Hidrodinamik (Ģırnaqlı) üsul. Üsulun mahiyyəti mayenin statik basqısını dinamik basqıya çevirməkdir. Səthin təmizlənmə şərti yuyucu mayenin dinamik təzyiqinin çirkin möhkəmlik xassələrini aşmasıdır.
Şəkil 1.1. Şırnaqlı yuma qurğusu
Bu halda çirklənmiş səthlərin təmizlənmə faktorları aşağıdakılardır:
maye şırnağının sürəti (50...100 m/san sürətdə çirkin ani təmizlənməsi baş verir);
yuyucu mayenin temperaturu (isti sudan istifadə olunması təmizləmə intensivliyini və keyfiyyətini 1,5 dəfə artırır);
yuyucu məhlulun kimyəvi aktivliyi;
taxma başlığın profili;
şırnağın səpələnmə bucağı;
Bu yuma üsulunun üstünlüyü bunlardır:
İstifadənin sadəliyi;
Yumanın texnoloji rejimlərinin asan nizamlanması;
Lak-rəng örtüyünün və şüşələnmiş səthlərin intensiv dağılmasının olmaması;
Müxtəlif tipli avtomobil hərəkət tərkibləri üçün (yük avtomobili, minik avtomobili, avtofurqonlar, xüsusiləşdirilmiş hərəkət tərkibi və s.) istifadənin universallığı.
Bu üsulun əsas çatışmayan cəhəti yuyucu maye sərfinin böyük olmasıdır.
Şəkil 1.2. Kompakt sinifli yüksək təzyiqli şırnaqlı Karcher aparatı
Dostları ilə paylaş: |