SƏTHİN KEYFİYYƏT XARAKTERİSTİKALARI.
Avtomobil hissələrinin yeyilməyə qarşı davamlılığı, etibarlılığı, yorulma möhkəmliyi, korroziyaya qarşı dözümlüyü və s. emal dəqiqliyi ilə yanaşı onların səthi keyfiyyətlərindən də asılıdır. Hissələrin səthi keyfiyyəti onun həndəsi xarakteristikaları və səthi təbəqinin fiziki - mexaniki xüsusiyyətləri ilə təyin edilir.
Səthi təbəqənin həndəsi xarakteristikalarına kələ - kötürlük , səthin forması (konusluluq, ovallıq), kəsmə emal izlərinin - səthin nahamarlıqlarının istiqaməti və dalğalılığı aid edilir.
Fiziki-mexaniki xüsusiyyətlərə səthi təbəqənin stukturu, bərkliyi, döyənəklənmə dərinliyi və qalıq gərginlik daxildir.
Bütün bu xüsusiyyətlər plastik deformasiyanın qiymətindən, mexaniki emal zamanı səthi təbəqədə əmələ gələn struktur çevrilmələrdən asılıdır.
Həndəsi xüsusiyyətlərdən mexaniki emal dəqiqliyinə ən böyük təsir göstərəni səthin kələkötürlülüyüdür.
Dostları ilə paylaş: |