TƏRTİBATIN ELEMENTLƏRİ.
Tərtibatın əsas elementlərinə yerləşdirmə, sıxıcı, qüvvə intiqalları, istiqamətləndirici, bölücü qurğular, gövdə, köməkçi və bərkidici elementlər aid edilir.
Yerləşdirmə elemenrlərinə dayaqlar deyilir və emal edilən hissələri baza səthləri üzərində yerləşdirməm üçün istifadə edilir. Dayaqlar əsas və köməkçi növlərə bölünür.
Əsas dayaqlar yüklənən dayaqlar adlanır və sıxıcı və kəsici qüvvələrin təsirinə məruz qalır.
Köməkçi dayaqlar yüklənmir, hissəni istiqamətləndirir və onun deformasiyaya məruz qalmasına imkan vermir.
Konstuksiyasına görə dayaqlar daimi, nizamlanan və özü qurulan növlərə bölünür.
Dostları ilə paylaş: |