Mühazirələr konspekti Ümumi kurs (Elektron variantı 127 s.) Baki 2010 Ön söZ



Yüklə 190,69 Kb.
səhifə103/112
tarix10.01.2022
ölçüsü190,69 Kb.
#107598
növüMühazirə
1   ...   99   100   101   102   103   104   105   106   ...   112
Sintetik yapışqanlarla bərpa.

Təmir prosesində sintetik yapışqanlardan yanacaq baklarında, radiator qazanlarında və digər hissələrdə deşikləri yamaqla örtmək üçün, eləcə də kuzovun bərpasında və tormoz qəliblərinə üzlüklərin yapışdırılmasında istifadə edilir.

Avtotəmir istehsalında VS-350, BF-2, VS-10 T, MPF-1, VK-200 epoksid yapışqanları geniş tətbiq edilir.

Yapışdırma əməliyyatından əvvəl hissənin bərpa olunan səthi çirkdən təmizlənir, yağsızlaşdırılır (həlledicilərlə) və onda azacıq da olsa kələ - kötürlülük yaradılır. Sonra səthə 2 – 3 qat 0,1 mm qalınlığında yapışqan çəkilir. Epoksid yapışqanlarından başqa digər bütün yapışqanların tərkibində uçucu həlledicilər olduğundan onların metalın səthinə çəkərkən qurumasını təmin etmək lazımdır. Qurutma vaxtı yapışqanın növündən asılıdır.

VS-10 T yapışqanı sintetik qətranın üzvü həlledicidə məhluludur: tünd qırmızı rəngli şəffaf bircins mayedir. Ondan metalları, şüşə və tekstalitləri və başqa materialları istənilən birləşmədə yapışdırmaq üçün istifadə olunur. Avtomobillərin təmiri zamanı bu yapışqandan əsasən ilişmə muftasının diskinə və tormoz qəliblərinə üzlük yapışdırılmasında istifadə edilir.

VS-10 T yapışqanqı bir çox metal və qeyri metalla yaxşı ilişmə xüsusiyyətinə malikdir, nəmliyə neft məhsullarına qarşı dözümlüdür, korroziyaya qarşı davamlıdır.

Hazırlanmış səthlərə bir və ya 2 qat yapışqan çəkilir. Hər qatdan sonra 60 dəq. hissəni 10-300S temperaturda qurutmaq üçün vaxt ayrılır. Tormoz qəlibləri üzərinə üzlüklər qoyulduqdan sonra xüsusi tərtibata quraşdırılır və 1-3 MPa xüsusi təzyiqlə sıxılır (şəkil 23.1). Yapışqanın polimerləşməsi üçün yığılmış düyün şkafda 140-1800S temperaturda 1-2 saat ərzində qurudulur.

BF tipli yapışqanlar (BF-1, BF-4) butvar – fenol əsaslı universal yapışqanlar qrupuna daxildir. Bu yapışqanlar termoreaktiv polimerlərin (qətranların) spirtli məhlullarıdır, sarımtıl – qırmızı rəngli bulanıq mayedir. BF-2 yapışqanı BF-4-ə nisbətən istiliyə daha davamlıdır, lakin yaratdığı elastik birləşmə zəif olur.

BF-6 yapışqanı parçaları, rezinləri, keçələri və s. elastik materialları yapışdırmaq üçün tətbiq edilir.

Bərkitmə recimləri: BF-2-140-1600S temperaturda 0,5-2,5 saat, BF-4-60-900S-də 3-4 saat, BF-6 yapışqanı 100-1200S temperaturda 0,25-1 saat təşkil edir.

VS-350 yapışqan çoxkomponentlidir, poladı, duralüminiumu, şüşəni, tekstoliti və lekoplastı yapışdırmaq üçün istifadə edilir.


Yüklə 190,69 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin