Satışdan sonraki servis xidməti məhsulun həyat dövrəsində mövcud iqtisadi şəraitdə (şərtlərdə) məhsulun effektiv fəaliyyətinin təminatı üçün lazım olanbütün verilən xidmətlərin məcmusunu özünə daxil edir. O məhsulun satışına qədər, həm də sonra həyata keçirilir və aşağıdakı əsas tədbirlərdən ibarətdir:
satışdan sonraki xidmətin həyata keçirilməsi üçün lazım olan ehtiyat hissələrlə və alətlərlə təminatın təşkili;
lazımlı texniki sənədləşdirmənin hazırlanması və buraxılışı,malların istifadəçilərinin təlimi (təhsili);
istehlakçının personalının təmir işlərinin aparılmasına hazırlığı;
logistik xidmətin prosesinin idarə edilməsi -onun həyata keçirilməsi gedişatındavə ya subpodratçılar, distribütorlar, müştərilərin özü tərəfindən keçirilənxidmət keyfiyyətinə nəzarətə vasitəsi ilə;
satışdan sonraki xidmətin təminatı üçün lazımlı infrastrukturun və yerlərin hazırlığı;
məhsulun onun müasir modifikasiyalarıyla əvəzedilməsinin sisteminin hazırlaması;
nəqliyyat vasitələrini, yükləmə-boşaltma işlərini, ehtiyat hissələrin müvəqqəti yığılma v qablaşdırılmasınıidarə etmə.
Beləliklə, satışdan sonraki xidmət imkana görə və təsadüfdən təsadüfə yerinə yetirilməməlidir, sistematik və təşkil olunmuş xarakter daşımalıdır.