Mühazirələr konspekti Fənn: avtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ-1


Təminatlı istismar dövründən sonra avtomobillərə xidmət



Yüklə 1,03 Mb.
səhifə32/50
tarix05.01.2022
ölçüsü1,03 Mb.
#111359
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   50
Təminatlı istismar dövründən sonra avtomobillərə xidmət. Bu dövrdə avtomobillərin TQ və CT qüvvədə olan Nizamnamələr, Əsasnamələr, işlərin təşkili üçün digər rəhbər sənədlər, təlimatlar, normativ-texniki sənədlər və s. əsasında həyata keçirilir.

Bu sənədlərdə aşağıdakı məsələlər öz əksini tapır:



  • aparılan texniki siyasət;

  • texniki xidmət sisteminə tələblər, onun təşkili;

  • avtoservis sistemi müəssisələri, avtomobil sahibləri və istehsalçı-zavodlar arasında qarşılıqlı münasibətlərin nizamlanması;

  • avtomobillərin etibarlığının və təhlükəsiz istismarının təmin olunmasına yönəlmiş texniki təsirlərin prinsipial əsasları və normativləri;

  • TXS-də istehsalatın təşkili, TQ və CT-nin texnoloji proseslərinin təşkili;

  • xidmət növlərinin keyfiyyətinin idarə olunması sistemi;

  • ehtiyat hissələrinə və texnoloji avadanlığa olan tətəbatın təyin edilməsinə aid tövsiyələr;

  • avtoservis müəssisələrinin layihələndirilməsi və rekons-truksiya edilməsi üzrə tövsiyələr.

Bu dövrdə aparılan texniki təsirlər aşağıdakı kimi qruplaşdırılır: servis kitabçasının talonları (kuponları) üzrə xidmət; gündəlik qulluq; servis kitabçaları olmayan avtomobillər üçün TQ; mövsümi TQ; ümumi diaqnostika; elementlər üzrə diaqnostika; CT; əsaslı təmir.

Göstərilən iş növləri üçün pul ödənişi TXS-də qüvvədə olan qiymət cədvəllərinə görə aparılır.



Avtomobilin istismarının təminatlı dövrü istehsalçı-zavod tərəfindən vaxta və yürüşə görə müəyyən edilir və texniki şərtlərdə və istismar üzrə Təlimatda göstərilir. Bu dövrün hesablanması avtomobilin satış tarixindən başlanır, bu tarix isə hesab arayışda, texniki pasport və ya servis kitabçasında qeyd olunur. Avtomobillərin təminatlı xidmətinin təşkil qaydaları, istehsalçı-zavodların funksiyaları və öhdəlikləri, təminatlı xidmət yerinə yetirən məntəqələrin və TXS-in funksiyaları, avtomobillərə təminatlı xidmət dövründə xidmət edən müəssisələrin xidmətindən istifadə edən avtomobil sahiblərinin hüquqları müvafiq normativ-texniki və hüquqi sənədlərlə müəyyən edilir və reqlamentləşdirilir (Nizamnamələr, Əsasnamələr, Təlimatlar, Müqavilələr və s.


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin