Avtomobilin istismarının təminatlı dövrü istehsalçı-zavod tərəfindən vaxta və yürüşə görə müəyyən edilir və texniki şərtlərdə və istismar üzrə Təlimatda göstərilir
Avtomobilin istismarının təminatlı dövrü istehsalçı-zavod tərəfindən vaxta və yürüşə görə müəyyən edilir və texniki şərtlərdə və istismar üzrə Təlimatda göstərilir. Bu dövrün hesablanması avtomobilin satış tarixindən başlanır, bu tarix isə hesab arayışda, texniki pasport və ya servis kitabçasında qeyd olunur. Avtomobillərin təminatlı xidmətinin təşkil qaydaları, istehsalçı-zavodların funksiyaları və öhdəlikləri, təminatlı xidmət yerinə yetirən məntəqələrin və TXS-in funksiyaları, avtomobillərə təminatlı xidmət dövründə xidmət edən müəssisələrin xidmətindən istifadə edən avtomobil sahiblərinin hüquqları müvafiq normativ-texniki və hüquqi sənədlərlə müəyyən edilir və reqlamentləşdirilir (Nizamnamələr, Əsasnamələr, Təlimatlar, Müqavilələr və s.).