Mühazirələr konspekti Fənn: avtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ-1


MÜHAZİRƏ Nəqliyyat vasitələrininə təminatlı xidmət



Yüklə 1,03 Mb.
səhifə29/50
tarix05.01.2022
ölçüsü1,03 Mb.
#111359
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   50
MÜHAZİRƏ

Nəqliyyat vasitələrininə təminatlı xidmət.

Avtonəqliyyat vasitələrinə verilən zəmanətlər və texniki təminatlar

Avtonəqliyyat vasitələrinin istismarı ilə bağlı aşağıdakı təminat növləri mövcuddur:


  • istehsalçı-zavod tərəfindən istehsal olunan yeni avtomobillərin istismar keyfiyyətlərinə zavod tərəfindən verilən zəmanət (yürüş və ya istimar müddəti ilə). Bu zəmanət zavod tərəfindən avtomobil üçün müəyyən olunmuş istismar qaydaları və texniki şərtlər gözlənilməklə avtomobilin istifadəsinə verilən zəmanətdir. Zəmanət dövründə təminatlı texniki xidmət istehsalçı-zavodun firma avtoservis müəssisəsində və ya təmsilçisində aparılır.

  • avtomobillərin istismarı prosesində (zəmanət dövründən sonra) servis müəssisələri tərəfindən yerinə yetirilən texniki xidmətin keyfiyyətinə təminat.

Bu təminat öz növbəsində aşağıdakı formalarda ola bilər:

  • firma avtoservis müəssisəsində və istehsalçı-zavodun təmsilçisi − dileri olan avtoservis müəssisələrində, həmçinin istehsalçı-zavodla həmin zavodun avtomobillərinə təminatlı texniki xidmət aparmaq barədə müqaviləsi olan üçüncü tərəfin avtoservis müəssisəsində yerinə yetirilən texniki xidmətlərin keyfiyyətinə verilən təminat. Bu təminat istehsalçı-zavod tərəfindən reqlamentləşdirilən normativ – texniki sənədlərlə müəyyən edilir və xidmət sahələrində keyfiyyət təminatını dövlət tərəfindən tənzimləyən mövcud normativ hüquqi sənədlərlə müəyyənləşir;

  • avtomobil sahibi (istehlakçı) və avtoservis müəssisəsi arasında, avtomobil xidmətə qəbul olunduqda, bağlanan müqavilə (müqavilədə təminat müddəti, şərtləri və digər zəruri məlumatlar göstərilməlidir, bu zaman istehsalçı-zavodun təminatlı xidmət şərtləri də əsas götürülə bilər) əsasında yerinə yetirilən texniki xidmətin (TQ və təmir) keyfiyyətinə verilən təminat. Yerinə yetirilən xidmətin keyfiyyətinə təminat xidmət göstərilən avtomobilin istismar qaydalarında (istismar kitabçasında, servis kitabçasında, həmin avtomobilin istehsalçısı olan zavodun istismar üçün tövsiyələrində və s.) qeyd olunmuş normativ-texniki şərtlərlə və xidmət sahələrində dövlət tərəfindən keyfiyyət təminatını tənzimləyən mövcud normativ hüquqi sənədlərlə müəyyənləşir.

İstehsalçı-müəssisənin (avtomobil zavodunun) təminat öhdəliklərinin yerinə yetirməsi ilə bağlı olan təminatlı xidmət




Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin