Mühazirələr konspekti Ümumi kurs (Elektron variantı 127 s.) Baki 2010 Ön söZ


- fərdi (yəni, kəsici aləti ölçüyə uyğun yerləşdirməklə) və



Yüklə 190,69 Kb.
səhifə16/112
tarix10.01.2022
ölçüsü190,69 Kb.
#107598
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   112
- fərdi (yəni, kəsici aləti ölçüyə uyğun yerləşdirməklə) və

- avtomatik (avtomatlaşdırılmış istehsalda) üsulla təmin

edilir.

Birinci üsuldan fərdi və kiçik seriyalı İstehsalda istifadə olunur. İri seriyalı və kütləvi istehsalda isə dəqiqlik dəzgahı əvvəlcədən sazlamaqla - avtomatik üsulla təmin edilir.

Dəqiqliyi təmin edən emal üsulu seçilərkən onun iqtisadi səmərəliliyi nəzərə alınmalıdir. Qeyd edək ki, emal dəqiqliyi xətalarla səciyələndirilir. Yəni, emal dəqiqliyi emal xətaları ilə tərs mütənasibdir. Bunu qrafiki olaraq göstərmək də olar.

Bəzi hallarda emal qiyməti istehsal proqramından asılı olaraq təyin edilir:

C = a . N - b

Burada C -emal qiyməti, N - zavodun istehsal proqramı, a və b -əmsallardır.

Dəqiqlik emal üsulu ilə yanaşı, hissənin materialından və emal payından da asılıdır.

Mexaniki emal prosesində hissələrin həqiqi parametrlərinin tələb olunan qiymətdən meyllənməsi müxtəlif xətalar üzündən baş verir.

Tələb olunan emal dəqiqliyini təmin etmək üçün texnoloji proses tərtib edilir, müvafiq avadanlıq, tərtibat, alətlər və s. seçilir.

Mexaniki emal prosesində dəzgah - tərtibat - alət - hissə (DTAH) elastik bir sistem təşkil edir və bu sistem texnoloji DTAH sistemi adlanır. Bu elementlərdən hər biri pəstahın emal dəqiqliyinə bu və yə digər dərəcədə təsir edərək xətaların əmələ gəlməsinə səbəb olur. Beləliklə, mexaniki emal prosesində xətalar aşağıdakı səbəblərdən baş verir:

1. Dəzgah və tərtibatların qeyri dəqiq hazırlanması və

onların yeyilməsi;

2. Kəskilərin qeyri-dəqiq hazırlanması və yeyilməsi;

3. DTAH - sisteminin elastik və temperatur deformasiyası;

4. Emal zamanı hissədə yaranan daxili gərginlik nəticəsində

yaranan deformasiya;

5. Dəzgahın qeyri normal sazlanması;

6. Pəstahın düzgün bazalaşdırıimaması, qeyri dəqiq ölçmə və s.

Göstərilən faktorların emal dəqiqliyinə təsir dərəcəsi müxtəlif və əsasən istehsalın tipindən asılı olur.

DTAH texnoloji sisteminin elastik deformasiyasi kəsmə qüvvəsinin təsiri nəticəsində əmələ gəlir. Kəsmə qüvvəsinin üç toplananından Px, Py və Pz emal edilən səthə ən çox radial istiqamətdə təsir edən Py qüvvəsidir.

Sistemin deformasiya etməsinə səbəb olan qüvvələrə müqavimət göstərmə qabiliyyəti, sistemin sərtliyini xarakterizə edir.

DTAH sisteminin sərtliyi (c) – emal edilən səthə radial istiqamətdə təsir edən Py kəsmə qüvvəsinin sistemin deformasiyasına (V) olan nisbətidir

C = Py / V Kq/mm.

Sərtliyin tərs qiyməti DTAH texnoloji sisteminin elastikliyi adlanır.

W= 1 / c mm/kq

Burada sistemin deformasiyası aşağıdakı ifadə ilə təyin edilə bilər:

V= Py / c = Py W mm


Yüklə 190,69 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin