predmet ixtisaslaşması prinsipi üzrə yuma qurğularının yaradılması;
modul prinsipi üzrə qurulmuş yuma-yığışdırma komplekslərinin yaradılması;
alternativ təmizləmə üsullarının (elektromaqnit dalğalar, şırnağın döyünməsi) yaradılması;
ölçü vericiləri, yaxınlaşma detektorları, fotorele quruluşları və s. hesabına taxma başlıqdan səthə qədər optimal məsafənin təmin olunması;
taxmanın tipindən, şırnağın hücum bucağından və avtomobilin tərtibatından asılı olaraq növbələşən addımlı dəyişən diametrli taxma başlıqların tətbiqi;
avtomobilin markasından və çirklənmə dərəcəsindən asılı olaraq hərəkət sürətinin proqramlı nizamlanması;
qurğunun işini avtomatlaşdıran, onun işinə həm tam halda, həm də onun ən məsul aqreqatlarının və qovşaqlarının işinə ayrılıqda nəzarəti təmin edən, həmçinin də işlərin keyfiyyətini operativ izləyən vasitələrdən istifadə olunması.