Konstruksiyanın texnolojililiyi
Bütün maşın və qurğular tipindən və müasirliyindən asılı olmayaraq qənaətlilik və etibarlılıq istiqamətində həmişə təkmilləşməyə məhkumdur. Bu tələblərin təmin edilməsində maşın və konstruyksiyanın texnolojililiyi xüsusi əhəmiyyət kəsb edir.
Məmulatın istehsalı, istismarı və təmirinin optimal əmək, material, vasitə və vaxt sərf etməklə yerinə yetirilməsinə imkan verən xüsusiyyətlərə onun texnolojililiyi deyilir.
Texnocililik onu xarakterizə edən göstəricilərin eyni tipli məmulatın uyğun göstəriciləri ilə müqayisə edilməsi nəticəsində qiymətləndirilir.
Konstruksiyanın texnolojililiyinin aşağıdakı növləri vardır:
1. Istehsal - məmulatın hazırlanması ilə əlaqədar olan;
2. Istismar- məmulatın texniki xidməti ilə əlaqədar olan;
3. Təmir - məmulatın təmirinin rahat və sadəliyi ilə əlaqədar olan texnolojililik.
Məmulatın konstruksiyasının texnolojililiyinin işlənməsi və təkmilləşdirilməsi fasiləsiz kompleks tədbirlər nəticəsində yerinə yetirilir.
Məmulatın texnolojililiyi kompleks göstəricilərlə qiymətləndirilir. Bu məqsədlə məmuiatın hazırlanmasında əmək tutumu və maya dəyərindən daha çox istifadə edilir.
Məmulatın texnolojililiyini xarakterizə edən əsas göstəricilərdən biri də onun hazırlanma - istehsal qiymətidir.
Dostları ilə paylaş: |