iqtisadi təşkilat modeli olan sosializmi tətbiq etməyə başladılar. Beləliklə, yarım əsrdən artıq bir müddət ərzində, ruslar özlərini və dünyanın altıda birini əhatə edən hissəsini totalitar diktatorluq və mərkəzi planlama sistemində kütləvi şəkildə bir təcrübəyə tətbiq edərkən, beynəyxalq və milli sərhədlər ilə millimənsubiyyətlər də müxtəlif formalarda Sovet İttifaqı tərəfindən istiqamətləndirilən Leninist rejimindən meydana gələn bir dünyanın varlığına görə formalaşdırılmağa çalışıldı.Sovet İttifaqı 1985-ci ildən etibarən, yetmiş ildən artıq bir müddət əvvəl qədəm qoyduqları və öz inkişaf və tərəqqi taleyini həll edəcək yol ayrıcına yenidən gəlmiş, yeni bir tarixi dövrə başlamış oldu. Həm bir idarə forması, həm də güclü idealogiyaya sahib bir sistem və siyasi cazibə istiqaməti olan Marksizm- Leninizmin çöküşünə şahid olundu. Tarixin təbii inkişaf seyri və diyalektik nəzəriyyə sosyalizmi kökündən sarsıtdı, Maksist-Leninist təlimini həyatla və həqiqətlə əlaqəsi olmayan bir sistem olaraq rədd etdi. Bu vəziyyət dünyanın altıda birini əhatə edən, azad dünyanı daima narahat edən və qorxuya salan totalitar Sovet İttifaqında da hiss edilməyə başladı. Sosyalist sistemin sadəcə sənayeləşmə müddətində uğurlu ola bildiyi Sovet ittifaqında, müəyyən zaman ərzində iqtisadiyyatda ortaya çıxan həddindən artıq məşğulluq, yeni texnika istehsal etməməsi, işsizliyə səbəb ola beləcəyi narahatçılığı ilə yeni texnologiyanın idxal edilməməsi, müəssisə idarə və təşkilatçılıqda uğursuzluq kimi səbəblərlə iqtisadiyyat durğunluğa girmişti. Keyfiyyətsiz mal istehsalı ilə, böyümə sürətində artış görünsə də, əslində baş verən hadisə satılmayan malların miqdarının artmasıydı. İstehsal alətlərindəki kollektiv mülkiyyət, həvəsləndirməni (motivasiyanı) aradan qaldırmış və bu vəziyyət iqtisadiyyatda məhsuldarlığı böyük ölçüdə aşağı salmışdı. İqtisadiyyatda rəqabətin olmaması və inkişaf strategiyasının bağlı bir iqtisadi modelə əsaslanması, müəssisələri texnologiya baxımından geridə qalmağa məcbur etmişdir. İstehlakçı seçimlərini və qaynaqların yoxsulluq dərəcəsini göstərməyən idari qiymət sistemi qaynaq paylanmasını pozmuş, qara bazarı, sui istifadəni və israfı böyük miqdarda artırmışdı. Məhsuldarlığın ilk plana çıxdığı dünyada sosyalizmin tıxanması və mərkəzi planlamanın natamam olmasıyla iqtisadi müvazinətin pozulmasımüşahidə olunmağa başladı. ABŞ ilə silah yarışına girilməsi isə investisiyaya mənfi təsir göstərərək, kənd təsərrüfatı sektorunda və istehlak malları istehsalında geriləməyə səbəb olmuşdur. Nəticədə, fəza yarışlarına qatılan bir cəmiyyət minimal həyat tərzindəki bir həyat səviyyəsindən belə məhrum qalmışdır. Belə bir şəraitdə, Sovet İttifaqı Komunizmi, davam edən sosial-iqtisadi durğunluqla islahat arasında bir seçimlə qarşı-qarşıya qalmışdı. Ancaq, mütəvazi islahatlar durğunluğu dayandıra bilməmiş, daha köklü bir islahatın da, kommunist sistemini böyük ölçüdə zəiflətmədən keçirilməsinin mümkün olmadığı ortaya çıxmışdı. Çernenkonun 1985-ci ilin mart ayında ölməsindən sonra yerinə keçən və ən az Pyotr qədər səbrsiz olan Mixail Qorbaçov, Sovet iqtisadiyyatsisteminin təşəbbüs ruhunu öldürdüyünü, işləməyə deyil təmbəlliyə təşviq etdiyini, bu səbəblə iqtisadi cəhətdən inkişafın mümkün olmadığını əsasalaraq, Kommunist Partiyasıyasının 1986-cı ilin fevralındakı plenumunda dilə gətirdiyi, Qlastnost Perestroika siyasəti ilə sosyalist dünyasının XXI əsrin başlanğıcında ciddi dəyişiklik ehtiyacını təmin etməyə çalışmışdı. Bu siyasətlə iqtisadi cəhətdən dünyaya açıq sərbəst bazar iqtisadiyyatı, siyasi cəhətdən isə plüralist demokratiya nəzərdə tutulmuşdu: “Perestroyka, bəzi etiraslı şəxslərin və ya bir liderlər qrupunun ağlına gələn bir həvəs deyildir. Sosyalist cəmiyyətimizdə dərin tərəqqi yoluna əsaslanan təxirə salınmaz bir zərurətdir. Bu cəmiyyət yenidən qurma təkmilləşmişdir. Uzun müddətdir yenidən qurmanın həsrətini çəkməkdəydi. Perestroikanı başlatmaqdaki hər hansı bir gecikmə yaxın gələcəkdə, açıq danışmaq lazım gələrsə, ciddi sosial, iqtisadi və siyasi böhranlarla yüklü çox şiddətli bir vəziyyətə yol aça bilərdi. “Kapitalizmdən sosyalizmə keçmək asandır. Yumurtaları qırıb qayqanaq bişirməyə bənzəyir. Amma sosyalizmdən kapitalist bir rejim hasil etmək asan deyildir. Qayqanaqdan çiy yumurta çıxarmağa çalışmaq mənasına gəlir. Qorbaçov da Çinli dostları kimi, bazar mexanizmasının kapitalizm ilə müqayisə edilməsinə qarşı çıxır, bazar kollektivinin sosyalist (marksist) nəzəriyyəsini çürütməyəcəyini irəli sürürdü. Bəzi başlıca dəyərlərdən böyük qurbanlar verməmək şərtiylə, sərbəst bazar sisteminin sosyalist cəmiyyətinə uyğunlaşdırmasına cəhd edilmiş və bunun cəmiyyətin təbiətini dəyişdirməyəcəyi düşünülmüşdür. Beləliklə, Sovet xalqları, həyata keçirilməsi asan olmayan, üçüncü böyük sosial islahat dalğasına da məruz qalmış oldular. Üçüncü keçid dövründə Rusiya diktatorluqdan demokratiyaya, mərkəzdəki planlama ilə məşğul olan şəxslər tərəfindən idarə olunan və pulun həqiqi mənada, rol oynamadığı planlı iqtisadiyyatdan sərbəst bazar iqtisadiyyatına və dört əsrlik bir imperatorluqdan sivil dövlətə keçid kimi, eyni anda çox çətin üç keçidi birdən həyata keçirməyi vacibləşdirən çox ağır bir gündəliklə qarşı qarşıya qaldı: Perestroika və Glastnost siyasətinin təsiri ilə 1986-cı ildə liberal iqtisadi məfhumlar istifadə olunmağa başlanmış, 1988-ci ildə bazar, mülkiyyət, işsizlik kimi məfhumlar müzakirə olunmağa başlanmışdır. Beləliklə, özəl təşəbbüs formlarının qanuniləşdirilməsi baxımından radikal addımlar atılmışdır. 1991-ci ildə mülkiyyət haqları tanınmışdır. Ailə fermalarının qurulması, fabriklərin işçilərə verilməsi, səhmlərin çıxarılması, Qərbli firmalarla müştərək təşəbbüslərin qurulması qəbul edilmişdir. Qorbaçova görə, sosyalizmin və sosyalist dəyərlərin yox olması mənasına gəlməyən Perestroika və Glastnost siyasətləri gözlənilməz nəticələr doğurmuşdur. Sovet xalqlarının milliyətçilik duyğuları iqtisadi cəhətdən rifahdan əvvəl müstəqilliyini düşünəcək şəkildə hərəkətə keçmişdir. Beləliklə, 1990-cı ildə edilən konstitusiya dəyişikliyi ilə Nazirlik sisteminə keçilmişdir. 5 Fevral 1991-ci ildə konstitusiyada edilən dəyişikliklə Kommunist Partiyasının hakimiyyətinə son verilərkən, ölkənin fəlakətə sürüklənməsinin qarşısını almaq üzrə, Marksist- Leninistlərin vurduqları zərbə təşəbbüslərinin uğursuzluqla nəticələnməsinin ardınca, Kommunist Partiyası ləğv edildi. 21 dekabr 1991-ci ildə isə, Alma- Atada keçirilən zirvə ilə Müstəqil Dövlətlər Birliyi rəsmi olaraq elan edilərkən, SSRİ-də dağılmış oldu. Digər tərəfdən də “Proleterya diktatorluğu”ndan, “qabaqcılar partiyası”ndan, “düz xətt ”dən və “demokratik mərkəziyətçilik”dən bəhs edilmədən təsəvvür edilməyəcək “Leninizmin yox oluşu” ilə ittifaqda, dünya üzərində ölkələrin uzun müddətdir istifadə etdikləri geosiyasi referans da çərçivəsini dəyişmiş oldu.

Yüklə 147,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin