Rəngə batırmaqla rəngləmə. Bu üsul sadədir, yüksək məhsuldarlığa, malikdir, rəng materialının itkisi çox az olur, mürəkkəb formalı və böyük ölçülü hissələri rəngləməyə imkan verir.
Rənglənəcək hissələr xüsusi asılqanlardan asılır və lak-rəng materialı ilə doldurulmuş vannaya salınır.
Hissələrin asılıb və çıxarılmasından başqa bütün proseslər mexanikləşdirilir. Bu üsulla yüksək təmizlik tələb etməyən səthlər rənglənir. Çünki, bu zaman rəng örtüyündə axma halları ola bilir. Qoruyucu örtüyün qalınlığı emalın özlülüyü ilə və örtüyün quruma sürətilə nizamlanır.
Dostları ilə paylaş: |