Mühazirələr konspekti Fənn: avtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ-1



Yüklə 1,03 Mb.
səhifə10/50
tarix05.01.2022
ölçüsü1,03 Mb.
#111359
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   50
Nəqliyyatda srevis - sərnişinlərə, yükgöndərənlərə, yükalanlara daşımaların təmin edilməsi, kompleks xidmətlərin göstərilməsi və əlavə işlərin icra edilməsi daxil olmaqla yüksək keyfiyyətli xidmətin göstərilməsidir.

MÜHAZİRƏ

Servis xidmətinin növləri. Nəqliyyat servisinin prinsipləri

İstehlakçıların xidmət sistemi - xidmətin tələb edilən səviyyəsinin təminatı üçün lazım olan təşkilat strukturunun, prosedurların, proseslərin və resursların məcmusudur. İstənilən sistem kimi, xidmət sistemi elementlərdən ibarətdir –bu elementlər funksionalayrı obyektlərdır, həll edilən məsələ çərçivəsində dekompozisiya olunan deyil (hissələrə ayrılmayandır).Xidmət sisteminin elementləri və onların qarşılıqlı təsirinin xarakteriylə xidmət sisteminin xüsusiyyətləritəyin edilir:

  • mürəkkəblik: böyük saylıelementlərin mövcudluğu, onların arasında qarşılıqlı təsirin mürəkkəb xarakteri, sistem tərəfindən yerinə yetirilənfunksiyalarınçətinliyi, xarici amillərin çoxluğu;

  • çeviklik: xarici mühit və daxili qarşılıqlı fəaliyyətintəsiri altında sistemin parametrlərinin dəyişkənliyi;

  • davranışın qeyri-müəyyənliyi: xidmət sisteminin davranışının gözlənilməzliyinin dərəcəsi;

  • uyğunlaşma: sistemin öz strukturunu dəyişdirməyə və sistemin yeni hədəflərinə uyğun olaraq və xarici mühitin təsiri altında davranışın variantlarını seçməyə qabiliyyəti.

Xidmət sisteminin strukturu - hər hansı əlamətə görə elementlərin qaydaya salınmasıdır: tərkibə görə, təyinatı üzrə, ölçülərinə görə və s. Sistemin fəaliyyəti və inkişafı tamamilə onun strukturu və xüsusiyyətləri ilə təyin edilir. Bu proseslərin öyrənilməsi,hər şeydən əvvəl, xidmət sisteminin funksional əsasını seçməyi tələb edir:

  1. xidmət sisteminin fəaliyyətininməqsədi;

  2. alternativlər - həlli, məqsədin (qarşılıqlı şərtləşdirilmiş və alternativ xarakteri daşıya bilər) nailiyyətinə imkan yaradanməsələlərdir; 3) məqsədin nailiyyəti üçün tələb edilən resurslar;

  1. riyazi və məntiqi modellər - xarici mühitin amilləri arasında əlaqələrin sistemidir;

  2. üstün alternativin seçiminin meyarı.

Xidmət sisteminin struktur və funksional əsası bir çox xüsusi məsələlərin həlli üçün bazadır. Ən mürəkkəb vəeyni zamandaəhəmiyyətliməsələlərdən biri, yüksək keyfiyyətli xidmətlərin təmin edilməsidir.


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin