Tökmə üsulu ilə pəstahların hazırlanması.
Tökmə üsulu ilə alınan məmulata metal töküklər deyilir.
Pəstahların hazırlanmasında birdəfəlik çubuq formalarda, qabıq, torpaq, metal formalarda və əriyən modelli formalarda tökmə üsullarından istifadə edilir.
Avtomobil istehsalında əsasən boz və döyülə bilən çuqunlardan hazırlanmış töküklərdən istifadə edilir. Bu töküklər pəstahların ümumimi kütləsinin 25% - ni təşkil edir.
Tökmə üsulu ilə avtomobil aqreqatlarının gövdə tipli hissələri, məsələn, silindrlər bloku; blok başlıqları; ilişmə muftasının karteri; ÖQ - nin, paylayıcı qutunun, BÖ - nin ,AK - nın, reduktorun gövdələri, eləcə də bəzi mühərriklərin dirsəkli və qaz paylayıcı valları hazırlanır.
Gövdə tipli hissələrin tökükləri, çox hallarda, boz çuqundan torpaq qəliblərdə tökmə ilə hazırlanır. Alüminium xəlitələrindən olan gövdə tipli hissələr, torpaq formalarda tökmə ilə və ya təzyiq altında tökmə maşınlarında hazırlanır.
Təzyiq altında tökülən pəstahların möhkəmliyi torpaq formalarda tökülən pəstahların möhkəmliyindən 1,2 - 1,3 dəfə yüksək olur. Təzyiq altında tökmə maşınlarının məhsuldarlığı
300 - 500 tsikl / saat olur.
Yüksək dəqiqlik tələb edən hissələrin məsələn, dirsəkli və paylayıcı valların pəstahlarının hazırlanmasında qabıq formalardan istifadə edilir. Qabıq formalar qum - qətran qarışığından hazırlanır. Çəki üzrə 90 - 95 % kvars qumundan,
5 - 10 % isə pulver - bakelitin (fenol və formaldegidin qarışığı) termoreoaktiv qatranından istifadə edilir.
Termoreoaktiv qətranı polimerləşmə xüsusiyyətinə malikdir, yəni 300 – 3500 S temperatura qədər qızdırıldıqda bərk hala keçir. Forma qarışığı 200 – 2500 S temperatura qədər qızdırılaraq onun içərisinə metal model salınır. Forma qarışığı metal modelə yapışaraq 4-8 mm qalınlığında qabıq əmələ gətirir.
Model qabıqla birlikdə 2-4 dəqiqə ərzində sobada 340-3900S temperatura qədər qızdırılır və qabıq forma bişərək bərkiyir. Sonra bərkimiş qabıq formadan model ayrılır və iki yarım forma alınır. Qabıq yarımformalar birləşdirilərək ərimiş matal tökmək üçün istifadə edilir.
Əriyən modellər üzrə tökmə üsulundan legirlənmiş və çətin emal olunan ərintilərdən yüksək dəqiqliyə malik, mürəkkəb konfiqurasiyalı kiçik hissələrin pəstahlarının tökülməsində istifadə edilir. Bu üsulla çəngəllərin, şlisli valların,dişli çarxların,ötürməni keçirən dəstəklərin,çiyinliklərin pəstahları hazırlanır. Model tez əriyən materiallardan - stearin və parafin qarışığından hazırlanır.
Dostları ilə paylaş: |