Nəqliyyatda srevis - sərnişinlərə, yükgöndərənlərə, yükalanlaradaşımaların təmin edilməsi, kompleks xidmətlərin göstərilməsi və əlavə işlərin icra edilməsi daxil olmaqla yüksək keyfiyyətli xidmətin göstərilməsidir.
Nəqliyyatda əhaliyə əmtəənin özü satılmır, amma xidmət, yəni nəqliyyatla daşıma satılır.Xidmət (qulluq) - başqasına xeyir verən və ya kömək edən hərəkətdir (təsirdir).
Servis-nəqliyyat xidməti - nəqliyyat xidmətinin icraçısının, yəni müəssisələrin, təşkilatların və ya sahibkarların əhalinin daşımalara olan ehtiyaclarının təmin olunması üçünfəaliyyətinin nəticəsidir.
Geniş anlamada xidmətbir neçə səviyyə malikdir və aşağıdakı kimi bölünür:
əsas;
müşayiət edən;
əlavə.
Xidmətin səviyyələrinin strukturu
Əsas xidmət - sərnişinlərin və ya yüklərin bir məntəqədən başqasına daşınmasıdır. Sərnişin və ya yük sahibi əslində məhsulun xüsusiyyətlərini - nəqliyyat vasitələrinin tiplərindən birində yeri və bu yerdəki xidməti almır, öz ehtiyaclarının reallaşdırılması və səfərməqsədləri üçün məhz daşımanı, yerdəyişməni alır.
Dostları ilə paylaş: |