Hidroabraziv üsulun hidrodinamik üsuldan fərqi yuyucu mayedə xüsusi abrazivlərin olmasıdır. Bu qarışıq sıxılmış havanın təsiri ilə yüksək sürətlə təmizlənən səthə atılır. Bu zaman çirklənmiş səthin təmizlənmə effektivliyi və keyfiyyəti artır, lakin təmizlənən səthin zədələnmə ehtimalı və hidroabroziv mayenin verilməsi üçün elektrik enerji sərfi artır.
Nəm silmə. Üsulun mahiyyəti –nəmləndirilmiş səthin yüngül materialla (fırlanan fırça, nəm dəsmal və s.) silinməsidir.
Şəkil 1.3. Fırçalı yuma qurğusu
Şəkil 1.4. Konveyer tipli yuma qurğusu
Bu üsulun üstünlükləri: yuyucu mayenin sərfinin az olması, digər üsullardan fərqli olaraq lak-rəng örtüyü və şüşələnmiş səthlərdən çox nazik çirk təbəqəsinin kənarlaşdırılmasının mümkün olmasıdır.
Çatışmayan cəhəti: fırçalı yuma qurğularının mürəkkəb quruluşa malik olması, şırnaqlı qurğulara nəzərən az etibarlılığı və qiymətinin böyük olmasıdır.
MÜHAZİRƏ
Dostları ilə paylaş: |