MÜHAZİRƏ
Texniki servisin mahiyyəti və funksiyaları
Texniki servisin mahiyyəti və funksiyaları.
Texniki xidmət daha ümumi halda məmulatların satılması və istifadəsi ilə əlaqədar texniki xidmətlər kompleksi olub onların yüksək səmərəliliklə istismarın ıtəmin edir.
Texniki xidmətin mahiyyətindən onun iki əsas funksiyası doğur:
Alınmış məmulatın alıcı tərəfindən optitmal və iqtisadi səmərəliliklə istifadəsinin təmin edilməsi
məmulatın satışının genişləndirilməsinə yardım etmək.
Məmulata olan tələbatla texniki xidmətə olan tələbat arasında iki tərəfli əlaqə mövcuddur:
Texniki servisə olan tələbat məmulata olan tələbatdan törəmədir, bununla belə alınmış məmulatın servislə təmin edilməsi ona olan təlabatı artırır. Effektiv servis alıcıya imkan verirki, məmulatı daha səmərəli istifadə etsin və bununlada satışın artmasına kömək edir.
Müasir dünya bazarında kəskin rəqabət şəraitində firmanın müvəffəqiyyət əldə etməsi üçün ən vacib şərt yaxşı təşkil olunmu və yayılmış texniki xidmət şəbəkəsinin: məsləhət məntəqələrinin, texniki xidmət stansiyalarının, ehtiyat hissələri ambarlarının, tədris mərkəzlərinin və b. yaradılmasıdır. Texniki xidmət şəbəkəsi firma müvafiq bazarda (xarijivəyadaxili) satışa başlayana qədər yaradılmalıdır. Bunsuz firma müvəffəqiyyətə nail ola bilməz.
Texniki xidmət «marketinq» sisteminin, proqramının vacib hissəsidir. Məlum olduğu kimi, «marketinq» - firmanın fəaliyyətinin təşkil sistemidir.
Bu system firmanın fəaliyyətinin bütün aspektlərini əhatə edir: alıcının məhsullara və yaxid mətlərə olan möcud və potensial təlabatının öyrənilməsi,
elmi tədqiqatlar və layihə-konstruktorişləri, istehsalın həcminin planlaşdırılması, məmulatın satışı metodlarə və sisteminin işlənib hazırlanması, alıcıya məmulatı səmərəli istifadə etmək üçün lazımi texniki və başqa servisin təqdim edilməsi. Beləliklə, müasir şəraitdə texniki xidmət təşkilatı formaların müxtəlifliyinə baxmayaraq məmulatın istehsalı,
texniki təkmilləşdirilməsi, satışı və «marketinq» sisteminin başqa bəndləri ilə bütün hallarda üzvisurətdə bağlıdır.
Texniki xidmətelə inkişaf etmişdirki, artıq iqtisadiyyatın müstəqil sahəsinnə çevrilmişdir və bu sahədə çox saylı işçi ordusu çalışır. Müasir şəraitdə texniki xidmət sahəsi respublikada iqtisadiyyatın inkişafında, məhsuldar qüvvələri istifadə edilməsində çox mühüm bir amilə çevrilir.
Dostları ilə paylaş: |