Minik avtomobillərinin texniki qulluq və təmir sisteminin strukturu və məzmunu
TQ və təmir sistemi, bu sistemə daxil olan məmulatların keyfiyyətini tələb olunan səviyyədə saxlamaq və bərpa etmək üçün lazım olan qarşılıqlı əlaqəli vasitələrin, sənədlərin və icraçıların məcmusudur. Minik avtomobillərinin TQ və təmir sistemi onların istismarının fərqləndirici xüsusiyyətlərini və avtomobil sahiblərinin hüquqlarını nəzərə almaqla formalaşır və avtomobil nəqliyyatı hərəkət tərkibinin ölkədə qəbul edilmiş TQ və təmir sisteminə əsaslanır.
Avtomobil yüksək təhlükə mənbəyidir. Buna görə də qüvvədə olan qanunvericiliyə görə avtomobil sahibi ona mənsub olan nəqliyyat vasitələrinin texniki vəziyyətinə və istismarına tam məsuliyyət daşıyır. Avtomobillərin texniki saz vəziyyətdə saxlanması vaxtında TQ və təmir işlərinin aparılması ilə təmin olunur. Minik avtomobillərinin TQ və cari təmir (CT) işləri avtoservis müəssisələri içərisinə xüsusi çəkisi və yeri olan avtomobillərin texniki xidmət stansiyalarında (TXS) yerinə yetirilir. TXS-lər öz təyinatına, tabeçiliyinə və digər əlamətlərə görə müxtəlif ola bilər, lakin onlar yerinə yetirdikləri işlərin həcminə və keyfiyyətinə cavabdehdirlər.
Minik avtomobillərinin TQ və təmir sistemi strukturuna əsas elementlər, sənədlər və işlərin məzmununu müəyyən edən məlumatlar aiddir (şəkil 1.1).
Avtomobil istehsal mərhələsindən silinənə qədər periodik olaraq texniki təsirlərin üç kompleksinə məruz qalır:
satışdan qabaq hazırlıq zamanı TQ və CT;
istismarın təminatlı dövründə TQ və CT;
təminatlı dövrdən sonra istismar zamanı TQ və CT.
Avtomobillərin texniki istismarının hər bir göstərilən dövründə işlərin yerinə yetirilməsi haqqında əsas müddəalar, normativlər, işlərin siyahısı və yerinə yetirilmə şərtləri, avtomobil sahibləri ilə TXS arasında qarşılıqlı öhdəliklər müvafiq sənədlərdə öz əksini tapır.
Dostları ilə paylaş: |