Kursun vəzifələri:
1. Avtomobillərin istehsal və təmir texnologiyasının
əhəmiyyətini və mahiyyətini dərindən mənimsəmək;
2. Avtomobillərin təmir texnologiyasının əsasını təşkil edən, bərpa olunan detalların mexaniki emalını, avtomobil və aqreqatların yığılmasını, keyfiyyətə nəzarət və digər məsələləri mənimsəmək üçün avtoqayırma texnologiyasının əsaslarını mənimsəmək;
3. İstehsalat eksperimentlərinin aparılmasının nəzəriyyəsi və metodikası ilə tanış olmaq və onların həyatda tətbiqi üçün ilk vərdişlər yaratmaq;
4. Bərpa (təmir) istehsal sisteminin analiz və sintezi əsasında avtomobillərin təmiri və servisi sahəsində əsas mühəndis məsələlərini həll etməyi öyrətməkdir.
Maşınların, o cümlədən, avtomobillərin bərpa elminin predmeti - geniş təkrar istehsalın imkan və tələblərinə uyğun olaraq,onların istismar xüsusiyyətlərinin bərpasının texnoloji sistemidir.
Dostları ilə paylaş: |