Mühazirələr konspekti Fənn: avtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ-1



Yüklə 1,03 Mb.
səhifə4/50
tarix05.01.2022
ölçüsü1,03 Mb.
#111359
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   50
Nəqliyyatda servis sistemi, beləliklə, tədavül və əmtəələrin (malların) bölüşdürülməsi sisteminin hissəsidir və bu hissəyə yük və sərnişinlərin daşınmasından başqa, anbar, yükləməboşaltma, ticarət və s. əməliyyatların icra edilməsidaxildir.

Bizim ölkəmizdə bazar iqtisadiyyatının formalaşması nəqliyyatda servis sisteminəixtisaslaşdırılmış təşkilatların qoşulması vasitəsi ilə nəqliyyat servisinin inkişafına imkan verir. Servis təşkilatı sistem kimi

Xidmətlərin çox növləri üçün onların göstərməsinin prosesi və sistemin son məhsulu eynidir və ya yaxındır. Proseslərinözləri hazırlanmışdır və servis təşkilatının müxtəlif komponentləri vasitəsi ilə uyğunlaşdırılmış səyin nəticəsi kimi tətbiq edilirlər.

Servis təşkilatları öz alıcılarına xidmət göstərmək üçün mövcuddur. Bu onların missiyasının, strategiyasının və siyasətinin əsasıdır. Hərəkətlər (təsirlər) sistemi xidmətlər paketinin hazırlamasını və marketinq, maliyyə və insan resursları ilə birgə çatdırılma sistemini nəzərdə tutur. Marketinq sistemi reklam, satışlar, irəliləyiş, bölgü və bazarın tədqiqatı daxil olmaqla alıcılarla kommunikasiyaları idarə edir. Çox hallarda istismar və marketinq funksiyaları qismən bağlanırlar.

Məsələn, xidmətin verilməsi vaxtı istismar bölmələrinin personalı şirkətin başqa xidmətlərini sata və ya marketoloqlar kimi hərəkət edə bilər. Ümumiyyətlə, bu iki funksiya sıx qarşılıqlı əlaqəlidir və müvəffəqiyyətin nailiyyətinə yönəldilmişdir. Ehtimal ki, xidmətin özünün dizaynı və onun çatdırılması sistemi onların qarşılıqlı təsirinin ən əhəmiyyətli sahəsidir.

Marketinq sistemi ehtiyaclar və alıcı tələbləri haqqında məlumatları yığır və istismar hissəsinə informasiyanı verir. Bu dizayn prosesinə əsas töhfə olur. Xidmətin dizaynı həmçinin təşkilatınmissiyasını, onun strategiyasını, məsuliyyəti və resursları nəzərə almalıdır. Xidmətin dizaynına başqa amillər - ətraf mühitin qanunlar və dövlət tənzimləməsi, vərdişlər və normalar kimiamillər də təsir edir. Dizayner prosesinin hədəfi hansı xeyirləri alıcıya verməyin lazım olduğunu müəyyən etməkdənibarətdir. Çatdırılma sisteminin dizaynı növbəti suallara cavab verməlidir: bu xeyirlər harada, nə vaxt və necə verilmiş olmalıdır. Xidmətin çatdırılması sistemi avadanlıqdan və xidmətinfiziki vasitələrindən, proseslərindən və personalından ibarətdir. Xidmət edən personal xidmətin çatdırılmasında və təşkilatın müvəffəqiyyətində həlledici rol oynayır. Xidmətlərin çatdırılması sistemi iki tərkib hissəsi kimi baxıla bilər — əsas istehsal və köməkçi istehsal.

Əsas istehsal istehlakçı üçün xidmətlərin çatdırılması sisteminin görünən hissəsidir. Bu hissədə istehlakçı xidmət təşkilatının işçiləriylə qarşılıqlı təsirdə olur və xidmətin vasitələriylə və texnoloji proseslərlə əlaqəyə, təmasa daxil olur. Köməkçi, və ya səhnə arxası sahə alıcı üçün görünməyəndir, bunlar personal, əsas sahədə personalın işini və həyata keçirilən prosesləri təmin edən xidmət vasitələri, avadanlıq və digər vasitələrdir. Təsəvvür edilən "görünüş xətti" çatdırılma sistemini iki hissəyəbölür. Bu xəttdən aşağıda olan, istehlakçıyla əlaqə olmur; ancaq köməkçi sahədə səhvlər əsas sahənin fəaliyyətinə və istehlakçının ehtiyacının təmin olunmasına ciddi təsir edə bilər. Məsələn, hər böyük mehmanxanada mehmanxananın qonaqlarının gözlərindən gizlədilmiş görünməyən iş dünyası mövcuddur



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin