"Servis" və "servis xidməti"anlayışları
"Servis" sözü XX əsrin son onilliyinin bazar dəyişiklikləri nəticəsində deyil, əhaliyə mehmanxana və avtomobillərə xidmət sənayesiylə əlaqədar geniş işlənməyə başlanmışdır.
"Servis" sözünüm mənası dilimizdə "xidmət" anlayışına daha uyğundur, lakin bunları həmişə eyniləşdirmək olmaz. Müxtəlif izahlı lüğətlərdə "xidmət etmək" bir neçə mənaya malikdir:
1.Xidmət etmək kiminsə məişət, cari və ya daimi ehtiyaclarının və tələbatlarının təmin olunmasınagörə işləmək bildirir. Bu halda insan obyektdir və onun xidmət sferasına əhaliyə göstərilən bütün ictimai – məişət və istehsal xidmətləri daxildir:
təhsil;
cəhiyyə;
nəqliyyat;
ictimai qidalanma;
sığorta;
• turizm və sair.
İnsana və bütovlükdə cəmiyyətə göstərilən bütün bu xidmət kompleksi və mallar, insanın həyat fəaliyyətinə onun sosial, ictimai-məişət və mədəni ehtiyaclarının təmin olunması üçün lazımdır, və sosial- mədəni servis adlanır.
2.Xidmət etmək - texnikaya aiddir. Xidmət etmək –yəni, maşınların, mexanizmlərin, dəzgahların, hərəkət tərkibinin və başqa texniki vasitələrin və qurğuların istismarı üzrə işləmək bildirir. Bu halda artıq xidmətin obyekti insan deyil, texniki vasitələr və mexanizmlərdir, çünki, hər texniki vasitə və qurğu istifadə prosesində müəyyən edilmiş yoxlama, tənzimləmələr, təchizatlar, təmir və sairxidməti tələb edir. Dəzgahların, mexanizmlərin, avtomobillərin, vaqonların, lokomotivlərin, digər nəqliyyat vasitələrinin və başqa texniki vasitələrin, qurğuların istismar müddətinin artırılması və onların işçi parametrlərinin və xarakteristikalarıninistismarın texniki şərtləriylə və ya texniki pasportla təyin edilmiş çərçivədəsaxlanılması məqsədi ilə yerinə yetirilən xidməttexniki servisadlanır. Texniki servis nəqliyyat kompaniyasına və müştərilərə
(istehlakçılara) münasibətəgörə aşağıdakı xüsusiyyətlərə malikdir:
♦ marketinqin kompleksində nəqliyyat siyasətinin həssas aləti;
♦ logistik sistemlərin funksional elementi;
♦ nəqliyyat xidmətlərinin icraçısının və onların istehlakçısının qarşılıqlı fəaliyyətinin
(münasibətinin) mövsümi (bütün illik) axın prosesi.
3. Xidmət etmək - xammala, materiallara, texniki məmulatlara və yarımfabrikatlara aiddir.
Verilmiş zahiri görünüşlü, keyfiyyətli bu və ya digər məhsulun və ya nümunəninalınmasıəsas materialın (texniki məmulatın) istehsal və ya istismar prosesində parametrlərininvə xarakteristikalarınındəyişdirilməsini tələb edir. Ağacdan artıq rütubətin çıxardılması, rənglənmədən əvvəl parçaların emalı, konservləşdirmədən və ya yeməklərin hazırlanmasından əvvəl qidaməhsullarının yuyulması,emalı, texniki müayinədən əvvəl hərəkət tərkibinin yuyulması, təmizlənməsi və sair buna nümunə ola bilər. İstehsal və ya istismar prosesində xammalın, materialların, texniki məmulatların və yarımfabrikatların parametrlərinin və xarakteristikalarının dəyişdirilməsi və keyfiyyətli məhsulun alınması məqsədi ilə onların emalıprosesi texnologiya servisidir.
Texnologiya servisiməhsulun istehlak keyfiyyətlərini və xüsusiyyətlərini yüksəldir.
Hərçənd istənilən xidmət qeyri-maddidir, xidmətin prosedurlarının icra edilməsinə hazırlıq tələb edir:
|