Mühazirələr konspekti Fənn: avtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ-1


MÜHAZİRƏ Qaldırıcı-baxış və qaldırıcı-nəqledici avadanlıqlar



Yüklə 1,03 Mb.
səhifə48/50
tarix05.01.2022
ölçüsü1,03 Mb.
#111359
növüMühazirə
1   ...   42   43   44   45   46   47   48   49   50
MÜHAZİRƏ

Qaldırıcı-baxış və qaldırıcı-nəqledici avadanlıqlar:

təsnifatı, təyinatı və onlara qoyulan tələblər


ANM-də əmək məhsuldarlığının yüksəldilməsinin səmərəli üsullarından biri də qaldırıcı-baxış və qaldırıcı-nəqledici avadanlıqlardan istifadə olunmasıdır. Məlumdur ki, orta yükgötürmə qabiliyyətli avtomobillərdə tam həcmli texniki qulluq işlərinin 40-45% -i altdan, 40-45%-i üstdən, 10-20%-i isə yandan yerinə yetirilir. Uyğun olaraq, qulluq və təmir işlərini apararkən avtomobilə istənilən mövqedən yaxınlaşmanı təmin etməklə, əmək məhsuldarlığının artırılması və təmir işçilərinin əmək keyfiyyətini artırmaq üçün müvafiq avadanlıqlar olmalıdır. Aparılan tədqiqatlar təsdiq edir ki, müasir qaldırıcı avadanlıqların tətbiqi əmək məhsuldarlığını təqribən 25%-ə qədər artırır.

Baxılan texnoloji avadanlıqlar qrupu funksional təyinatına görə iki yarımqrupa bölünür: qaldırıcı-baxış və qaldırıcı-nəqledici avadanlıqlar (şəkil 1.5).

Qaldırıcı-baxış avadanlıqlarına avtomobil aqreqat, mexanizm və qovşaqlarına altdan və yandan rahat yaxınlaşmanı təmin edən avadanlıqlar aiddir. Qaldırıcı-baxış avadanlıqlarına avtomobilə alt və yan tərəfdən aqreqat, mexanizm və qovşaqlarına asan yaxınlaşmanı təmin edən avadanlıqlar aiddir. Bu tip avadanlıqlardan istifadə zamanı avtomobilin qismən və ya tamamilə asılması (qaldırılması) həyata keçirilir. Qaldırıcı-baxış avadanlıqlarına baxış xəndəkləri, estakadalar, qaldırıcılar, yanaaşırıcılar, domkratlar aiddir.

Qaldırıcı-nəqledici avadanlıqlara avtomobilin və ya onun aqreqat və qovşaqların qaldırılması və ANM-in zona və şöbələri üzrə yerdəyişməsini yerinə yetirmək üçündür. Qaldırıcı-nəqledici avadanlıqlara yük arabacıqları, kran-tirlər, telferlər, səyyar və konsol kranlar, konveyerlər, yükləyicilər aiddir.


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin