Tərtbatın qüvvə elementləri.
Dəzgah tərtibatlarında sıxıcı qurğuların mexanikləşdirilmiş qüvvə intiqallarından geniş istifadə olunur. Qüvvə eiementləri sadə idarə olunur, tez təsirilidir, stabil sıxıcı qüvvə yaradır məhsuldardır və s.
Qüvvə elementləri pnevmatik, hidravlik, pnevmo- hidravlik .elektromexaniki, hidromexaniki, vakuumlu, elektromaqnitli və s. növlərə bölünür.
Avtoqayırmada ən geniş istifadə olunan pnevmatik, hidravlik və pnevmohidravlik qüvvə elementləridir.
Pnevmatik qüvvə intiqalları diafraqmalı və porşenli növlərə bölünür, birtərəfli və ikitərəfli təsirə malik olurlar. Diafraqmalı pnevmatik qüvvə elementləri pnevmokameralar, porşenli pnevmatik elementlər isə pnevmosilindrlər adlanır.
Pnevmokameralarda yaradılan təzyiq 0,4- 0,6 MPa, pnevmosilindrlərdə yaradılan təzyiq isə 6,0-10 MPa olur.
Dostları ilə paylaş: |