Mühazirələr konspekti Ümumi kurs (Elektron variantı 127 s.) Baki 2010 Ön söZ


Epoksid tərkiblərin hissələrin bərpasında tətbiqi



Yüklə 190,69 Kb.
səhifə102/112
tarix10.01.2022
ölçüsü190,69 Kb.
#107598
növüMühazirə
1   ...   98   99   100   101   102   103   104   105   ...   112
Epoksid tərkiblərin hissələrin bərpasında tətbiqi

Avtotəmir istehsalında epoksid tərkiblərindən gövdə tipli hissələrdə çatların, çöküklərin, əziklərin və digər mexaniki zədələrin bərpasında və həmin hissələrdə yastıq altı səthlərini bərpasında istifadə edilir.

Bərpa prosesinin əvvəlində epoksid tərkibi (pasta) hazırlanır. Burada epoksid qətranı 50-600S temperatura qədər qızdırılır və ona plastifikator əlavə olunaraq qarışdırılır. Qarışdırarkən pastaya fasiləsiz olaraq tələb olunan miqdarda doldurucu əlavə edilir. Alınan tərkib otaq temperaturuna qədər soyudulur. Pastanı çəkməzdən 30-40 dəq. əvvəl ona bərkidici daxil edilir.

Gövdə tipli hissələrdə çatı doldurmaq (tıxamaq) üçün əvvəlcə hazırlıq işləri aparılır. Çatın qaynaqla bərpasında olduğu kimi onun tilləri 90-1200S bucaq altında təmizlənir – yonulur, çatın uzanmasının qarşısını almaq üçün onun uclarında 3 mm diametrdə deşik açılır, yonulmuş xəndəkcik oksidlərdən təmizlənərək həlledicilərlə (asetonla, benzinlə) yağsızlaşdırılır.

Deşilmiş yuvalara asbestdən tıxaclar qoyulur və təmizlənmiş səthə şpatel vasitəsilə iki qat epoksid pastası çəkilir. Əvvəlcə ancaq çatı örtmək üçün nazik təbəqə çəkilir. Sonra 5-10 mm ətrafı da əhatə etməklə ikinci qat çəkilir.

Pastanın qurudulması xüsusi quruducu şkaflarda aparılır. Soyuq bərkidici (PEPA) istifadə olunduqda hissə 60-700S temperatura qədər qızdırılır və bu temperaturda 4-5 saat saxlanılır.




Yüklə 190,69 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin