Texnoloji proses − istehsal prosesinin bir hissəsi olub, texniki şərtlərə müvafiq qaydada yerinə yetirilən işlərin və ya əməliyatların müəyyən olunmuş texnoloji ardıcıllığıdır və onların yüksək keyfiyyətlə və minimal xərclərlə yerinə yetirilməsini təmin etməlidir. Başqa sözlə texnoloji proses− avtomobil (aqreqat) üzərində zaman və fəzada yerdəyişmə üzrə planlı və ardıcıllıqla yerinə yetirilən əməliyyatlar toplusudur. Texnoloji proses istehsalat üçün qanun hesab edilir və ondan kənara çıxma halları texnoloji prosesin pozulması hesab edilməlidir.
Avtomobilin, onun aqreqat və qovşaqlarının təmiri və ya texniki qulluğu müəyyən texnologiya ilə aparılır. Avtomobilin TQ və CT texnologiyası – onun işləmə qabiliyyətinin təmin edilməsi məqsədilə texniki vəziyyətinin dəyişdirilməsi metodlarının, üsullarının toplusudur.
Əməliyyat − avtonəqliyyat vasitəsinin aqreqat, qovşaq, mexanizm və sistemlərinin texniki xidmətlərinin yerinə yetirilməsi üzrə ardıcıl hərəkətlər kompleksidir (məsələn, mühərrikin karterində yağın dəyişdirilməsi, tormoz mexanizminin nizamlanması və s.).
TQ − nasazlıqların yaranmasının qarşısını almaq (etibarlılığı yüksəltmək) və hissələrin yeyilməsini azaltmaq (ömüruzunluğunu artırmaq), bununla da, avtomobili uzun müddət texniki saz və işləmə qabiliyyətini saxlamaq məqsədilə yerinə yetirilən profilaktik əməliyyatların (yığışdırma, yuma, bərkitmə, nizamlama, yağlama və b.) məcmusudur.
Təmir − işləmə qabiliyyətini itirmiş avtomobilin texniki vəziyyətinin bərpasına yönəlmiş texniki təsirlərin (sökmə-yığma, mexaniki, termiki, qalvanik və s. üsullarla emal) məcmusudur.
Dostları ilə paylaş: |