Mühazirələr konspekti Fənn: avtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ-1



Yüklə 1,03 Mb.
səhifə11/50
tarix05.01.2022
ölçüsü1,03 Mb.
#111359
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   50
Servis xidmətinin növləri

Servisi aşağıdakı növlərə bölmək qəbul edilmişdir:

- istehlakçı tələbatının təmin olunmasına yönəlmiş servis;


  • istehsal servisi;

  • satışdan sonraki servis;

  • informasiya xidməti;

  • maliyyə-kredit servisi.

Alıcıya təqdim olunan servis xidmətlərinin bütün göstərilən növləriniüç mərhələdə göstərilən xidmətlərə bölmək olar:

  • satışdan əvvəlki xidmətlər — logistik xidmətə tələbatın formalaşması üzrə işlər və əməliyyatlardır. Onlara məsləhət vermə; daşıma vasitələrinin hazırlığı; əlavə avadanlığın quraşdırılması, texnikanın nümayişi, lazımlı sənədləşməylə təminataiddir. Onlar, bir qayda olaraq, ödənişsiz yerinə yetirilir;

məhsulun satışı(reallaşdırılması) prosesini müşayiət edən xidmətlər - bunlar, maddi axınların effektiv hərəkətini və istehlakçıların sifarişləriylə ciddi uyğunluqda məhsulun təyinat yerinə çatdırılmasını təmin edirlər (çatdırma partiyalarınınseçim və komplektasiyası, qablaşdırma, nişanlama, yük vahidlərinin formalaşması, çatdırmaların etibarlılığının təminatı üzrə iş və s.); • satışdan sonraki xarakterli xidmətləri– bunlara zəmanətli xidmət, ehtiyat hissələrlə təminat üzrə xidmətlər, alıcıların iddialarının baxılması (müzakirəsi) üzrə öhdəliklər, qayıdan axınların təminatı, məhsulun mübadiləsinin həyata keçirilməsi və başqaları aiddir. Satışdan sonraki servis adətən zəmanətli və zəmanətdən sonrakıya bölünür. Satışdan sonrakı zəmanətdən sonrakı servisin dəyəri və onun həcmi xidmətin bu növünə müqavilənin şərtləriylə təyin edilir. Bəzən xidmətin bu növü texniki xidmət adlandırılır (müayinələr, təmirlər, yoxlamalar və başqaları). İstehlakçı tələbatının təmin olunması servisi istehlakçılara xidmətin səviyyəsinin kompleks xarakteristikasıdır və hər üç mərhələdə göstərilən xidmətləri özünə daxil edir.

İstehsal servisi və ya istehsal təyinatlıservis, buraxılan məhsulun servis xidmətinin təklif edilən növlərinin məcmusunu təşkil edir, yəni alınmaya müqavilənin bağlanması anından məhsulun çatdırılmasının anına qədər istehlakçıya verilən xidmətlərin dəstidir (yığımıdır). Bu hər şeydən əvvəltamamlama və istehlakçıların spesifik tələbləriylə yerinə yetirilən çox istiqamətli işlərdir

(xüsusi rəngləmə və qablaşdırma, ixracat icrasında məhsulun buraxılması, spesifik komplektasiya və başqaları). Bəzi hallarda bilavasitə istehlakçıda məhsulu istehsalat dövrəsində yerləşdirmə şəraitində montaja və tənzimləməyə (məsələn, maşınqayırmada avtomatik konveyer xətləri, mürəkkəb məişət texnikasının tənzimləməsi) ehtiyac duyulur. İstehlakçının istismar personalının təchizatçı tərəfindən təlimi istehsal servisinin əhəmiyyətli



komponentidir. Təcrübə göstərir ki, əsasən belə hazırlanmış personalın yoxluğu yeni məhsulun tətbiqi üçün maneədir.


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin