Havasız tozlandırma. Bu üsulda lak-rəng materialı 70-1000S temperatura qədər qızdırılaraq soplaya böyük təzyiqlə (4-6 MPa) verilir. Sopladan böyük sürətlə çıxan maye rəng ətraf mühitin havasının müqaviməti nəticəsində xırdalanır və rənglənəcək səthə yönəldilərək səthdə örtük təbəqəsi əmələ gətirir. Böyük təzyiq altında rəngin qızdırılması onun özlülüyünü və səthi gərginliyini azaltdığından onun xırdalanmasını asanlaşdırır.
Rəng tozlandırıcıdan çıxarkən rəngin təzyiqi atmosfer təzyiqinə qədər azalır və həlledici ani olaraq buxarlanır və onun buxarları genişlənərək rəngin xırdalanmasına imkan yaradır.
Havasız tozlandırma üsulunun müsbət cəhətlərinə yüksək məhsuldarlığı, lak-rəng materialının və həlledicilərin xüsusi sərfinin kiçik olmasını, örtüyün yüksək keyfiyyətə malik olmasını, böyük güc tələb etməyən ventilyasiya qurğularından istifadə olunmasını, avadanlığa çəkilən xərclərin azalmasını, rəngləmə prosesinin qısa müddətdə yenrinə yetirilməsini, bütün rəng materiallarından istifadə oluna bilməsini göstərmək olar. Bundan başqa havasız tozlandırma ilə rəng örtüyü çəkərkən metalla rəng arasında, fırçadan istifadə edildiyi kimi, elə adgeziya yaratmağa imkan verir ki, bu üsulla qruntlama örtüklərini də çəkmək mümkün olur.
Elektrostatik sahədə hissələrin rənglənməsi.Bu üsulun mahiyyəti ondan ibarətdir ki, rənglənən məmulatla rəng tozlandırıcı – elektrodlar sistemi arasında yüksək gərginlikli elektrik sahəsi yaradılır.
Rəngin hissəcikləri mənfi yüklənərək müsbət yüklənmiş rənglənəcək detal üzərinə istiqamətlənərək və cəzb olunaraq bərabər qalınlıqda örtük əmələ gətirir.
Elektrostatik sahədə rəngləmə pnevmatik və elektromexaniki üsullarla yerinə yetirilir.
Elektrostatik sahədə pnevmatik üsulla rəngləmə zamanı az da olsa rəng itkisinə yol verilir. Çünki, rəng tozlandırıcı elektrik sahəsindən xeyli məsafədə yerləşir və rəngin bütün hissəcikləri elektrik yükünə malik ola bilmədiklərindən onların hamısı hissə üzərinə çatmır. Başqa sözlə, elektrik yükü olmayan rəng hissəcikləri yolda itir, bu da müəyyən qədər itkiyə səbəb olur.
Elektromexaniki tozlandırma ilə rəngləmə zamanı demək olar ki, 100%-li rəng çöküntüsü almaq mümkün olur. Çünki, yüksək gərginlik altında tozlandırılan rəng hissəcikləri yüklənərək konus formalı fakel şəklində hissə üzərinə istiqamətlənir. Bu üsulla rəngləmə zamanı çox halarda fincan tipli elektrik tozlandırıcılarından istifadə edilir.
Elektrostatik sahədə rəngləmənin mənfi cəhətlərinə mürəkkəb konfiqurasiyalı hissələrin rənglənməsinin çətin olmasını, elektrik keçiriciliyinə malik olmayan (plastik kütlə, ağac və s.) hissələrin rənglənməsində xüsusi ekranlardan istifadə edilməsini, lak-rəng örtüklərinə yüksək təbəqələrin – müəyyən elektrik parametrlərinə malik olmasını, mürəkkəb və baha başa gələn avadanlıqdan istifadə olunmasını, yüksək ixtisaslı işçilərin tələb olunmasını aid etmək olar.
Yuxarıda göstərildiyi kimi avtomobillərin rənglənməsində melaminoalkid, pentaftal və nitrosellüloz emallardan istifadə edilir. Lak-rəng materialarının həllediciləri kimi spirtdən, asetondan, uayt – spirtdən, skipidardan, solventdən, ksiloldan, toluoldan və həlledicilərdən istifadə edilir.
Hissələrin rənglənməsində lak-rəng materiallarının sərfi aşağıdakı ifadə ilə təyin edilir
q,
burada S – rənglənəcək səthin sahəsi, m2; - örtük təbəqəsinin – plyonkasının qalınlığı, mkm; - plyonkanın sıxlığı, q/sm3; k – çəkilən rəng-lak təbəqələrinin sayı; q – başlanğıc özlülüyə malik artıq qalan lak-rəng materialının miqdarı, %; - materialın itki əmsalı; pnevmatik tozlandırmada =0,4; havasız tozlandırmada =0,15; batırma ilə rəngləmədə =0,25; elektrostatik sahədə rəngləmədə =0 qəbul edilir.
Dostları ilə paylaş: |