MÜHAZİRƏ
Nəqliyyatda servis sistemi
Nəqliyyat servisi (xidməti) məkan və zaman üzrə sərnişinlərin və yüklərin
yerdəyişməsiprosesiylə ilə və bu prosesi müşayiət edənnəqliyyat xidmətlərinin göstərilməsiylə bağlı fəaliyyət kimi müəyyən etmək olar. Nəqliyyat xidmətlərindən ən mühüm və vacibikimiekspedisiya xidmətini qeid etmək olar. Ekspedisiya xidməti — fəaliyyətdir, yükün vaxtında və keyfiyyətləistehlakçıya çatdırılmasının təminatına yönəldilmiş fəaliyyətdir.Bu fəaliyyətə hazırılıq-tamamlama xidməti, anbar işləri və ekspedisiya işləri daxildir. Nəqliyyatda ekspedisiya işlərinin təşkili sizə ixtisas fənni kimi tədris olunur. Biz isə nəqliyyat servisinin texniki servis işlərinin təşkili sahəsi ilə məşğul olacağıq.
Avtomobillər, vaqonlar, lokomotivlər, dəzgahlar,mexanizmlər və digər texniki və nəqliyyat vasitələrinin, onların xidmət müddətinin artırılması və işçi parametrlərinin və xarakteristikalarınınistismar üzrə texniki şərtlərlə və ya texniki pasportla təyin edilmiş çərçivədə saxlanılması məqsədi iləxidməti texniki servis adlanır.
Ən ümumi halda isə nəqliyyat xidmətlərinə aşağıdakıları aid etmək olar:
sərnişinlərin və yüklərin daşınmasını;
yükləmə-boşaltma işləri (yükləmə, boşaltma, başqa yerə yüklənmə, sərnişinlərin başqa həqliyyat vasitəsinə keçirilməsi, anbardaxili əməliyyatlar);
stansiyaların anbarlarında yüklərin saxlanılması;
Dostları ilə paylaş: |