Avtomobillərin texniki xidmət stansiyalarında (TXS) texniki təsirlərin üç kompleksi. Bu işlərin məzmunu və mahiyyəti
Avtomobil istehsal mərhələsindən silinənə qədər periodik olaraq texniki təsirlərin üç kompleksinə məruz qalır:
satışdan qabaq hazırlıq zamanı TQ və CT;
istismarın təminatlı dövründə TQ və CT;
təminatlı dövrdən sonra istismar zamanı TQ və CT.
Satışdan qabaq hazırlığın aparılması istehsalçı-zavodun öhdəliklərinin (təhəddüdlərinin) təmin olunması üçün məcburi şərtdir. Bu barədə servis kitabçasında və ya onu əvəz edən sənəddə müvafiq qeydiyyat aparılır.
Zavoddan satış üçün mağazaya gətirilən avtomobilə lak-rəng örtüyünü qorumaq məqsədilə qoruyucu antikorroziya tərkibi çəkilir. Satışdan qabaq bu tərkib avtomobildən təmizlənməlidir. Nəqletmə zamanı avtomobilin kuzovunun səthi və salonun daxili çirklənir və onların yuyulması, təmizlənməsi tələb olunur. Satışdan qabaq avtomobil diqqətlə texniki baxışdan keçirilir, lazımi nizamlama və yoxlama-nəzarət işləri yerinə yetirilir. Bu zaman hərəkət təhlükəsizliyini təmin edən sistem və qaşaqların diqqətlə yoxlanmasına xüsusi fikir vermək lazımdır. Aşkar olunmuş bütün imtinalar və nasazlıqlar aradan götrülməlidir ki, alıcı istehsalçı-zavodun texniki şərtlərinə müvafiq saz avtomobilə sahib olsun.
Minik avtomobillərinin satışdan qabaq hazırlanması üç növ kompleks işlərin aparılmasını nəzərdə tutur:
məcburi işlər;
tələbata görə nasazlıqların aradan qaldırılması;
alıcının arzusuna görə yerinə yetirilən və onun özütərəfindən haqqı ödənilən əlavə işlər.
İstehsalçı-zavodlar öz məhsullarının (avtomobillərin və s.) keyfiyyətinə məsuliyyət daşıyırlar və məhsulun daha da təkmilləşdirilməsi üçün istismarçılardan (texniki istismar sahəsindən) obyektiv informasiya almağa maraqlıdırlar. Buna görə də satışdan qabaq hazırlıq və təminatlı istismar dövründə mümkün ola biləcək xərclər adətən avtomobilin satış qiymətinə daxil edilir.
|