MÜHAZİRƏ
Servisin əsas anlayışları
Servisologiyanın əsasları. İnsanın ehtiyacları və onların formalaşmasına təsir edən amillər. Ehtiyaclar, arzular və əhalinin daşımalara tələbatı.
Servisologiya insanın şəxsi ehtiyaclarına öz münasibətini onun təhsilindən və mədəni səviyyəsindən, maraqlarından, dəyərlərindən və ideallarından, xarakterindən və qabiliyyətlərindən asılı olaraq ifadə edir.
Servisologiya - insanın ictimai -təbii varlıq olaraq təbiətdə, cəmiyyətdə yeri, fərdi ehtiyacları və psixofiziki imkanlarıhaqqında elmdir.
İnsan fəaliyyəti əsasında ehtiyaclar durur. Məhz onların təmin olunması üçün insanlar istehsal fəaliyyətiylə məşğul olublar və məşğul olacaqlar, bu prosesdə daim yeni ehtiyaclar meydana çıxacaq. Onlar, öz növbəsində, insanı fəaliyyətin yeni növlərinə sövq edirlər və bu daim belədir. Servisologiya insanın ehtiyaclarını yalnız bioloji obyekt kimi deyil, həm də şəxsiyyət kimi müəyyən etməyə imkan verir. ŞƏXSİYYƏTİN ehtiyacları onun bioloji ehtiyaclarıyla müqayisədə dəfələrlə artır.
Ehtiyac - nədə insan ehtiyac duyduğudur və faktiki olaraq onun tələbatıdır.
Əhalinin əsas nəqliyyat xidmətinə - daşımaya ehtiyacı işlə, təhsillə, bizneslə, istirahətlə, müalicəylə, turizmlə və başqa məqsədlərlə bağlıdır. Daşıma insanın həyat fəaliyyətinin ən ilk ehtiyaclarından biridir.
İnsanların arzuları öz-özlüyündə demək olar ki, sonsuzdur, amma onların resursları məhdudlaşdırılmışdır. Onlar yalnız o malları və xidmətləri ala bilərlər ki, onların ən vacib ehtiyaclarını təmin edilsin və bunun üçün lazım olan pul xərcləməyə imkanları olsun.
İnsan özü üçün nəqliyyat bazarında o malları və xidmətləri seçir ki, onun arzuları və maliyyə vəsaitləri diapazonunda ehtiyacları mümkün qədər maksimal təmin olunsun. Təcrübədə tələbatların müxtəlif növləri ayrılır:
potensial;
formalaşdırılan;
artıq yaranmış (mövcud olan);
mövsümi.
Dostları ilə paylaş: |