Hərəkət tərkibinin yuyulması üçün texnoloji avadanlıqlar funksional təyinatına görə: minik avtomobilləri, yük avtomobilləri və avtobuslar üçün qurğulara bölünür.
İxtisaslaşma dərəcəsinə görə bu avadanlıqlar aşağıdakılara bölünür: məhdud ixtisaslaşdırılmış (avtomobilin ancaq alt hissəsinin, ancaq təkər disklərinin və s. yuyulması üçün); ixtisaslaşdırılımış (minik avtomobillərinin və avtobusların, avtosistern və avtofurqonların daxili səthlərinin yuyulması üçün); universal (bütün tip avtomobillər üçün).
Hərəkətlilik dərəcəsinə görə stasionar və mobil avadanlıqlar mövcuddur.
Stasionar yuma qurğuları yüksək məhsuldarlığa malikdir. Bu qurğularda avtomobil konveyerlə (daha üstün variant) və ya öz gedişi ilə (daha az arzu olunan variant) hərəkət edir.
Mobil yuma qurğuları kiçik məhsuldarlıqlı proqramlarda istifadə olunur. Bununla belə ən yüksək mobillik dərəcəsinə özüyeriyən şassi üzərindəki yuma qurğuları (əsasən avtomobil şassisi üzərində) malik olur, onlar iş zamanı avtomobilin ətrafında hərəkət edir.
Avtomobillərin yuyulması üçün ən geniş yayılmış üsullar aşağıdakılardır:
Hidrodinamik (şırnaqlı);
Hidroabraziv;
Nəm silmə;
Birinci üç üsulun kombinasiyası.
Dostları ilə paylaş: |