Mühazirələr konspekti Fənn: avtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ-1



Yüklə 1,03 Mb.
səhifə15/50
tarix05.01.2022
ölçüsü1,03 Mb.
#111359
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   50
Nəqliyyat servisinin prinsipləri

Servis xidmətininhamı tərəfindən qəbul edilmiş bir sıra norma və prinsipləri mövcuddur, bunlara nəqliyyatda daşıyıcılar, ekspeditorlar, servis-mərkəzlər tərəfindən və sərnişin şirkətləri tərəfindən riayət edilməlidir.



  • əhaliyə təklif edilmiş xidmət kompleksinin mütləq və dəqiq icrası -müştərilər servis xidmətlərinin istehsalçıları tərəfindən göstərilən servis xidmətlərindən məlumatlandırılmış olmalıdır; daşıyıcı, ekspeditor, sərnişin şirkəti və servis mərkəzi müqavilələr üzrə yalnız o öhdəlikləri öz üzərinə götürməlidirki, icrasına zəmanət verə bilərlər, və servis xidmətlərinin icra edilməsinə qəbul edilmiş sifariş bütün cəlb olunmuş təşkilatlar tərəfindən icra üçün məcburi olmalıdır;

  • Servis xidmətlərinin müştəri tərəfindən istifadəsinin məcburi olmaması– servis xidmətlərinin istehsalçıları və onların strukturu müştəriyə servisi onu məcbur etmədən təklif etməlidir;

  • Servisin elastikliyi - servis xidmətləri tək və ya minimumdan başlamış maksimal məqsədəuyğunlara qədər müştərilərə təklif edilməlidir, dəsti (yığımı) müştəri özü müəyyən edir; • Servisin rahatlığı - xidmət elə yerdə, vaxtda və o formada verilməlidir ki, müştəriyə rahatdır;

  • Servisin texniki adekvatlığı - bütün hallarda texniki təchizat servisin texnologiyalarına adekvat olmalıdır, əks təqdirdə uyğun olan xidmət keyfiyyəti əldə olunmayacaq. Texniki və texnologiya servisindən müştəri əziyyət çəkməməlidir;

  • Xidmətin informasiya verimi (qaytarması) - firma nəqliyyat xidmətinin sistemi, nəqliyyat şirkətləri və servis mərkəzləri xidmət keyfiyyəti haqqında, xidmətlərə tələbat və müştərinin ehtiyacları haqqında öz bölmələrinə bildirməlidir. Xidmət edən strukturlar rəqiblər tərəfindən müştərilərin xidmətinin üsullarını daim izləməlidir;

  • Servis sahəsində ağıllı,səmərəli qiymət siyasəti - servis sahəsində qiymət siyasəti malların və xidmətlərin əhali tərəfindən,həm də partnyorlar istehlakına əhəmiyyətli təsir göstərir. Bu halda servis yalnız əlavə gəlir mənbəyi kimi deyil, həm də servis xidmətinə görəalıcıların v partnyorların etibarının möhkəmləndirilməsi aləti kimi baxılmalıdır;

  • Servisin zəmanətli uyğunluğu - malların və xidmətlərin istehlakçıya vicdanla ianaşan istehsalçısı ciddi olacaq və öz istehsal güclərini servisin imkanları ilə tutuşduraraq, heç vaxt müştərini "özün özünə xidmət et" şəraiti ilə qarşı qarşıya qoymayacaq Bununla birlikdə xidmətlərin hər növünə keyfiyyət üzərində sonrakı nəzarət və sertifikatlaşdırma (şəhadətnamə) üçün tələblər təyin edilmiş olmalıdır;

  • Təhlükəsizlik prinsipi əsasdır və nəqliyyat servisinindigər səkkiz prinsipinin hər birində öz əksini tapır.





Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin