Mühazirələr konspekti Ümumi kurs (Elektron variantı 127 s.) Baki 2010 Ön söZ


Pnevmatik tozlandırma ilə rəngləmə



Yüklə 190,69 Kb.
səhifə109/112
tarix10.01.2022
ölçüsü190,69 Kb.
#107598
növüMühazirə
1   ...   104   105   106   107   108   109   110   111   112
Pnevmatik tozlandırma ilə rəngləmə. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, hava şırnağı ilə üfürülən rəng xırda damcılar şəklində tozlandırılaraq rənglənəcək səthə istiqamətləndirilir və səth üzərində rəng damcıları bir – birinə qarışaraq (birləşərək) rəng örtüyü əmələ gətirir. Belə örtüklər yüksək qoruyucu – dekorativ xüsusiyyətləri ilə fərqlənirlər.

Pnevmatik rəng tozlandırma qurğusunda durulaşdırılmış rəng bakdan təzyiqlə tozlandırıcı başlığa ötürülərək rənglənəcək səth üzərinə püskürülür. Kompressordan hava yağnəmayrıcısından keçərək 0,3-0,7 MPa təzyiq altında rəng tozlandırıcısına verilir.

Pnevmatik tozlandırma ilə rəngləmənin nöqsan cəhətlərinə material sərfinin yüksək olması (duman şəklində rəng damcıları bütün ətrafa yayılır), rəngləmə üçün ventilyasiya qurğuları olan xüsusi şkafın (kameranın) və yüksək ixtisaslı işçilərin tələb olunmasıdır. Emalın çəkilməsində duman əmələ gətirmənin qarşısını almaq üçün xüsusi qurğulardan istifadə edirlər.

Emalı qızdırmaqla rəngləmə prosesinin səmərəliyini xeyli artırmaq olur.




Yüklə 190,69 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin