Konstuktor bazası - elə səth, xətt və nöqtələr toplusuna deyilir ki, konstuktor hissənin işçi cizgisində onlara nəzərən digər səth, xətt və nöqtələrin qarşılıqlı vəziyyətini təyin edir.
Başqa sözlə, konstruktor cizgidə hansı səth və nöqtələrdən ölçüləri verirsə həmin element konstuktor bazası adlanır. Konstruktor baza səthləri cizgidə ən dəqiq və ən təmiz səth olur.Val və yuvaların mərkəz xətləri konstruktor bazası kimi istifadə edilir.
Yığma bazası - yığılan məmulatda hissənin digər hissələrə nəzərən istiqamətləndirilməsini təmin edən səthlərə deyilir.
Texnoloji baza - pəstahın dəzgah və ya tərtibatda
yerləşdirildikdə kəsici alətə nəzərən vəziyyətini, tələb olunan dəqiqlikdə, təmin edən səthlərə deyilir.
Texnoloji bazaya misal olaraq müstəvi səthlər, yuvanın daxili və yan səthləri,xarici silindrik səthlər, mərkəz yuvaları və s. göstərilə bilər.
Ölçmə bazası - hissənin emal prosesində ölçü aparılan səth , xətt və ya nöqtəyə deyilir. Məsələn, dirsəkli valın birinci əsas boyununun yan səthi ölçmə bazası kimi istifadə edilir.
Texnoloji bazalar əsas və köməkçi növlərə bölünür.
Əsas texnoloji baza səthlərindən hissənin həm mexaniki emalında, həm də yığım düyünündə yerləşdirilməsi zamanı istifadə edilir. Məsələn,dirsəkli valın əsas boyunlarından həm emal,həm də yığım zamanı istifadə edilir.
Köməkçi texnoloji baza səthlərindən yalnız mexaniki emal prosesində istifadə edilir.Valların mərkəz yuvalarını misal göstərmək olar.
Texnoloji prosesin ardıcıllığına görə - texnoloji baza səthləri qara, aralıq və təmiz bazalara bölünür.
Qara baza səthindən pəstahın ilkin emalında texnoloji bazanı yaratmaq üçün istifadə edilir. Qara baza səthləri aşağıdakı şərtlərə əsasən seçilir:
- qara baza səthləri yerləşdirmə baza səthlərinin emalına
imkan verməlidir;
- qara baza səthlərinin kələ - kötürlüyü az və təmiz
olmalıdır;
- qara baza səthi kimi emal olunmayan və ya emal payı az
olan səth seçilməlidir;
- qara baza səthlərinə nəzərən emal edilən səthlərin qeyri-
simmetrikliyi az olmalıdır;
- qara baza səthindən yalnız bir dəfə istifadə edilir.
Hissələrin hazırlanmasının texnoloji prosesini tərtib edərkən bazalaşdırmanın aşağıdakı qaydalarına əməl olunmalıdır:
Dostları ilə paylaş: |