Mühazirələr konspekti Fənn: avtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ-1


Avtomobillərin təmizlənməsinin alternativ üsulları



Yüklə 1,03 Mb.
səhifə46/50
tarix05.01.2022
ölçüsü1,03 Mb.
#111359
növüMühazirə
1   ...   42   43   44   45   46   47   48   49   50

Avtomobillərin təmizlənməsinin alternativ üsulları


―Su qıtlığı‖ şəraitinin yetişməsi səbəbindən bir sıra yuma avadanlığı istehsal edən firmalar susuz və ya sudan qismən istifadə edən yuma avadanlığı istehsal etməyə başlanmışdır. Məsələn, Almaniyanın ―OBAG‖ firmasının istehsal etdiyi 1/4/70/6 susuz yuma qurğusu konstruksiyasını göstərmək olar. Qurğunun iş prinsipi belədir: diyircəklər üzərində rels üzrə hərəkət edən adi yuma bölməsində, şəbəkədən 220Vgərginliklə qidalanan üç şüalandırıcı elektrod quraşdırılmışdır, onlar elektrod mikrodalğaları şüalandırır. Bu şüalanmanın təsiri ilə avtomobilin səthində olan toz və çirklərdə (adətən mineral tərkibli) molekulyar vibrasiya baş verir və onlar səthdən qopur. Bu zaman su tamamilə istifadə olunmur.

Tələb olunan güc cəmi 2,0 kVt təşkil edir. Yuma müddəti 5 saniyəyə qədər təşkil edir (bu vaxt ərzində yuma bölməsi avtomobilin bütün uzunluğu boyu bir dəfə keçir).Bu üsulun yeganə çatışmayan cəhəti emal olunan səthin az(40 °C-yə qədər) qızdırılmasıdır. Lakin firma tərəfindən aparılan sınaqlar göstərmişdir ki, aşağı temperaturlu qızma heç də pis nəticələr vermir. İtaliyanın ―IALА‖ firması fırçasız yuma qurğusu yaratmışdır. Avtomobil kuzovu əvvəlcə yuyucu tərkibin mənfi yüklənmiş kiçik damcıları ilə bombardman olunur. Damcılar çirk və toz hissəciklərinə zərbə vuraraq, onları kuzovun səthindən ayırır. Sonra müsbət yüklənmiş duş verilir. Nəticədə çirk tamamilə təmizlənir. Yumanın sonunda avtomobil yaxalanır və isti hava ilə qurudulur. Bütün əməliyyata 4 dəqiqədən də az vaxt sərf edilir.

Bu üsullardan başqa, digər yeni üsullardan da istifadə edilir. Buna misal olaraq, elektrik keçiricikli materiallardan müxtəlif cisimlərin yuyulma üsulu AFR-də patentləşdirilib. Bu üsul yuyucu maye şırnağının keçirici kimi istifadə edilməsi ilə xarakterizə olunur. Elektrik cərəyanı şırnaqdan keçərək, səthin təmizlənmə keyfiyyətini və sürətini xeyli artırır. Təmizlənən cisim və yuyucu məhlulu çiləyən soplo iki qütblə sabit cərəyan mənbəyinə birləşdirilir, sonuncu kimi kiçik impulslu ―Liandr‖ tipli gərginlik generatoru istifadə olunur. Şırnağın elektrik keçiriciliyini artırmaq üçün məhlula əlavələr daxil edilir. Şırnağın elektrik keçiriciliyini səlis dəyişmək üçün ―soplo-şırnaq-təmizlənən səth‖ elektrik şəbəkəsinə reostat qoşulur. Yumanın effektivliyi qütblərin periodik olaraq dəyişilməsi ilə, yəni şırnaqda cərəyanın istiqamətini dəyişməklə də artırılır. Qütblərin dəyişilməsi dəyişdirici quruluşla əldə olunur.

Avtomobil səthinin ―yuyucu qumaş‖la təmizlənmə üsulu da patentləşdirilib. Bu halda yuma qurğusu keçidli çərçivəyə (avtomobilin keçməsi üçün)malik olur, avtomobil müəyyən trayektoriya üzrə uzununa hərəkət edir, keçidin çərçivəsində quraşdırılmış iki təmizləyici quruluş avtomobilin hərəkət trayektoriyası boyunca eninə hərəkət edir. Hər bir təmizləyici quruluş çərçivədə yerləşdirilmiş və yellənən qumaşlı sərt dayaq elementinə malik olur.

Qumaşlar paralel, elə asılır ki, onların hər biri avtomobilin hərəkət trayektoriyasını eninəkəsir. Qumaşın hər birinin yan səthi avtomobilin yan tərəfindən kənara çıxır. Qumaşlar yan-yana asılmış elastik lentdən ibarətdir. Qumaş avtomobillə toxunmadıqda onlar sərbəst asılmış olur, hərəkət edən avtomobil qumaş ilə toxunduqda dayaq elementi yellənir və lentlər fasiləsiz olaraq avtomobilin səthinə toxunur və avtomobilin səthini təmizləyir. Bu halda qumaşların lentləri kuzovun üst, yan, qabaq, arxa və dərin yerlərinə, bamperin alt hissəsinə təsir edir və onları təmizləyir.

Digər halda qurğunun çərçivəsi eninə istiqamətdə paylanmış qövsşəkilli hissələrdən ibarətdir. Çərçivənin hər bir hissəsi avtomobilin yerdəyişmə trayektoriyasına paralel müstəvidə yerləşdirilmişdir. Qumaşlar çərçivənin qövsşəkilli hissələrini kəsib keçərək, avtomobilin hərəkət trayektoriyası boyunca birbirindən müəyyən məsafədə yerləşdirilmişdir.

Üçüncü halda qurğu çərçivədən və onun üzərində ilkin elektrik mühərriki quraşdırılmış intiqal mexanizmindən ibarətdir. Çərçivədə yuma qumaşları qrupu yerləşdirilmiş dairəvi tutucular quraşdırılmışdır. Bu qumaşların ayrı-ayrı lentli elementləri qeyriişlək vəziyyətdə biri digərinin qarşısında yerləşir, avtomobil yuma qurğusuna daxil olduqda onları hərəkət etdirir və onları birləşdirir. İntiqal mexanizmi lent elementlərini qumaşlarla birlikdə əks istiqamətdə fırladır. Əks istiqamətdə hərəkət etdikdə müxtəlif qumaşların elementləri ixtiyari qaydada bir-birilə ilişir və bunun sayəsində yumanın keyfiyyəti yüksəlir.

Yumadan sonra qurutma (sürtmə) tətbiq olunur, bu quruluş da patentləşdirilib. Qurutma qurğusu asma rotor quruluşundan ibarət olub, mexanikləşdirilmiş yuma qurğularında istifadə üçün nəzərdə tutulur. Hərəkətli rotor üfüqi müstəvi üzərində fırlanır və onun üzərindəki çoxsaylı su hopdurucu materiallar avtomobilin səthindəki su damcılarını təmizləyir.


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin